Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-139/2022 21.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 15.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər X1 və Cavabdeh1 21.09.2015-ci il tarixli müqavilə üzrə yaranmış 669,02 ABŞ dolları əsas borc, 149,06 ABŞ dolları faiz borcu, 1.358,93 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddətinin bitdiyi 20.12.2018-ci il tarixdən sonrakı dövr üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış 93,24 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2.270,25 ABŞ dolları borcun və ödənilmiş 58,60 manat dövlət rüsumunun müştərək qaydada tutularaq LPO İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaç LPO İddiaçı ASC-nin nümayəndəsi Aydan Şərifov 18.02.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 21.02.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasına bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh (borcalan) Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, İddiaçı ASC ilə onun arasında bağlanmış 21.09.2015-ci il tarixli müqavilə üzrə yaranmış 669,02 ABŞ dolları əsas borcu və 149,06 ABŞ dolları faiz borcunu ödəməyə razıdır. İddia tələbini qalan hissədə, yəni 1.358,93 ABŞ dolları cərimənin və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış 93,24 ABŞ dolları faiz borcunu tutulması hissəsində rədd edilməsini xahiş edir. Cavabdeh (zamin) Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, onunla İddiaçı ASC-nin arasında 21.09.2015-ci il tarixli zaminlik müqaviləsinin müddəti 21.03.2017-ci il tarixdə başa çatmışdır. Bu səbəbdən bank borcun ödənilməsini ondan tələb edə bilməz. Odur ki, iddia tələbini ona qarşı olan hissədə rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iddiaçının nümayəndəsinin iddia müdafiə etməsinə dair ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 21.09.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh2 18 ay müddətinə illik 20,5 faiz dərəcəsi ödəmək şərti ilə 2.500 ABŞ dolları kredit vermişdir. Borcalan Cavabdeh2 21.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı məqsədilə İddiaçı ASC ilə zamin Cavabdeh1 arasında 21.09.2015-ci il tarixdə zaminlik müqavilələri bağlanmış və zamin borcalanın öhdəliklərinin icrası üçün kreditorun qarşısında borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Kredit və zaminlik müqavilələri üzrə 20.06.2017-ci il tarixli 01 nömrəli əlavə saziş bağlanmış və borxalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 3063,07 ABŞ dolları resturtrizasiya edilmiş vvə kreditin müddəti 20.12.2018-ci il tarixədək təşkil etməklə, illik 8%-lə hesablanmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. 26.09.2021-ci il tarixli arayışda göstərilir ki, borcalan Cavabdeh2 21.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə 669,02 ABŞ dolları əsas borcu, müqavilənin müddətinin bitdiyi 20.12.2018-ci il tarixə hesablanmış faiz borcu 149,06 ABŞ dolları təşkil edir. 1.358,93 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddətinin bitdiyi 20.12.2018-ci il tarixdən sonrakı dövr üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən hesablanmış 93,24 ABŞ dolları faiz borcu hesablanmaqla, cəmi 2.270,25 ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 93,24 ABŞ dolları faiz borcu olmaqla 2.270,25 ABŞ dolları borcu var. Məhkəmə hesab edir ki, 21.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış 1.358,93 ABŞ dolları cərimə borcu azaldılaraq 60 ABŞ dolları həddində müəyyən edilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 21.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc yalnız borclu Cavabdeh2 tutulmalıdır. Zamin Cavabdeh1 ilə kreditor Bank arasında bağlanmış 21.09.2015-ci il tarixli zaminlik müqaviləsinin müddəti, 21.09.2015-ci il tarixli kredit müqaviləsinin müddətinin bitdiyi gün, yəni 20.12.2018-ci il tarixdə başa çatdığına və kreditor 15.12.2021-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə, 21.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş borc zamindən tələb edilə bilməz. Odur ki, Cavabdeh1 zaminliyinə xitam verilməlidir. Hazırda zamin borcun ödənilməsi üçün bankın qarşısında məsuliyyət daşımır. Çünki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 21.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 669,02 ABŞ dolları əsas borc, müqavilənin müddətinin bitdiyi 20.12.2018-ci il tarixə hesablanmış 149,06 ABŞ dolları faiz borcu, 60 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddətinin bitdiyi 20.12.2018-ci il tarixdən sonrakı dövr üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 5 faizlə hesablanmış 93,24 ABŞ dolları faiz borcu olmaqla, cəmi 971,32 ABŞ dolları (ödəniş günü manatın ABŞ dollarına olan məzənnəsi ilə) və 58,60 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. İddia tələbi - Cavabdeh2 qarşı 1.298,93 ABŞ dolları dəbbə pulunun tutulması hissəsində rədd edilməlidir. İddia tələbi - cavabdeh (zamin) Cavabdeh1 qarşı hissəsində tam rədd edilməli, 21.09.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə zamin Cavabdeh1 zaminliyinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (borcalan) Cavabdeh2 21.09.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 669,02 ABŞ dolları əsas borc, müqavilənin müddətinin bitdiyi 20.12.2018-ci il tarixə hesablanmış 149,06 ABŞ dolları faiz borcu, 60 ABŞ dolları cərimə və kredit müqaviləsinin müddətinin bitdiyi 20.12.2018-ci il tarixdən sonrakı dövr üçün Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 5 faizlə hesablanmış 93,24 ABŞ dolları faiz borcu olmaqla, cəmi 971,32 (doqquz yüz yetmiş bir ABŞ dolları otuz iki sent) ABŞ dolları (ödəniş günü manatın ABŞ dollarına olan məzənnəsi ilə) və ödənilmiş 58,60 (əlli səkkiz manat altmış qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi - Cavabdeh2 qarşı qalan hissədə, yəni 1.298,93 ABŞ dolları dəbbə pulunun tutulması hissəsində rədd edilsin. İddia tələbi - cavabdeh (zamin) Cavabdeh1 qarşı hissəsində tam rədd edilsin. 21.09.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə zamin Cavabdeh1 zaminliyinə xitam verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-139/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-139/2022
21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver