Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-103/2022 24.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh, digər vərəsələr Cavabdeh3 və Cavabdeh2 oğlunun qanuni nümayəndəsi Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və digər vərəsələr Cavabdeh3 və Cavabdeh2 oğluna qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh1 və digər vərəsələr Cavabdeh3 və Cavabdeh2 oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 25.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə X5 arasında bağlanmış 10.01.2018-ci il tarixli 693-10.01.2018-002847 nömrəli kredit müqavilə üzrə yaranmış 2.831,80 manat əsas borc, 98,94 manat faiz borcu, ödənilmiş 49,71 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 2.980,85 manat pulun mərhum X1nun qanun üzrə vərəsələri olan cavabdeh - arvadı Cavabdeh1 və övladları xx.xx.2010-cu il təvəllüdldü Cavabdeh3 və xx.xx.2013-cü il təvəllüdlü Cavabdeh2 oğlundan müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X6 24.01.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh, digər vərəsələr Cavabdeh3 və Cavabdeh2 oğlunun qanuni nümayəndəsi Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etdi və mərhum X2 "xxxx" ASC-yə olan borcunu hissə-hissə ödəməyə etiraz etmir. Ailə Məcəlləsinin 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Məhkəmə, iddiaçının nümayəndəsinin iddianı müdafiə etməsinə dair ərizəsini, cavabdehin (vərəsələrin) iddianı qəbul etməsinə dair izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" ASC-nin “Şirvan” filialı ilə X5 arasında bağlanmış 10.01.2018-ci il tarixli 693- 10.01.2018-002847 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalan X3 24 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 5.000 manat kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. X1 03.02.2019-cu il tarixdə vəfat etmişdir. Hacıqabul rayon Notariat ofisi tərəfindən verilmiş 09.09.2020-ci il tarixli 587 nömrəli məktubdan və ona əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrdən müəyyən edilir ki, mərhum X2 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri arvadı - arvadı Cavabdeh1 və övladları - xx.xx.2010-cu il təvəllüdldü Cavabdeh3 və xx.xx.2013-cü il təvəllüdlü Cavabdeh2 oğlu mərhum X2 qanun üzrə birinci növbə vərəsələridir və onlar miras əmlakdan bərabər hissədə pay almışlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16.10.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin mərhum borcalan X5, daha sonra isə onun qanun üzrə birinci növbə vərəsələri olan Cavabdeh1 və digər vərəsələr Cavabdeh3 və Cavabdeh2 oğlu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişlər. İş materiallarından müəyyən edilir ki, mərhum X4 10.01.2018-ci il tarixli kredit müqaviləsi üzrə 2.831,80 manat əsas borc, 98,94 manat faiz borcu olmaqla, cəmi 2.930,74 manat borcu var. Həmin borc mərhumun vərəsələrindən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, "xxxx" ASC ilə X5 arasında bağlanmış 10.01.2018-ci il tarixli 693-10.01.2018-002847 nömrəli kredit müqavilə üzrə yaranmış 2.831,80 manat əsas borc, 98,94 manat faiz borcu, ödənilmiş 49,71 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 2.980,85 manat pul mərhum X1nun qanun üzrə vərəsələri olan cavabdeh - arvadı Cavabdeh1 və övladları - xx.xx.2010-cu il təvəllüdldü Cavabdeh3 və xx.xx.2013-cü il təvəllüdlü Cavabdeh2 oğlundan (qanuni nümayəndələri Cavabdeh1 vasitəsilə) müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC ilə X5 arasında bağlanmış 10.01.2018-ci il tarixli 693-10.01.2018-002847 nömrəli kredit müqavilə üzrə yaranmış 2.831,80 manat əsas borc, 98,94 manat faiz borcu, ödənilmiş 49,71 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı olmaqla, cəmi 2.980,85 (iki min doqquz yüz səksən manat səksən beş qəpik) manat pul mərhum X1nun qanun üzrə vərəsələri olan cavabdeh arvadı Cavabdeh1 və övladları - xx.xx.2010-cu il təvəllüdldü Cavabdeh3 və xx.xx.2013-cü il təvəllüdlü Cavabdeh2 oğlundan (qanuni nümayəndələri Cavabdeh1 vasitəsilə) müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-103/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-103/2022
24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver