Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-224/2022 03.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Mən, Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X1 İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair elektron iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında 02.02.2022-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə 401 manat əsas borc, 82 manat cərimə borcu, 30 manat dövlət rüsumu olmaqla, cəmi 513 manat pul tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi ərazi aidiyyatı qaydasına riayət edilmədən verilmişdir. Belə ki, AZEMİS-dən 02.02.2022-ci il tarixdə çap edilmiş çıxarışdan müəyyən edilir ki, xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuş Cavabdeh yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov rayonu X3 küçəsi ev 9 ünvanda rəsmi qeydiyyatdadır. Odur ki, iddiaçı "xxxx" MMC-nin hazırkı iddia ərizəsi aidiyyət qaydalarının pozulması ilə verildiyinə görə, ərazi aidiyyatı üzrə Hacıqabul rayon Məhkəməsinin icraatına qəbul edilə və baxıla bilməz. İddia ərizəsi iddiaçıya qaytarılmalı, iddiaçı qeyd olunan nöqsanları aradan qaldırmaqla, aidiyyatı üzrə cavabdehin rəsmi qeydə alındığı ünvanı üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 31, 35, 152, 152.1.3, 263- 264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-224/2022
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-224/2022
03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver