Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1012/2025 26.11.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh borclu qaldığı 4683 (dörd min altı yüz səksən üç) manat əsas borc və 67 (altmış yeddi) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4750 (dörd min yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2022-ci il tarixində sosial şəbəkədə tanış olmuşdur. Tanışlıqları müddətində heç bir ədavət və ya düşmənçilik olmamışdır. Xeyli müddət ünsiyyətləri olmamışdır. Cari ilin fevral ayında cavabdeh iddiaçıyla əlaqə saxlayaraq, işinin olmasını və söhbət etmək məqsədi ilə görüşmək lazım olmasını bildirdi. İddiaçı cavabdehlə görüşdükdə kirayə yaşadığı evin kirayə haqqının ödənilməməsi səbəbindən maddi çətinlikdə olması, borc yığıldığını, həmçinin, digər borclarının olması səbəbindən iddiaçıdan borc pul istəmişdir. İddiaçı da maddi çətinliyinin olmasını bildirmişdir. Cavabdeh iddiaçıdan adına kredit götürülməsini xahiş etmişdir. İddiaçı da “Azərbaycan Beynəlxalq Bank”dan 4000 manat kredit götürməklə 3500 manat hissəsini Cavabdeh vermişdir. Cavabdeh kredit müqaviləsi əsasında ödəniş edəcəyinə vəd versə də, heç bir ödəniş etməmiş, bu səbəbdən iddiaçının bank qarşısında olan öhədliyinin icra edilməsinə çətinliklər yaranmışdır. Hazırda bank qarşısında iddiaçının 3183 manat öhdəliyi qalmışdır. Cavabdeh bugünədək borclu olduğu məbləği və əlavə bank faizlərini ödəməmişdir. Cavabdeh 3500 manat pul məbləğində olan bank qarşısında icra edilməli öhdəliyə münasibətdə borclu olduğu 4683 manat pulu könüllü qaytarmaq istəmədiyi üçün, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-1012/2025 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı "pul" tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı çıxışında bildirmişdir ki, iddianı müdafiə edir. Cavabdeh ilə 2022-ci il tarixində sosial şəbəkədə tanış olmuşdur. Maddi sıxıntıları olduğu üçün bankdan kredit götürərək Cavabdeh vermişdir. O isə öz növbəsində kreditin ödənilməsi barədə öhdəliyindən müxtəlif bəhanələr gətirərək yayınmışdır. İşə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2025-ci il tarixdə bağlanmış CL-EE005578482 nömrəli istehlak krediti müqaviləsindən müəyyən edilir ki, bank tərəfindən İddiaçı 24 ay müddətinə, illik 16.9 faiz dərəcəsi ilə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. İş materiallarında “Whatsapp” ani mesajlaşma tətbiqindən tərəflərin yazışmalarını özündə əks etdirən foto-şəkillərdən məlum olur ki, həqiqətən də iddiaçı cavabdehə borc vermiş və cavabdeh də bu borcu qaytaracağını vəd etmişdir. Hazırda isə cavabdeh bank qarşısında olan öhdəliyi icra etməkdən müxtəlif səbəblər gətirərək boyun qaçırır. Məhkəmə, iddiaçının izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Beləliklə, təqdim edilmiş foto-şəkillərlə təsdiq olunur ki, tərəflər arasında faktiki olaraq şifahi qaydada borc müqaviləsi bağlamaq niyyətində olmuşlar. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirərək borc pul məbləğini cavabdehə vermişdir. Lakin cavabdeh həmin pulu təyin olunan vaxtda qaytarmamışdır. Borcun qaytarılması ilə bağlı tələblər olsa da, borcu verməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ödənilmiş dövlət rüsumunu qarşı tərəfdən tələb etdiyindən və iddia tələbi təmin olunduğundan ödənilmiş dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4683 (dörd min altı yüz səksən üç) manat əsas borc və 67 (altmış yeddi) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4750 (dörd min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra on gün müddətində cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həmin qətnamənin ləğvi üçün Hacıqabul Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-1012/2025
Hacıqabul Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(071)-1012/2025
26.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver