Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-211/2024 10.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1, iddiaçı “X2” ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdi: İddiaçı “X2” ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 4999,34 manat əsas borc, 1262,37 manat faiz borcu və 269,09 manat cərimə olmaqla, cəmi 6530,80 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 85,31 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən olundu ki, ərizədə göstərilən tələbə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Həmin Məcəllənin 112.2-ci maddəsinə əsasən iddia qiymətinə həm də iddia ərizəsində göstərilən dəbbə pulu (cərimələr, penyalar) da daxil edilir. “X2” ASC-nin Cavabdeh qarşı verdiyi iddia ərizəsində, cavabdehdən ümumilikdə 6530,80 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Azərbaycan Rspublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284- 1-ci maddəsinə uyğun deyildirsə, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Qeyd olunan Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göstərilən prosessual hüquq normalarının tələbinə əsasən məhkəmə hesab edir ki, “X2” ASC tərəfindən verilmiş ərizədəki iddianın qiyməti beş min manatdan artıq olduğundan və iddiaçı tərəfindən ərizə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılması üçün verildiyindən, həmin ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263, 264, 284-1 və 284-4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı “X2” ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verdiyi ərizənin qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. X5
Məhkəmə qərarları › İş №2(071)-211/2024
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-211/2024
10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver