Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-100/2022 18.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 23.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh arasında bağlanmış 07.02.2020-ci il tarixli ÖzƏl (1.5) F7_231/K-20 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və İddiaçı ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh arasında bağlanmış 07.02.2020-ci il tarixli ÖzƏl (1.5) F7_231/K-20 saylı kredit müqaviləsi üzrə yaranmış 3.987,49 manat əsas, 592,55 manat faiz, 1.014,88 manat cərimə borcu olmaqla, cəmi 5.594,92 manat borcun və ödənilmiş 75,75 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, İddiaçı ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin həcminin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, tərəflər arasında bağlanmış 07.02.2020-ci il tarixli ÖzƏl (1.5) F7_231/K-20 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi və İddiaçı ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh arasında bağlanmış 07.02.2020-ci il tarixli ÖzƏl (1.5) F7_231/K-20 saylı kredit müqaviləsi üzrə yaranmış 3.777,43 manat əsas, 799 manat faiz, 819 manat cərimə borcu olmaqla, cəmi 5.395,43 manat borcun və ödənilmiş 75,75 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, 07.02.2020-ci il tarixli ÖzƏl (1.5) F7_231/K-20 saylı kredit müqaviləsinə İddiaçı ASC-nin “Neftçilər” filialı borcalan Cavabdeh illik 25,5 % faiz olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 5000 manat kredit vermişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini və müqavilənin şərtlərini yerinə yetirməmiş, borcu vaxtında ödəməmişdir. Hazırda Cavabdeh İddiaçı ASC-yə 3.777,43 manat əsas, 799 manat faiz, 819 manat cərimə borcu olmaqla, cəmi 5.395,43 manat borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi təqdim edilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 07.02.2020-ci il tarixli ÖzƏl (1.5) F7_231/K-20 saylı kredit müqaviləsinə İddiaçı ASCnin “Neftçilər” filialı borcalan Cavabdeh illik 25,5 % faiz olmaqla 36 ay müddətinə qaytarmaq şərti ilə 5000 manat kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Xəbərdarlıq olunmasına baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. 10.12.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, borcalan Cavabdeh 07.02.2020-cil tarixli kredit müqaviləsi üzrə banka 3.777,43 manat əsas, 799 manat faiz, 819 manat cərimə borcu olmaqla, cəmi 5.395,43 manat borcu var. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 07.02.2020-cil tarixli kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış 819 manat cərimə borcu azaldılaraq 50 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh arasında bağlanmış 07.02.2020-ci il tarixli ÖzƏl (1.5) F7_231/K-20 saylı kredit müqaviləsi ləğv edilməli, 07.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 3.777,43 manat əsas, 799 manat faiz, 819 manat cərimə borcu olmaqla, cəmi 5.395,43 manat borc və ödənilmiş 75,75 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia tələbi - 769 manat dəbbə pulunun tutulması hissəsində rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC-nin “Neftçilər” filialı ilə Cavabdeh arasında bağlanmış 07.02.2020-ci il tarixli ÖzƏl (1.5) F7_231/K-20 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 07.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 3.777,43 manat əsas, 799 manat faiz, 819 manat cərimə borcu və ödənilmiş 75,75 manat dövlət rüsumu olmaqla, cəmi 5.471,18 (beş min dörd yüz yetmiş bir manat on səkkiz qəpik) pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-100/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-100/2022
18.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver