Məhkəmə qərarları › İş №2(071)-147/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-147/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-147/2022 01.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X1, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun, ona hesablanmış faiz və cərimənin tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun, ona hesablanmış faiz və cərimənin tutulması” tələbinə dair iddia ərizəsi ilə 16.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 12.04.2019-cu il tarixli 0104072AZN07099 nörməli müqavilə üzrə yaranmış 1.326,14 manat əsas borc, 298,90 manat faiz borcu, 1.970,73 manat cərimə olmaqla, cəmi 3.595,77 manat borcun və 12.04.2019-cu il tarixli AVNS430 saylı müqavilə üzrə yaranmış 200 manat əsas borc, 5,55 manat faiz borcu, 71,43 manat cərimə olmaqla, cəmi 276,98 manat borcun və ödənilmiş 59 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1-ci maddəsinin tələblərinə uyğun olaraq tərəf olduğu mülki işə, iddianın məbləği beş min manatdan az olduğundan sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə cavabdehə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surəti əlavə edilməklə rəsmi bildirişlər göndərilmişdir. Ona iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Hacıqabul rayon Məhkəməsinə təqdim etməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138-139-cu maddələrinin tələblərinə əsasən MPM-in 47-ci maddəsində nəzərdə tutulmuş prossesual hüquq və vəzifələri izah edilmişdir. Lakin cavabdeh iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 284-5-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 12.04.2019-cu il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 04.02.2019-cu il tarixli 1.1.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC-11143İB/2019 saylı razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. ÜŞT-yə əlavə olan 0104072AZN07099 saylı 12.04.2019-cu il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən Borcalana 01.10.2020-ci il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 180% olmaqla 2.500 manat məbləğdə işçi krediti verilmişdir. Eyni zamanda ÜŞT-yə əlavə olan AVNS430 saylı 12.04.2019-cu il tarixli maliyyələşdirmə üçün ərizəyə əsasən borcalana 10.04.2020-ci il tarixədək illik faiz dərəcəsi 20%, olmaqla 200 manat məbləğdə kredit xətti açılmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. 16.11.2021-ci il tarixli maliyə arayışlarından görünür ki, Cavabdeh 19 oktyabr 2021-ci il tarixə - 0104072AZN07099 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1.326,14 manat əsas borc, 298,90 manat faiz borcu, 1.970,73 manat cərimə olmaqla, cəmi 3.595,77 manat, (623 gecikmə günü); AVNS430 saylı maliyyələşdirmə üçün ərizə üzrə 200 manat əsas borc, 5,55 manat faiz borcu, 71,43 manat cərimə borcu olmaqla, cəmi 276,98 manat təşkil edir (558 gecikmə günü). Məhkəmə hesab edir ki, 0104072AZN07099 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1.970,73 manat cərimə borcu azaldılaraq 100 manat və AVNS430 saylı maliyyələşdirmə üçün ərizə üzrə 71,43 manat cərimə borcu azaldılaraq 10 manat müəyyən edilməlidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, sadələşdirilmiş icraat üzrə iddia qismən təmin edilməli, Cavabdeh 12.04.2019-cu il tarixli 0104072AZN07099 nörməli müqavilə üzrə yaranmış 1.326,14 manat əsas borc, 298,90 manat faiz borcu, 100 manat cərimə; 12.04.2019-cu il tarixli AVNS430 saylı müqavilə üzrə yaranmış 200 manat əsas borc, 5,55 manat faiz borcu, 10 manat cərimə və ödənilmiş 59 manat dövlət rüsumu olmaqla, cəmi 1.999,59 manat tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia tələbi - 1.870,73 manat və 61,43 manat cərimənin tutulması hissəsində rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12.04.2019-cu il tarixli 0104072AZN07099 nörməli müqavilə üzrə yaranmış 1.326,14 manat əsas borc, 298,90 manat faiz borcu, 100 manat cərimə; 12.04.2019-cu il tarixli AVNS430 saylı müqavilə üzrə yaranmış 200 manat əsas borc, 5,55 manat faiz borcu, 10 manat cərimə və ödənilmiş 59 manat dövlət rüsumu olmaqla, cəmi 1.999,59 (min doqquz yüz doxsan doqquz manat əlli doqquz qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar