Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-1151/2023 05.12.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlu, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “icarə müqaviləsinə xitam verilməsi, cavabdehlərdən ödənilməmiş icarə haqqı borcunun tutulması və icarəyə verilmiş torpaq sahələrinin bələdiyyənin sahibliyinə qaytarılması tələbi” barədə iddia ərizəsinə dair mülki işin materiallarını nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizə ilə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə bağlanmış 13 mart 2020-ci il tarixli, Cavabdeh2 ilə bağlanmış 21 dekabr 2019-cu il tarixli icarə müqaviləsinə xitam verilməsi, T.Tanrıverdiyev tərəfindən ödənilməmiş 2490 manat, Cavabdeh2 tərəfindən ödənilməmiş 1600 manat icarə haqqı borcunun tutulması və icarəyə verilmiş torpaq sahələrinin bələdiyyənin sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş və cavabdehlərə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları qeyd edilmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraata qəbul edilmişdir. Belə ki, cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbini təsdiq edən sənədlər – Sabirabad “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ümumi sahəsi 5 ha olan torpaq sahəsinin icarəyə verilməsi haqqında İddiaçılə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsi, Sabirabad “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ümumi sahəsi 8,12 ha olan torpaq sahəsinin icarəyə verilməsi haqqında İddiaçılə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsi və Sabirabad “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ümumi sahəsi 6,5 ha olan torpaq sahəsinin icarəyə verilməsi haqqında İddiaçılə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsidir. Ümumi sahəsi 5 ha olan torpaq sahəsinin icarəyə verilməsi haqqında İddiaçılə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 6-ci bəndinə əsasən icarəyə götürən icarəyə verilən 5 ha torpaq sahəsinə görə illik 315 manat öhdəsinə götürmüşdür. Ümumi sahəsi 8,12 ha olan torpaq sahəsinin icarəyə verilməsi haqqında İddiaçılə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinin 6-ci bəndinə əsasən icarəyə götürən icarəyə verilən 8,12 ha torpaq sahəsinə görə illik 515 manat öhdəsinə götürmüşdür. Ümumi sahəsi 6,5 ha olan torpaq sahəsinin icarəyə verilməsi haqqında İddiaçılə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin 6-ci bəndinə əsasən icarəyə götürən icarəyə verilən 6,5 ha torpaq sahəsinə görə illik 400 manat öhdəsinə götürmüşdür. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar və vergi ödəyiciləri kimi uçota alınmışlar. (VÖEN: ********** və **********) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli qərarında hansı mübahisələrin kommersiya mübahisələri hesab edilməli olduğuna bir daha aydınlıq gətirilmiş və qərarın 11-ci bəndində göstərilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndində isə qeyd edilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 23-cü bəndində isə qeyd edilmişdir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. İddiaçı ona məxsus olan torpaq sahəsinin icarəyə verilməsi barədə icarə müqaviləsi bağlayarkən mülki dövriyyənin bərabər hüquqlu subyekti qismində mülki hüquqi əqd bağlamışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olmaqla yanaşı, iddiaçı ilə bağladıqları icarə müqavilələri üzrə torpaq sahələrini şəxsi istehlak məqsədi ilə deyil, məhz biznes fəaliyyətilə məşğul olmaq məqsədi ilə icarəyə götürmüşlər. Bundan başqa, iddiaçı iddia ərizəsində tələbini müxtəlif ünvanlarda yaşayan cavabdehlərə ünvanlamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Hazırki iş üzrə İddiaçı sədri Elçin Nəzərov məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə icraatı Cavabdeh1 rəsmi yaşayış üzrə göndərilməsini xahiş etmişdir. Belə olan vəziyyətdə, qanunvericiliyin tələblərini, Ali Məhkəmənin Plenumunun Qərarındakı tövsiyyəni və iddiaçının məhkəməyə ünvanladığı ərizəni nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında yuxarıda qeyd edilən icarə müqaviləsindən irəli gələn mübahisə sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olduğundan, həmin mübahisəyə cavabdehlərdən Cavabdeh1 rəsmi yaşayış yerinə görə Şirvan Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 403-1.2-ci maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. Şikayətə vəkilin orderi də əlavə olunur. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, birinci instansiya məhkəmələri nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası MPM-nin 403-1-ci maddəsinə əsasən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan işdə iştirak edən şəxslər tərəfindən şikayətin verilməsi zamanı bir sıra zəruri prosessual hərəkətlərin yerinə yetirilməsini tələb edir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, bu qərardadlardan verilən şikayətlərin birinci instansiya məhkəməsinə verilməsinə baxmayaraq, şikayətlər kassasiya şikayəti ilə bağlı Azərbaycan Respublikası MPM-in 407.1-407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə cavab verməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 31,32, 35, 263, 264 və 403-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “icarə müqaviləsinə xitam verilməsi, cavabdehlərdən ödənilməmiş icarə haqqı borcunun tutulması və icarəyə verilmiş torpaq sahələrinin bələdiyyənin sahibliyinə qaytarılması tələbi” barədə iddia ərizəsi üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403-1.3, 407.1-407.3-cü maddələrinin tələblərinə riayət etməklə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-1151/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-1151/2023
05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver