Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-217/2021 12.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı Səfəralı oğlunun iştirakı ilə, İddiaçı Səfəralı oğlunun Cavabdeh qarşı “kəsilmiş boru xəttinin əvəzi kimi 1.185 manat, 4.988,37 manat real zərərin və 18.000 manat əldən çıxmış faydanın tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Səfəralı oğlu Cavabdeh qarşı “kəsilmiş boru xəttinin əvəzi kimi 1.185 manat, 4.988,37 manat real zərərin və 18.000 manat əldən çıxmış faydanın tutulması” tələbinə dair iddia ərizəsi ilə 15.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh kəsilmiş boru xəttinin əvəzi kimi 1.185 manat; boru xətinin kəsilməsi səbəbindən pambıq sahəsinin suvarılmaması nəticəsində dəymiş 4.988,37 manat real zərərin və 18.000 manat əldən çıxmış faydanın əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Hacıqabul rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli 2(071)-120/2020 nömrəli qətnaməsi olduğuna görə, Hacıqabul rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli 2(071)-217/2021 saylı qərardadı ilə hazırkı mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı Səfəralı oğlu 23.06.2021-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli 2(071)-217/2021 saylı qərardadından şikayyət vermişdir. Hacıqabul rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli 2(071)-217/2021 saylı qərardadı ilə İddiaçı Səfəralı oğlunun şikayyət mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19.08.2021-ci il tarixli 2(106)-2628/2021 nömrəli qərardadı ilə İddiaçı Səfəralı oğlunun apelyasiya şikayəti təmin edilmiş, Hacıqabul rayon Məhkəməsinin 01.06.2021-ci il tarixli 2(071)-217/2021 nömrəli və 06.07.2021-ci il tarixli 2(071)- 217/2021 nömrəli qərardadları ləğv edilmiş və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı Səfəralı oğlu məhkəmə iclasında iddia tələbini müdafiə etdi və Cavabdeh kəsilmiş boru xəttinin əvəzi kimi 1.185 manat; boru xətinin kəsilməsi səbəbindən pambıq sahəsinin suvarılmaması nəticəsində dəymiş 4.988,37 manat real zərərin və 18.000 manat əldən çıxmış faydanın əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materialların araşdıraraq hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə Şirvan Apellyasiya Məhkəməsinin icraatında 2(106)-2419/2021 nömrəli mülki iş olduğuna görə, hazırkı mülki iş üzrə İddiaçı Səfəralı oğlunun Cavabdeh qarşı “Cavabdeh kəsilmiş boru xəttinin əvəzi kimi 1.185 manat; boru xətinin kəsilməsi səbəbindən pambıq sahəsinin suvarılmaması nəticəsində dəymiş 4.988,37 manat real zərərin və 18.000 manat əldən çıxmış faydanın əvəzinin tutularaq İddiaçı Səfəralı oğluna ödənilməsi” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.4-cü maddəsinin tələbinə uyğun olaraq baxılmamış saxlanılmalıdır. Çünki, Hacıqabul rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli 2(071)-120/2020 nömrəli qətnaməsi ilə iddiaçılar X1 və Cavabdeh İddiaçı Səfəralı oğluna qarşı “dəymiş maddi ziyana görə 239.792 ABŞ dolları, 1.377.152 rus rublu və mənəvi ziyana görə 50.000 manat pul tutulması” tələbinə dair ilkin iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı Səfəralı oğlundan 128.500 ABŞ dolları pulun ödəmə gününə manatın dollara olan məzənnəsi ilə tutularaq iddiaçılar X2 və Cavabdeh verilməsi qət edilmiş, ilk iddia tələbi qalan hissədə rədd edilmişdir. Həmçinin, cavabdeh İddiaçı Səfəralı oğlunun iddiaçılar X2 və Cavabdeh qarşı “kəsilmiş boru xəttinin əvəzi kimi 1.185 manat, 4.988,37 manat real zərərin və 18.000 manat əldən çıxmış faydanın tutulması” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. İddiaçılar X3 və Cavabdeh, cavabdeh İddiaçı Səfəralı oğlu və “Ramil” kəndli fermer təsərrüfatı iş üzrə Hacıqabul rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli 2(071)-120/2020 nömrəli qətnaməsindən apellyasiya şikayətləri vermişlər. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.06.2021-ci il tarixli 2(106)-2419/2021 nömrəli qərardadı ilə iddiaçılar X1 və Cavabdeh İddiaçı Səfəralı oğluna qarşı “dəymiş maddi ziyana görə 239.792 ABŞ dolları, 1.377.152 rus rublu və mənəvi ziyana görə 50.000 manat pul tutulması” tələbinə dair ilkin iddiası; cavabdeh İddiaçı Səfəralı oğlunun iddiaçılar X2 və Cavabdeh qarşı “kəsilmiş boru xəttinin əvəzi kimi 1.185 manat, 4.988,37 manat real zərərin və 18.000 manat əldən çıxmış faydanın tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki iş üzrə Hacıqabul rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli 2(071)-120/2020 nömrəli qətnaməsindən iddiaçılar X1 və Cavabdeh, cavabdeh İddiaçı Səfəralı oğlunun və “Ramil” kəndli fermer təsərrüfatının verdikləri apellyasiya şikayətləri mümkün hesab edilmiş və apellyasiya şikayətlərinə baxılması 03.08.2021-ci il tarixə saat 12:30-a təyin edilmişdir. Tərəflərə məhkəmə bildirişi göndərilmişdir. Hazırda həmin işə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılması 02.11.2021-ci il tarixə saat 17:00a təyin edilmişdir (sədrlik edən və məruzəçi hakim İlham Əsədov). Göründüyü kimi, İddiaçı Səfəralı oğlunun hazırkı mülki iş üzrə Cavabdeh qarşı verdiyi iddia ərizəsindəki - “kəsilmiş boru xəttinin əvəzi kimi 1.185 manat, 4.988,37 manat real zərərin və 18.000 manat əldən çıxmış faydanın tutulması” tələbinə dair iddia tələbi ilə; Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan 2(106)-2419/2021 nömrəli mülki iş üzrə cavabdeh İddiaçı Səfəralı oğlunun iddiaçılar X2 və Cavabdeh qarşı verdiyi qarşılıqlı iddiasındakı iddia tələbi - “kəsilmiş boru xəttinin əvəzi kimi 1.185 manat, 4.988,37 manat real zərərin və 18.000 manat əldən çıxmış faydanın tutulması” tələbinə dair qarşılıqlı iddiası eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə olduğuna görə, hazırkı iddia ərizəsinə mahiyyəti üzrə baxıla bilməz. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisəyə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan 2(106)-2419/2021 nömrəli mülki iş üzrə baxılmalı və yekun məhkəmə aktı qəbul edilməlidir. Çünki, Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa, məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.4, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Səfəralı oğlunun Cavabdeh qarşı “kəsilmiş boru xəttinin əvəzi kimi 1.185 manat, 4.988,37 manat real zərərin və 18.000 manat əldən çıxmış faydanın tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-217/2021
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-217/2021
12.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver