Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-1155/2023 19.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X2, İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin” PHŞ X17 PHŞ-nə qarşı (maraqlı şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ) “ölüm faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin” PHŞ X17 PHŞ-nə qarşı (maraqlı şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ) iddia ərizəsi ilə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1977-ci il təvəllüdlü X4 xx.xx.2023-cü ildə X6 ümumi reanimasiya və intenesiv terapiya şöbəsində ölməsi faktı müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, (mərhum) oğlu X12 xx.xx.1977-ci ildə Qazı-Məmməd şəhəri indiki Hacıqabul rayonunda anadan olmuşdur. xx.xx.2023-cü ildə huşsuz halda Şirvan Şəhər Mərkəzi X7 Şəxsin reanimasiya şöbəsinə yerləşdirilmişdir. Daha sonra isə həkim məsləhəti ilə X14 göndərilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X9 X22 X18 şəxs tərəfindən verilən xx.xx.2023-cü il tarixli № PHŞ-6-2/2-İ-366-42-210/2023 nömrəli ölüm haqqında məktubdan görünür ki, xx.xx.2023cü ildə saat 02:18-də X6 ümumi reanimasiya və intenesiv terapiya şöbəsinə qəbul olunmuşdur. Həkimlərin müdaxiləsinə baxmayaraq, xx.xx.2023-cü ildə saat 00:25-də həmin şöbədə vəfat etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5" X24 tərəfindən verilən xx.xx.2023-cü il tarixli № 3683 nömrəli məktubda göstərilir ki, xx.xx.2023-cü ildə Bakı şəhər Nəsimi rayon ərazisində yerləşən X15 rəhmətə getmiş xx.xx.1977-ci il təvəllüdlü X4 meyiti aidiyyəti üzrə “MTE və PAB" PHŞ-nin Mərkəzi ekspertizalar, Nəsimi və Hacıqabul rayon şöbələrində məhkəmə-tibbi ekspertiza müayinəsindən keçməmişdir. Bu səbəbdən də mərhum oğlunuz X4 ölümünün səbəbinə dair “Ölüm haqqında tibbi şəhadətnamə”nin Birliyin şöbələrində verilməsi mümkün deyildir. “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Təlimat’ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2015-ci il tarixli 52 nömrəli əmirinin tələbinə əsasən “Şəhadətnamə”nin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Ölüm hadisəsi haqqında Nəsimi rayon 20-ci Polis Bölməsinin əməkdaşı Leytenant Məmmədova məlumat verilmişdir. Meyid həmin polis bölməsinin əməkdaşı polis baş-leytenatı Vüsal Əliyevin müşayəti ilə Məhkəmə Tibbi Ekspertiza və X3 Nəsimi rayon şöbəsinə göndərilmişdir. xx.xx.2023-cü ildə isə Hacıqabul rayonunda dəfn edilmişdir. Lakin oğlunun ölümünün üzərindən 4 aydan çox vaxt keçməsinə baxmayaraq, oğlunun “X8sini” ala bilməmişdir. Bununla əlaqədar qeydiyyat orqanına rəsmi müraciət etsə də, xx.xx.2023-cü il tarixli № 3-16-5/8-10-2023 nömrəli məktubla ölümü təsdiqləyən tibbi arayış olmaması səbəbindən ölüm faktının təsdiqlənməsi üçün şəhadətnamənin verilməsindən imtina olunmuş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Hacıqabul Rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Məhkəmə əvvəla qeyd edir ki, “X23” PHŞ-in vətəndaşın müraciətinə xx.xx.2023-cü il tarixli cavab məktubundan açıq aydın görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X4 xx.xx.2023-cü ildə X6 ümumi reanimasiya və intenesiv terapiya şöbəsində ölmüşdür. Belə olan halda həmin tibb müəssisəsi X4 ölməsinə dair həkim arayışını təqdim edə bilərdi. Ölüm haqqında həkim arayışının verilməsindən əsassız imtina edilməsi ilə əlaqədar həmin arayışı verməli olan tibb müəssisəsinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qeyd etmək istəyir ki, mərhum oğlu X4 "X8”sinin onun övladlarının oxuduğu Bakı Dövlət Univerisitetinə və Bakı Mühəndislik Univeristetinə təqdim etmək zəruriyyəti yaranmışdır ki, onların təhsil haqlarında müəyyən güzəştlər olunsun. Göstərilən hüquqi əsaslara görə hesab edir ki, ölüm faktı tanınmalı və müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölüm haqqında tibbi şəhadətnamə verilməlidir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, Kliniki Tibbi X1rşı irəli sürülmüş hazırki iddia yolverilməz olduğuna görə, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.1-ci bəndinə əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydanın 4.4-cü bəndinə əsasən hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; zorakı ölümə şübhə olduğu hallarda; ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir. Həmin Qaydanın 4.5-ci bəndinə əsasən ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 9-cu bəndində isə qeyd olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Qeyd edilən qanunvericilik normaları və Ali Məhkəmənin Plenum qərarındakı tövsiyyəyə əsasən, ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, X8 həmin tibb müəssisəsi tərəfindən verilir. X8nin verilməsindən imtina edildikdə isə həmin tibb müəssisəsinə qarşı inzibati icraat qaydasında iddia qaldırılmalıdır. Hazıri iddia ərizəsinin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X12 xx.xx.2023-cü il tarixdə saat 02:18-də X16 ümumi reanimasiya və intensiv terapiya şöbəsinə qəbul olunmuş, xx.xx.2023-cü il tarixdə saat 00:25-də həmin şöbədə vəfat etmişdir. Belə olan vəziyyətdə, ölüm haqqında tibbi şəhadətnaməni həmin tibb müəssisəsi verilməlidir. Tibbi şəhadətnamənin verilməsindən imtina edilməsi halında isə həmin müəssisəyə qarşı müəssisənin yerləşdiyi yer üzrə Bakı İnzibati Məhkəməsinə müraciət edilməlidir. İddia ərizəsinin başlığında “Tibbi şəhadətnamə verilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması haqqında” qeyd edilsə də, iddianın “xahiş” hissəsində xx.xx.1977-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə X10 ümumi reanimasiya və intensiv terapiya şöbəsində ölməsi faktının müəyyən edilməsi istənilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbini müvafiq inzibati məhkəmədə “Tibbi şəhadətnamə verilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulması” şəklində irəli sürməlidir. Mövcud vəziyyətdə ölüm faktının hüquqi əhəmiyyəti olan fakt kimi ümumi məhkəmədə müəyyən edilməsi mümkün deyil. Çünki, hüquqi əhəmiyyəti olan fakt kimi şəxsin ölməsi faktı ümumi məhkəmə tərəfindən o halda müəyyən edilə bilər ki, həmin faktı təsdiq edən sənədi başqa qaydada əldə etmək mümkün olmasın (MPM 308). İddia ərizəsinə əlavə edilmiş sənədlərlə açıq aydın görünür ki, Pərviz Nəsirov naməlum vaxtda və şəraitdə deyil, xx.xx.2023-cü il tarixdə müalicə aldığı tibb müəssisəsində ölmüşdür. Belə olan halda, onun ölümü haqqında tibbi şəhadətnaməni də həmin tibb müəssisəsi verilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində isə göstərilir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153, 263 və 264cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin” PHŞ X17 PHŞ-nə qarşı (maraqlı şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ) “ölüm faktının müəyyən edilməsi” tələbi barədə iddiası yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı izah edilsin ki, Kliniki Tibbi X1rşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(071)-1155/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-1155/2023
19.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver