Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1029/2022 07.12.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X9, İddiaçı cavabdeh X4 qarşı “borcun tutulması” tələbinə dair mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, X3 evin təmir xərci kimi 1.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.030 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduğu mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Hacıqabul rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazını məhkəməyə göndərmiş və etirazında göstərmişdir ki, iddianı qəbul etmir. O, İddiaçı heç bir təmir işi gördürməmiş və ona heç bir borcu yaranmamışdır. Hacıqabul şəhəri İ.Qayıbov küçəsi 11 nömrəli evin 34 nömrəli mənzilində onun anası yaşayır və evin təmiri ilə bağlı anası məşğul olmuşdur və pulunu da ödəmişdir. O, İddiaçı tanımır və heç vaxt onu görməmişdir. Onun İddiaçı borcu yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, İddiaçı iddia tələbində qeyd etmişdir ki, o, Hacıqabul şəhəri İ.Qayıbov küçəsi ev 12 mənzil 30-da yaşayır. X5 onun qohumudur. Cavabdeh X6 ilə heç bır düşmənçiliyi və ədavəti yoxdur. 2022-cı ilin aprel ayında Xuramanın kürəkəni Vüqar ondan qaynanasının evini təmir etmsini xahiş etmişdir. O, Vüqarla Günelin evini 4.500 manata təmir etməyə razılaşmışdır. Bundan sonra Vüqar evi təmir etmək üçun tikinti materiallarını mağazadan onun götürməsini istəmiş və tikinti materialların pulunu zəhmət haqqı ilə birlikdə ödəyəcəyini bildirmişdir. O, qohum olduğu uçun Vüqara inanaraq tikinti materiallarını öz adına mağazadan götürmüşdür. Daha sonra mağazının sahibi ona zəng edərək, tikinti materiallarının pulunu istəmişdir. O, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Xuramanın qızı Günelin mobil telefonuna zəng edərək, onlar uçun aldığı tikinti materiallarına və evlərində işlədiyinə görə ona 1.000 manat pul borclu olduqlarını bildirmişdir. Günel isə ona 25 may 2022-ci il tarixdə ona olan borcunu ödəyəcəyini bildirmişdir. Daha sonra o, 21 may 2022-ci il tarixdə saat 19 radələrində cavabdehin yaşadığı ünvan 1 ünvanda yerləşən evə getmiş, binanın qarşısında olan zaman Günelin anası Xuraman Nəbiyeva onu yanına çağıraraq qızına niyə zəng vurmasını soruşduqda o, Günelə borcunu istəmək üçün zəng etdiyini bildirmişdir. Daha sonra o, Xuraman Nəbiyevadan ona olan borcunu tələb etdikdə Xuraman Nəbiyeva onu təhqir edərək, böhtan atmış və ondan Hacıqabul rayon Polis şöbəsinə şikayət etmişdir. Hacıqabul rayon Polis şöbəsində təhqiqat tərəfindən araşdırma zamanı o, cavabdeh Günel Yolçıyevanın ona 1.000 manat pul borcu olduğunu, dəfələrlə mübahisə yaradaraq ona olan borcunu qaytarmadığını və ona olan borcu qaytarmamaq bəhanəsi ilə ona böhtan ataraq, ondan polisə şikayət etdiklərini bildirmişdir. Daha sonra cavabdeh tərəfindən verilmiş şikayət ərizəsi araşdırılan zaman Günel Yolçıyevanın ona 1.000 manat borclu olduğu müəyyən edilmiş, cavabdehin şikayəti əsassız hesab olunaraq Hacıqabul rayon polis şöbəsi tərəfindən həmin materiala xitam verilmişdir. Hacıqabul RPŞ TŞ-nin baş təhqiqatçısı Z.Salahovun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, X5 araşdırma zamanı izahatında bildirmişdir ki, İddiaçı onun yaşadığı Hacıqabul şəhəri İ.Qayıbov küçəsi 11 nömrəli evin 34 nömrəli mənzilində 2022-ci ilin aprel ayının əvvəllərindən təmir aparmışdır, onun təmirə görə İddiaçı 1.000 manat borcu qalmışdır. Onun evinin açarları Elnurda qalmışdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehin anası X2 yaşadığı Hacıqabul şəhəri İ.Qayıbov küçəsi 11 nömrəli evin 34 nömrəli mənzilində 2022-ci ilin aprel ayının əvvəllərindən təmir aparmışdır. İddiaçı təmir işlərinin aparılması üçün danışıqları X7 və X5 ilə aparmışdır. İddiaçı təmir işlərinin görülməsi ilə bağlı X8 ilə heç bir danışıq aparmamış və X8 anasının mənzilində aparılan təmir işlərinin xərcini İddiaçı ödəməyi öhdəsinə götürməmişdir. İddiaçı bu halı təsdiq edən hər hansı bir yazılı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. İddiaçı təmir etdi evin təmiri xərcinin ödənilməsini ev sahibi X1 tələb etmək hüququ vardır. Odur ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin, mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X11rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X4 qarşı “X3 evin təmir xərci kimi 1.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.030 manat pul tutularaq ona ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-1029/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1029/2022
07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver