Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-198/2022 26.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi ilə, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tutulması” tələbinə dair iddia ərizəsi ilə 25.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, onun 23.10.2004-cü il tarixli akta əsasən Hacıqabul rayonu Ələtli kəndində yerləşən 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daimi istifadəsinə verilməsi üçün X9 23.10.2004-cü il tarixdə ödədiyi 250.000 manat (AZM) vəsaitin əvəzi olaraq, 6.000 manat pulun və ödədiyi 80 manat dövlət rüsumunun - 31.12.2013-cü ildə vəfat etmiş X5 qanun üzrə birinci növbə vərəsəsi olan (oğlu) Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, 1991-1992-ci illərdən başlayaraq Hacıqabul rayonu Ələtli kəndində yerləşən hal-hazırda istifadə etdiyi torpaq sahəsi tamamilə yararsız vəziyyətdə olduğu üçün həmin torpaq sahəsini yararlı vəziyyətə gətirərək istifadə etmişdir. Torpaq islahatından sonra həmkəndlisi mərhum X12 ona müraciət edərək, istifadəsində olan torpaq sahəsinin islahat zamanı ona verildiyini bildirmişdir. Daha sonra o, 23.09.2021-ci və 24.09.2021-ci il tarixli çıxarışlara əsasən X24 xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Ələtli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,0766 ha və 1,3227 ha torpaq sahələrinin 1,0 ha hissəsini X15 və Cavabdeh atası X6 23.10.2004-cü ildə 250.000 manata (AZM) satın almışdır. Bu barədə Hacıqabul rayonu Ələtli bələdiyyəsi tərəfindən 23.10.2004-cü il tarixdə akt tərtib edilmişdir. Qeyd edilən Aktı Hacıqabul rayonu Ələtli Bələdiyyəsi möhürlə təsdiq etmişdir. Həmin vaxtdan etibarən o, heç bir maneə olmadan qeyd edilən torpaq sahəsindən istifadə etmişdir. Hal-hazırda qeyd edilən torpaq sahəsi X8 və Hacıqabul Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixi 2(071)-676/2021 saylı qətnaməsi ilə X24 ona qarşı torpaq sahəsindən çıxarılması barədə iddiası təmin edilmişdir. Cavabdehin mərhum atası X14 tərəfindən ona satılmış 1,0 ha torpaq sahəsinin hazırda dəyəri 5.000 manatdır. Bundan əlavə o, torpağın yararlı hala salınması üçün 1.000 manat xərc çəkmişdir. X1 vəfat etdiyi üçün o, yuxarıda qeyd edilən məbləği X5 vərəsəsi olan oğlu X17 tələb edir. Orur ki, iddiasının təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı məhkəməyə təqdim etdiyi 23.10.2004-cü il tarixli akta əsasən İddiaçı Hacıqabul rayonu Ələtli kəndində yerləşən 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daimi istifadəsinə verilməsi üçün onun atası X9 23.10.2004-cü il tarixdə ödədiyi 250.000 manat (AZM) vəsait ödəmişdir. Onun atası X12 31.12.2013-cü ildə vəfat etmişdir. O, X2 miras qalmış evdə faktiki yaşayır və inəklərə və qoyunlara sahiblik edir. Hesab edir ki, Onun İddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Ələtli kənd bələdiyyəsinin sədri M.K.Kərimov, Ələtli kənd sakini X13 və Ələtli kənd sakini İddiaçı tərəfindən tərtib edilmiş 23.10.2004-cü il tarixli aktdan müəyyən edilir ki, ələtli kənd sakini İddiaçı X11 məxsus pay torpaq sahəsinin 1.0 ha hissəsini 250.000 manata (AZM) satın almış və həmin torpaq sahəsi İddiaçı birdəfəlik istifadəsinə verilmişdir. Qeyd edilən aktı Hacıqabul rayonu Ələtli Bələdiyyəsi möhürlə təsdiq etmişdir. Hacıqabul rayon notariat kontorunda bağlanmış 19.02.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X25, X21, X26 və X28 DTXK Hacıqabul rayon şöbəsi tərəfindən 20.12.1998-ci il tarixli seriya nömrəsi JN:0016, KOD 91004058 olan dövlət aktına əsasən birgə mülkiyyətlərində olan Hacıqabul rayonu Ələtli kəndində yerləşən 11.1001 ha torpaq sahəsini mülkiyyətçilərin hər birinə 1.350 manat olmaqla, ümumilikdə 5400 manata X3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 23.09.2021-ci il tarixli ********** qeydiyyat nömrəli və 24.09.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlara əsasən Hacıqabul rayonu Ələtli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,0766 ha və 1,3227 ha torpaq sahələri X24 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 23.09.2021-ci il tarixli AA 621945 nömrəli torpaq sahəsinin planı və ölçüsü ilə X24 xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Ələtli kəndində yerləşən 1,0766 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri; 24.09.2021-ci il tarixli AA 621986 nömrəli torpaq sahəsinin planı və ölçüsü ilə X24 xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Ələtli kəndində yerləşən 1,3227 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 01.12.2021-ci il tarixi 2(071)-676/2021 saylı qətnaməsi ilə İddiaçı 23.09.2021-ci il tarixli ********** qeydiyyat nömrəli və 24.09.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışlara əsasən iddiaçı X24 xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Ələtli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,0766 ha və 1,3227 ha torpaq sahələrinin zəbt edilmiş 2,0 ha hissəsindən çıxarılması, torpaq sahəsi boşaldılaraq mülkiyyətçi X27 təhvil verilməsi qət edilmiş, iddia tələbi dəymiş ziyana görə 4.000 manat ödənilməsi hissəsində rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı Hacıqabul rayonu Ələtli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.0 ha hissəsini onun birdəfəlik istifadəsinə verilməsi üçün X10 23.10.2004-cü il tarixdə 250.000 manat (AZM) pul vermişdir. Lakin sonradan X7 oğlu X25 və ailə üzvləri həmin torpaq sahəsini 19.02.2021-ci il tarixdə X3. Məhkəmə qətnaməsinə əsasən İddiaçı həmin torpaq sahəsində çıxarılmışdır. Nəticədə İddiaçı hesabına X13 əsassız varlanmış və İddiaçı maddi zərər dəymişdir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16.10.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunvericilik mirasın qəbulunun iki üsulunu, formal və qeyri-formal üsullarını müəyyən etmişdir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Beləliklə, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Belə iddialara məhkəmələrdə hansı qaydada baxılmasının qeyri-müəyyən olmasına dair müraciətedənin qənaəti ilə bağlı qeyd edilməlidir ki, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mexanizmi mülki prosessual qanunvericiliklə müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən vərəsəsin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Məhkəmə qeyd edir ki, X12 31.12.2013-cü ildə vəfat etmişdir və onun vafatından sonra oğlu Cavabdeh qanun üzrə birinci növbə vərəsə kimi ondan miras qalmış evi və heyvanları faktiki idarəçiliyə qəbul etmiş, miras əmlaka sahiblənmişdir. Odur ki, X5 İddiaçı Hacıqabul rayonu Ələtli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.0 ha hissəsini birdəfəlik istifadəsinə verilməsi üçün 23.10.2004-cü il tarixdə aldığı 250.000 manat (AZM) pulun əvəzi olaraq, Hacıqabul rayonu Ələtli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,0 ha torpaq sahəsinin dəyəri 2.250 manat (5.400:2,4=2.250) maddi zərər mərhum X5 vərəsəsi olan oğlu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Çünki, mərhum X14 tərəfindən İddiaçı birdəfəlik istifadəsinə verilmiş Hacıqabul rayonu Ələtli kəndində yerləşən 1,0 ha torpaq sahəsinin 19.02.2021-ci il tarixdə digər şəxsə, yəni X4 nəticəsində İddiaçı 2.250 manat maddi zərər dəymişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 23.10.2004-cü il tarixli akta əsasən Hacıqabul rayonu Ələtli kəndində yerləşən 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daimi istifadəsinə verilməsi üçün X9 23.10.2004-cü il tarixdə ödədiyi 250.000 manat (AZM) vəsaitin əvəzi olaraq, 2.250 manat (1,0 ha torpaq sahəsinin dəyəri) və ödənilmiş 80 manat dövlət rüsumu olmaqla, cəmi 2.330 manat pul - 31.12.2013-cü ildə vəfat etmiş X5 qanun üzrə birinci növbə vərəsəsi olan (oğlu) Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi - 3.750 manat tutulması hissəsində rədd edilməlidir. Çünki, İddiaçı 1,0 ha torpaq sahəsinin dəyərinin 5.000 manat olmasını və torpaq sahəsinin yararlı hala salınması üçün 1.000 manat xəc çəkdiyini iddia etsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə 19.02.2021-ci il tarixli alqı-satqı müqaviləsindən müəyyən edilir ki, 1,0 ha torpaq sahəsinin dəyəri 2.250 manat olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı 23.10.2004-cü il tarixli akta əsasən Hacıqabul rayonu Ələtli kəndində yerləşən 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daimi istifadəsinə verilməsi üçün X9 23.10.2004-cü il tarixdə ödədiyi 250.000 manat (AZM) vəsaitin əvəzi olaraq, 2.250 manat (1,0 ha torpaq sahəsinin dəyəri) və ödənilmiş 80 manat dövlət rüsumu olmaqla, cəmi 2.330 (iki min üç yüz otuz) manat pul - 31.12.2013-cü ildə vəfat etmiş X5 qanun üzrə birinci növbə vərəsəsi olan (oğlu) Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi - 3.750 manat tutulması hissəsində rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-198/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-198/2022
26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver