Məhkəmə qərarları › İş №2(071)-179/2022

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-179/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-179/2022 12.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Mən, Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X1 İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair elektron iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında 07.01.2022-ci il tarixdə hacıqabul rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 3.919,97 manat əsas borc, 142,30 manat cərimə borcu, 60,62 manat dövlət rüsumu olmaqla, cəmi 4.122,89 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinin tələbinə riayət edilmədən verilmişdir. Belə ki, AZEMİS-dən 07.01.2022-ci il tarixdə çap edilmiş çıxarışdan müəyyən edilir ki, xx.xx.1982-ci ildə Babək rayonu Zeynəddin kəndində doğulmuş Cavabdeh yaşayış yeri üzrə ünvan 1 ünvanda rəsmi qeydiyyatdadır. Odur ki, İddiaçı MMC-nin hazırkı iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə verildiyinə görə, ərazi aidiyyatı üzrə Hacıqabul rayon Məhkəməsinin icraatına qəbul edilə və baxıla bilməz. İddia ərizəsi iddiaçıya qaytarılmalı, iddiaçı qeyd olunan nöqsanları aradan qaldırmaqla, aidiyyatı üzrə cavabdehin rəsmi qeydə alındığı ünvanı üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 31, 35, 152, 152.1.3, 263- 264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar