Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-174/2022 02.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə 06.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin 25.02.2020ci il tarixli 2(071)-17/2020 nömrəli qətnaməsi ilə təyin edilmiş hər ay 100 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, 12.12.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə 11.03.2013-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan onların 12.12.2015-ci il təvəllüdlü X6 adlı bir övladı var. Hacıqabul rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli 2(071)-17/2020 nömrəli qətnaməsi ilə cavabdehlə onun arasındakı nikah pozulmuş, birgə nikahdan doğulmuş övladı - 12.12.2015-ci il təvəllüdlü X6 onun yanında saxlanılmış və uşağın yetkinlik yaşma çatana qədər saxlanması üçün Cavabdeh hər ay 100 manat miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. O, hazırda azyaşlı uşağı ilə birlikdə valideynlərinin yanında yaşayır. Cavabdeh tutulan 100 manat alimenti hər ay ödəsə də, hazırda bu məğləğ uşağın ehtiyaclarını ödəmir. Odur ki, müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 175 manat müəyyən edilməsini xahiş edir. Mediasiya Şurasına müraciət etsə də, cavabdeh gəlmədiyinə görə 24.12.2021-ci il tarixdə X2 sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, o, İddiaçı ilə 11.03.2013-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan onların 12.12.2015-ci il təvəllüdlü X6 adlı bir övladı var. Hacıqabul rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş övladı - 12.12.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşma çatana qədər saxlanması üçün ondan hər ay 100 manat miqdarında aliment tutularaq iddiaçıya verilir. O, alimenti vaxtında ödəyir. Hazırda yaşıllaşdırma idarəsində işləyir, belində xəstəliyi olduğu üçün ağır işdə işləyə bilmir. Rusiya Federasiyasıda da bir uşağı var, o, hər ay ona da aliment ödəyir. Maddi imkanı çox zəifdir, bu səbəbdən də 100 manatdan artıq miqdarda 175 manat aliment ödəməyə maddi imkanı çatmır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02.02.2016-cı il tarixli AZ-İİİ 707157 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan 12.12.2015-ci il təvəllüdlü X6 adlı bir uşağı var. Hacıqabul rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli 2(071)-17/2020 nömrəli qətnaməsi ilə X5 və Cavabdeh arasında 11.03.2013-cü il tarixdə 82 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş övladı - 12.12.2015-ci il təvəllüdlü X6 anası X1 yanında saxlanılmış və uşağın yetkinlik yaşma çatana qədər saxlanması üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi qət edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilərək həy ay 140 manat müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Mediasiya Şurası tərəfindən verilmiş X2 sonra prosesin davam etdirilə bilməməsi barədə 24 dekabr 2021-ci il tarixli 008392 №-li arayışdan müəyyən edilir ki, tərəflər ilkin mediasiya prossesini davam etdirmək barədə qərar qəbul etməmişlər. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını dəyişdirərkən, uşağın mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini, uşağın maddi ehtiyaclarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Hacıqabul rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli 2(071)-17/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş 100 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli, 12.12.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi qalan hissədə rədd edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin 25.02.2020-ci il tarixli 2(071)-17/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş 100 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilsin, 12.12.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-174/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-174/2022
02.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver