Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-129/2023 06.01.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13 aprel 2020-ci il tarixli RM-1162 saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 689 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi aidiyyət qaydalarını pozmaqla icraata qəbul edildiyindən, mülki iş ərazi aidiyyəti üzrə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, fiziki şəxs İddiaçı su filterlərinin satışı ilə əlaqədar olaraq cavabdeh – Cavabdeh arasında 13 aprel 2020-ci il tarixli, RM-1162 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı İddiaçı “Aqualuxe” firmasının istehsalı olan 1399 manat məbləğində “Aqua 1” modelli su təmizləmə sistemi quraşdıraraq alıcı Cavabdeh təhvil vermiş və bu barədə müvafiq təhvil-təslim aktı tərtib edilmişdir. İş materiallarından həmçinin görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında “Tələbetmə hüquqlarının güzəşt olunmasına dair” 12 fevral 2021-ci il tarixli, 001 nömrəli müqavilə bağlanmışdır. "xxxx" MMC isə İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 aprel 2020-ci il tarixli, RM- 1162 saylı alqı-satqı müqaviləsi üzrə satıcının tələb hüquqlarının ona güzəşt edildiyinə isnad edərək, Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin, qeyd edilməlidir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 aprel 2020-ci il tarixli, RM-1162 saylı alqı-satqı müqaviləsinin 7.1-ci bəndində bu müqavilənin icrası ilə bağlı tərəflər arasında yaranmış mübahisələrin danışıqlar yolu ilə həll edilməsi, əks təqdirdə mübahisələrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən müqavilənin bağlandığı Şirvan şəhər Məhkəməsində baxıla biləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 40.3-cü maddəsinə əsasən saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Göründüyü kimi, yazılı şəkildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən tərəflər “Müqavilə aidiyyəti” qaydalarından bəhs edən MPM-in 40-ci maddəsinə əsaslanaraq həmin müqavilədən irəli gələn mübahisələrə Şirvan Şəhər Məhkəməsində baxılmasını müəyyən etdikləri halda, alqı-satqı müqaviləsi üzrə satıcının tələb hüquqlarının güzəşt edildiyi iddiaçı "xxxx" MMC aidiyyət qaydalarına əməl etməməklə, iddia ərizəsini cavabdehin qeydə alındığı yer üzrə Hacıqabul rayon Məhkəməsinə vermiş, məhkəmə isə aidiyyət qaydalarını pozmaqla, mülki işi icraata qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsinin tərəfləri arasında həmin müqavilədən irəli gələn mübahisənin Şirvan şəhər məhkəməsində baxılmasına dair razılıq əldə olunduğundan və bu razılaşma xx.xx.2020-ci il tarixli, RM-1162 nömrəli alqı-satqı müqaviləsində göstərildiyindən, hazırki iddia tələbinə Hacıqabul rayon Məhkəməsində deyil, Şirvan Şəhər Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 40, 44-45, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(071)-129/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-129/2023
06.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver