Məhkəmə qərarları › İş №2(071)-1060/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1060/2023

20.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1060/2023 20.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X16 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cinayət hadisəsi nəticəsində ona vurduğu 5000 manat maddi zərərin və 5000 manat mənəvi ziyanın və ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum Ağabəy Abuzərli onun oğludur. xx.xx.2022-ci il tarixdə o evdə olan zaman oğlu Vüqar zəng edərək Ağabəyin yol-nəqliyyat hadisəsi keçirdiyini və ağır xəsarətlər aldığını bildirmişdir. O, dərhal evdən çıxaraq xəstəxanaya getmiş və oraya çatanda oğlunun artıq öldüyünü bilmişdir. Daha sonra oğlunu morqda müayinə etdikdən sonra təhvil alaraq dəfn etmişdir. Hadisəni törədən sürücülər X9 və X4 əvvəllər tanımamış, aralarında düşmənçilik olmamışdır. Hadisə baş verdikdən sonra təqsirləndirilən şəxs X10 yas və dəfn mərasimlərinin xərclərinin ödənilməsində köməklik etmiş, baş vermiş hadisəyə görə üzrxahlıq etmiş, əlavə olaraq məhkəmə baxışı zamanı da 5000 manat ödəniş etmişdir. Hal-hazırda məhkum şəxs X10 ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Lakin, digər məhkum edilmiş şəxs Cavabdeh ona dəymiş zərərdən heç bir ödəniş etməmiş, onunla barışıq əldə edilməmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(071)-39/2023 saylı hökmü ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023cü il tarixli 1(106)-548/2023 saylı qərarı ilə X2 əsas cəzası 5 ilə artırılmışdır. Hazırda mərhum oğlunun vəfatı ilə əlaqədar hesab edir ki, Bəxtiyar Əskərzadə cinayət nəticəsində ona dəymiş maddi ziyanın ödəməmişdir. Oğlunun vəfatı ilə cavabdehin maddi ziyan olaraq 5000 manat və mənəvi ziyanla bağlı 5000 manat pul tələbi ilə mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək məcburiyyətindədir. xx.xx.2023-cü il tarixli hazırlıq iclasında İddiaçı iddianın həcminin azaldılması barədə ərizə verərək bildirib ki, X3 vurduğu maddi zərərin əvəzi kimi 5000 manat pul vəsaitini onun icbari sığortaçısı “Ata Sığorta” şirkətindən almışdır. Lakin, hadisə nəticəsində ona dəyən mənəvi zərər ödənilməmişdir. Odur ki, cavabdehdən ona dəymiş mənəvi zərərin əvəzi kimi 5000 manat pul alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin əvəzi kimi 5000 manat ödənilmişdir. Lakin, mənəvi zərərin əvəzi ödənilməmişdir. Belə ki, hadisədən sonra o, oğlunun ölümündən böyük sarsıntı keçirmiş, mənəvi iztiraba məruz qalmışdır. Oğlunun ailəsinin yükü onun üzərindədir. Yaşlı vaxtında onun ailəsinin bütün qayğılarını özü çəkir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçının oğlunun ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi onun ehtiyatsızlığı səbəbindən baş vermişdir. Hadisə nəticəsində özü də ağır xəsarət almışdır və hal-hazırda da müalicələri davam edir. Məhkəmənin hökmü ilə ona cəza təyin edilmişdir və hazırda da cəzasını çəkir. İddiaçıya dəymiş maddi zərərin əvəzi ödənilmişdir. Mənəvi zərərin əvəzi kimi də 1000 manat pul vəsatini ödəməyə hazırdır. Bundan artıq vəsait ödəməyə maddi imkanı yoxdur. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin 1(071)-39/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmünə əsasən X6, 11 dekabr 2022-ci il tarixdə saat 19:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş və idarə etdiyi “VAZ 21154” markalı, **-LO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı-Qazax- Gürcüstan sərhəddi avtomobil yolunun Hacıqabul rayonu Pirsaat kəndi ərazisindən keçən 103,5-ci kilometrliyində orta hərəkət zolağı ilə Qazax rayonu istiqamətində hərəkətdə olan zaman qarşıda eyni istiqamətdə yolun sağ zolağı ilə hərəkətdə olan X7 idarə etdiyi «Kamaz 5410» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı, «ODA Z 9370» markalı, **-ZA- *** dövlət qeydiyyat nişanlı yarımqoşqulu yük avtomobilinin arxa sol təkəri ilə onun avtomobilinin qabaq hissəsi toqquşmuş, nəticədə ehtiyatsızlıqdan «VAZ 21154» markalı minik avtomobilinin sərnişini X8 bədənin müxtəlif hissələrinin sıyrıq və qançırları, sağ baldırın orta 1/3 hissəsinin əzilmiş-cırılmış yarası, alın nahiyyəsinin əzilmiş-cırılmış yarası, hər iki tərəfli qabırğaların çoxsaylı sınıqları, hər iki ağ ciyərin cırılması, döş boşluğunda çoxlu miqdarda duru və laxta qan, baş beyinin epidural qansızması kimi ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətlərindən ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-548/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Hacıqabul rayon Məhkəməsinin 1(071)-39/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmiş, X5 Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 il 3 aydan 5 ilə artırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan məlum oldu ki, Cavabdeh törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində iddiaçının oğlu X11 ölmüş, baş vermiş həmin hadisəyə görə cavabdeh Bəxtiyar Əskərzadə məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü hazırki mülki iş üzrə preyudisial əhəmiyyət daşıyır. Hazırda iddiaçı oğlunun ölümündən böyük sarsıntı keçirdiyini, mənəvi iztiraba məruz qaldığını, onun ailəsinin bütün qayğılarını özünün çəkdiyini əsas gətirərək cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalmmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna (etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə qeyd edir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli məhdudiyyətli olmaları əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab etmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdə cavabdehin də təqsirli olaraq törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının oğlu vəfat etmişdir və bu hadisədən sonra iddiaçının mənəvi sarsıntı keçirməsi, yəni oğlunun ölməsinin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsin səbəb olması şübhəsizdir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçı baş vermiş həmin hadisəyə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097.1-ci maddələrinə əsasən, cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Bununla belə məhkəmə, cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusunun ağırlığını, iddiaçının keçirdiyi mənəvi sarsıntıları, hadisənin cavabdehlə yanaşı digər şəxsin qarşılıqlı təqsirli nəticəsində baş verməsini, cavabdehin əmlak vəziyyətini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 2000 manat məbləğində pul tutulması məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehə aid edilməli və buna görə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 40 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X1 vurulmuş mənəvi zərərin əvəzi kimi 2000 (iki min) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər X17

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar