Məhkəmə qərarları › İş №2(071)-1152/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1152/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1152/2023 05.12.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5664,10 manat məbləğində pulun və 76,6 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birlikdə əvvəllər polis orqanlarında xidmət etmişlər. Birlikdə işlədiyi dövrdə cavabdeh ona müraciət edərək bankdan kredit götürmək üçün zamin durmasını xahiş etmişdir. O, cavabdehlə iş yoldaşı olmasını nəzərə alaraq bankdan pul götürməsi üçün cavabdehə zamin durmuşdur. 03 mart 2014-cü il tarixdə Cavabdeh "xxxx" ASC-dən 9000 manat kredit götürmüş və iddiaçı ona zamin durmuşdur. Cavabdeh götürdüyü krediti bir müddət ödədikdən sonra iş yerini dəyişmiş və pensiyaya çıxmış, kreditin qalan məbləğini ödəməmişdir. Buna görə də, "xxxx" ASC tərəfindən Cavabdeh qalan kredit borcu 19 may 2016-cı il tarixdən başlayaraq zamin kimi iddiaçının əmək haqqı kartından tutulmağa başlamışdır. Zaminlik müqaviləsi üzrə iddiaçıdan Cavabdeh borcuna görə ümumilikdə 21 fevral 2019-cu il tarixə kimi 5664,10 manat pul tutulmuşdur. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin həcminin azldılması barədə ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh müxtəlif vaxtlarda ona 800 manat pul ödəmişdir. Odur ki, cavabdehdən 4864 manat pulun tutularaq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin və iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh iddianı etiraf edərək məhkəmə iclasında bildirdi ki, İddiaçı ilə əvvəllər birlikdə polis orqanlarında xidmət etmişdir. O, İddiaçı bankdan kredit götürmək üçün zamin durmasını xahiş etmiş, sonuncu onunla razılaşmışdır. 03 mart 2014-cü il tarixdə o, "xxxx" ASC-dən 9000 manat kredit götürmüş və İddiaçı ona zamin durmuşdur. O, götürdüyü krediti bir müddət ödədikdən sonra iş yerini dəyişmiş və pensiyaya çıxdıqdan sonra ürəyində yaranmış xəstəliklə əlaqədar müalicə aldığı üçün kreditin qalan məbləğini ödəməyə maddi imkanı çatmamışdır. Kredit məbləğinin qalan hissəsini, yəni 5664,10 manat pulu İddiaçı ödəmişdir. Lakin müxtəlif vaxtlarda iddiaçıya 800 manat pul ödəmiş, hazırda iddiaçıya 4864 manat borcu var. Həmin məbləğin 2024-cü ilin mart ayınadək ödəyəcəyini bildirmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli, № 2226-xx.xx.2016-SM0156 nömrəli zaminlik müqaviləsinin 2.1-ci bəndindən görünür ki, İddiaçı zamin kimi Cavabdeh ilə "xxxx" ASC arasından bağlanmış xx.xx.2016-cı il tarixli, № 2226-xx.xx.2016-SM0156 saylı kredit müqaviləsi üzrə Cavabdeh ilə birgə məsuliyyət daşıyır. Kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" ASC-dən 36 ay müddətinə illik bir faiz ödəmək şərti ilə 9000 manat kredit almışdır. İş materiallarında olan "xxxx" ASC-nin Cəlilabad rayon filialı tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı hesabından cəmi 5664,10 AZN tutularaq Cavabdeh xeyrinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Qeyd olunan Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Beləliklə, məhkəmə iclasında araşdırılmış iddiaçının və cavabdehin izahatı, habelə işin digər materialları ilə müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli, № 2226-xx.xx.2016-SM0156 kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən cavabdeh 1 faiz dərəcəsi ilə 36 ay müddətinə bankdan 9000 manat kredit götürmüşdür. İddiaçı xx.xx.2016-cı il tarixli № 2226-xx.xx.2016-SM0156 nömrəli zaminlik müqaviləsinə əsasən "xxxx" ASC qarşısında xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə cavabdehlə birgə öhdəlik götürmüşdür. Borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə, "xxxx" ASC tərəfindən ödənilməmiş məbləğ, yəni 5664 manat pul İddiaçı tutularaq Cavabdeh xeyrinə ödənilmişdir. Bundan sonra Cavabdeh müxtəlif vaxtlarda İddiaçı 800 manat pul ödəmişdir. Odur ki, iddia təmin edilməli, 4864 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 76,65 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 4864 manat (dörd min səkkiz yüz altmış dörd) pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 76,65 (yetmiş altı manat altmış beş qəpik) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar