Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-200/2022 17.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə 25.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 3.600 manat borcun və ödənilmiş 56 manat dövlət rüsumu olmaqla, cəmi 3.656 manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh uzun müddətdir ki, tanıyır. 26.12.2018-ci il tarixdə Cavabdeh ondan 3.600 manat borc pul almışdır. Cavabdeh 26.12.2018-ci il tarixdə qəbz yazmaqla ondan 3.600 manat borc aldığını və həmin pulu 18 ay müddətində hər ay 200 manat olmaqla ona qaytarmağı öhdəsinə götürməsi barədə qəbz yazmış və imza etmişdir. Müddət bitməsinə baxmayaraq cavabdeh ona heç bir ödəniş etməmişdir. O, cavabdehə dəfələrlə müraciət edərək pulunu tələb etsə də, cavabdeh ona olan borcunu ödəməmişdir. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək, 17.03.2022-ci il tarixə saat 10:40-a təyin edilmiş məhkəmə baxış iclasını onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanda yaşamadığına görə bildirişi ona təqdim etmək mümkün olmamışdır. Bu barədə AZ2400 Poçt şöbəsi tərəfindən müvafiq qeyd yazılmaqla bildiriş məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının, onun nümayəndəsi və vəkilinin, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin iddianı müdafiə etməsinə dair ərizəsini, iş materiallara əlavə edilmiş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Cavabdeh tərəfindən yazılmış və imzalanmış 26.12.2018-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh 26.12.2018-ci il tarixdə İddiaçı 3.600 manat borc pul almış və həmin pulu 18 ay müddətində hər ay 200 manat ödəmək şərti ilə İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Borcun verilməsi zamanı sadə yazılı formada müqavilə bağlanmaqla Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbinə əməl edilmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə kreditorun müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Aldığı borcu qaytarmamışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 26.12.2018-ci il tarixli yazılı müqaviləyə (qəbzə) əsasən aldığı 3.600 manat borc və ödənilmiş 56 manat dövlət rüsumu olmaqla, cəmi 3.656 manat pul tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 26.12.2018-ci il tarixli yazılı müqaviləyə (qəbzə) əsasən aldığı 3.600 manat borc və ödənilmiş 56 manat dövlət rüsumu olmaqla, cəmi 3.656 (üç min altı yüz əlli altı) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-200/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-200/2022
17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver