Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-185/2022 16.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi ilə, İddiaçı nümayəndəsi (oğlu) X1 iştirakı ilə, İddiaçı cavabdeh Doğan (Hüseynova) Könül Allahverdi qızına qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Doğan (Hüseynova) Könül Allahverdi qızına qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə 14.08.2014-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Doğan (Hüseynova) Könül Allahverdi qızından onun xeyrinə 7.800 manat əsas borc, 30 manat məhkəmə xərci və 1 manat xidmət haqqı olmaqla, ümumilikdə 7.831 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 15.10.2014-cü il tarixli 2(071)529/2014 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Doğan (Hüseynova) Könül Allahverdi qızından 7.800 manat borcun və ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Doğan (Hüseynova) Könül Allahverdi qızı 25.10.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Hacıqabul rayon Məhkəməsinin 15.10.2014-cü il tarixli 2(071)529/2014 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini və işə onun iştirakı ilə baxılmasını xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 04.11.2021-ci il tarixli 2(071)-529/2014 nömrəli qərardadı ilə cavabdeh Doğan (Hüseynova) Könül Allahverdi qızının ərizəsi təmin edilmiş, Hacıqabul rayon Məhkəməsinə 15.10.2014-cü il tarixli 2(071)529/2014 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş, iş təzələnərək tərəflərin iştirakı ilə mahiyyəti üzrə baxılması qərara alınmış, işin məhkəmə baxışı 08.12.2021-ci il tarixə saat 14:00-a təyin edilmişdir. Qərardadın surəti tərəflərə göndərilmişdir. İddiaçı gəlmədiyinə görə işə baxılması 21.12.2021-ci il tarixə saat 10:30-a təxirə salınmış və iddiaçıya məhkəmə bildirişi və AZEMİS vasitəsilə ********** nömrəli telefona SMS bildirişi göndərilməklə məlumat verilsə də, iddiaçı göstərilən tarixdə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh Doğan (Hüseynova) Könül Allahverdi qızı məhkəmə iclasında iştirak edərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən, Hacıqabul rayon Məhkəməsinin 21.12.2021-ci il tarixli 2(071)-716/2021 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı 11.01.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin 21.12.2021-ci il tarixli 2(071)-716/2021 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 17.01.2022-ci il tarixli 2(071)-185/2022 nömrəli qərardadı ilə İddiaçı vəsatəti təmin edilmiş, Hacıqabul rayon Məhkəməsinin 21.12.2021-ci il tarixli 2(071)- 716/2021 nömrəli qərardadı ləğv edilmiş və iş məhkəmə baxışı 16.02.2022-ci il tarixə saat 10:00-a təyin edilmişdir. Qərardadın surəti tərəflərə göndərilmiş, həmçinin AZEMİS vasitəsilə tərəflərin mobil telefonuna SMS bildirişi göndərilməklə məlumat verilsə də, cavabdeh göstərilən tarixdə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-itn 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh Doğan (Hüseynova) Könül Allahverdi qızı 07.12.2021-ci il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim edərək, ərizəsində İddiaçı ilə aralarında bağlanmış 19.10.2013-cü il tarixli aktın onun tərəfindən yazılmadığını, aktda olan imzanın ona məxsus olmadığını və iddiaçıdan borc pul almadığını göstərərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh Doğan (Hüseynova) Könül Allahverdi qızı 21.12.2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, ərizəsində nümayəndəsi X2 tərəfindən onun adından 07.12.2021-ci il tarixdə yazılmış etiraz ərizəsinin düzgün yazılmadığını, 19.10.2013-cü il tarixli aktı özü yazmasa da, aktda olan imzanın və Cavabdeh sözlərinin ona məxsus olduğunu bildirmiş, lakin İddiaçı borc almadığını göstərmişdir. İddiaçı nümayəndəsi (oğlu) X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, borclu Doğan (Hüseynova) Könül Allahverdi qızı onun atası İddiaçı məxsus ünvan 1 ünvanda 2012-ci il tarixdən etibarən həyat yoldaşı Türkiyyə Respublikasının vətəndaşı Doğan Murat adlı şəxslə kirayədə yaşamışlar. Bir il sonra, yəni 19.10.2013-cü il tarixdə Cavabdeh atası İddiaçı müraciət edərək, 7.800 manat borc pul istəmişdir. Bunu onunla əsaslandırmışdır ki, həyat yoldaşı Murat xaricdən mal gətirmiş və gömrük rüsumunu ödəmək məqsədi ilə ona təcili pul lazımdır. Qeyd edilən malı satan kimi borc pulu dərhal ödəyəcəkdir. Cavabdeh və onun yoldaşı Murat 2012-ci ildən onların evində kirayədə yaşadıqlarına və Murat Doğanın Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində ona məxsus evdə qeydiyyata götürüldüyünə görə, atası İddiaçı onlara inanaraq 19.10.2013-cü il tarixdə 7.800 manat pulu Cavabdeh borc vermişdir. Qeyd edilən məbləği İddiaçı şəxsən götürdüyünə dair Cavabdeh ona öz xətti ilə yazılan və imzalanan izahat vermişdir. Həmin izahatı şahidlər iddiaçın həyat yoldaşı Stella Eyvazova, borclunun bacısı Sevinc Kərimova, analığı Nisə Hüseynova və cavabdehin atası Allahverdi Hüseynov öz imzaları ilə təsdiq etmişlər. Bu hadisədən 1 (bir) ay sonra Cavabdeh onlara müraciət edərək, əri Muratın işlərində çətinliklər yarandığından analığı Nisə xanıma məxsus Ələt qəsəbəsi Eduard İmanov küçəsinə köçmək qərarına gəldiklərini bildirmişdir. İddiaçı dərhal borc verdiyi məbləği tələb edəndə, özünü Kərbəlayi Allahverdi kimi təqdim edən atası, Kərimova Sevinc kimi özü təqdim edən bacısı, Nisə Hüseynova kimi özünü təqdim edən analığı və Könül özü borcu qısa müddət ərzində qaytaracaqlarına söz vermişlər. Hal-hazırda borclu Cavabdeh faktiki yaşadığı Ələt qəsəbəsi Eduard İmanov və Ələt qəsəbəsi Sabir küçəsində yerləçən ***-**-** və ***-**-** ev, habelə (070)615-75-50 və (050)352-69-51 mobil telefonlarına zəng vuranda, cavadeh Cavabdeh və qohumları ona çatası borcun heç vaxt ödənilməyəcəyini bildirmişlər. İddiaçı cavabdehdən pulu sülh yolu ilə ala bilmədiyinə görə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin iddianı müdafiə etməsinə dair ərizəsini, iş materiallara əlavə edilmiş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 19.10.2013-cü il tarixdə Stella Eyvazovanın, İddiaçı, Sevinc Kərimovanın, Nisə Hüseynovanın və Allahverdi Hüseynovun iştirakı ilə yazılmış 19.10.2013-cü il tarixli yazılı izahatdan görünür ki, 19.10.2013-cü il tarixdə Doğan (Hüseynova) Könül Allahverdi qızı İddiaçı 7.800 manat borc pul almışdır və borcu bir il ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Doğan (Hüseynova) Könül Allahverdi qızı 21.12.2021-ci il tarixdə yazdığı ərizəsində 19.10.2013-cü il tarixli izahatdakı imzanın ona məxsus olduğunu təsdiq etsə də, izahatda qeyd olunan 7.800 manat pulu almadığını bildirmişdir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, Doğan (Hüseynova) Könül Allahverdi qızı borc almasına dair 19.10.2013-cü il tarixli yazılı izahata imza etməklə və öz adını yazmaqla İddiaçı 7.800 manat pul aldığını təsdiq etmişdir, həmçinin məhkəməyə verdiyi ərizəsində də izahatdakı imzanın ona məxsus olduğunu və Cavabdeh sözlərini yazmasını etiraf etmişdir. Doğan (Hüseynova) Könül Allahverdi qızının atası X3 15.10.2014-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verərək və yazılı izahat təqdim edərək, qızı Könülün İddiaçı 7.800 manat borc pul aldığını təsdiq etmişdir. Cavabdeh İddiaçı 7.800 manat borc pul almadığını iddia etsə də, bu halı təsdiq edən mötəbər yazılı sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə onun özünün imzası ilə olan 19.10.2013-cü il tarixli yazılı izahat cavabdehin iddiaçıdan 19.10.2013-cü il tarixdə bir il müddətinə qaytarmaq şərti ilə 7.800 manat borc almasını təsdiq edir. Borcun qaytarılmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh Doğan (Hüseynova) Könül Allahverdi qızından 19.10.2013-cü il tarixli sadə yazılı müqaviləyə (izahat) əsasən aldığı 7.800 manat borc və ödənilmiş 31 manat dövlət rüsumu olmaqla, cəmi 7.831 manat pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Doğan (Hüseynova) Könül Allahverdi qızından 19.10.2013-cü il tarixli sadə yazılı müqaviləyə (izahat) əsasən aldığı 7.800 manat borc və ödənilmiş 31 manat dövlət rüsumu olmaqla, cəmi 7.831 (yeddi min səkkiz yüz otuz bir) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-185/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-185/2022
16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver