Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1028/2022 05.12.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 6.200 manat pulun və ödədiyi 82 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, Cavabdeh uzun müddətdir ki, tanıyır onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Cavabdeh 4 il öncə ona pula ehtiyyacı olduğunu bildirərək, ondan borca pul istəmişdir. O, Şəbnəmi uzun müddət tanıdığından ona güvənərək evində olan pulu Şəbnəmə vermişdir. Daha sonra cavabdeh ona pula ehtiyacının olduğunu bildirərək ondan yenidən pul istəmişdir. O, qohumlarında olan qızıl-ziynət əşyalarını Lombarda girov qoyaraq aldığı pulu Şəbnəmə vermişdir. Hazırda Şəbnəmin ona 6.200 manat borcu var. Şəbnəmlə aralarında olan razılaşmaya əsasən cavabdeh hər ay lombarda olan qızıllara görə 340 manat pul ödəməli idi. Lakin cavabdeh ödəməli olduğu pulu ödəməmiş və bu səbəbdən də, borc yaranmışdır. O, yaranmış borclar səbəbində əsəbləşərək bu barədə Hacıqabul rayon polis şöbəsinə müraciət etmişdir. Hacıqabul Polis şöbəsində araşdırma aparılan zaman Cavabdeh izahatında həqiqətən də, ona pul borclu olduğunu və borcunu qaytaracağını göstərmişdir. Odur ki, iddiasının təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında göstərdi ki, o, İddiaçı 4 il əvvəl hissə-hissə borc almış, əvəzində isə qızıllarını girov qoymuşdur. Aldığı borcu ödəyə bilmədiyindən iddiaçıdan qızıllarını satmasını xahiş etmişdir. Qızıllar satıldıqdan sonra onun iddiaçıya ümumilikdə 5.800 manat borcu qalmışdır. Həmin borcdan 4 ay 158 manat, 1 ay isə 100 manat olmaqla, ümumilikdə 732 manat pul ödəmişdir. Onun hazırda İddiaçı 5.068 manat borcu qalmışdır. Həmin borcu və ödənilmiş 82 manat dövlət rüsumunu ayda 100-150 manat olmaqla İddiaçı qaytarmağa etiraz etmir. Bu barədə məhkəməyə ərizə təqdim edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Hacıqabul rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X1 xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Hacıqabul rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Cavabdeh ona borclu olduğu 6.200 manat pulun alınaraq verilməsini xahiş etmişdir. İddiaçı şikayəti əsasında Cavabdeh izahatı alınmışdır. Cavabdeh polis şöbəsində xx.xx.2022-ci il tarixdə verdiyi izahatında İddiaçı pul borcu olduğunu etiraf etmiş və İddiaçı olan borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Hacıqabul rayon PŞ-nin TB-nin xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh əməlində cinayət tərkibi və inzibati hüquqpozma aşkar edilmədiyindən İddiaçı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə kreditorun müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Aldığı borcu qaytarmamışdır. Cavabdeh məhkəməyə xx.xx.2022-ci il tarixdə ərizə verərək, İddiaçı 5.800 manat borcu qaldığını, həmin borcdan 732 manatını ödədiyini, hazırda 5.068 manat borcu qaldığını etiraf etmişdir. Həmin borcu İddiaçı qaytarmağa etiraz etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh ona 6.200 manat borcunun olduğunu iddia etsə də, bunu təsdiq edən hər hansı yazılı və əsaslı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək, həmin borcun ödənilməmiş qalan hissəsinin 5.068 manat olduğunu etiraf etmişdir. Odur ki, iddia qismən təmin edilməli, Cavabdeh 5.068 manat pul və ödənilmiş 82 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5.150 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5.068 manat pul və ödənilmiş 82 manat dövlət rüsumu olmaqla, ümumilikdə 5.150 (beş min yüz əlli) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-1028/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1028/2022
05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver