Məhkəmə qərarları › İş №2(071)-227/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-227/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-227/2024 07.03.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 1600 manat məbləğində pulun və 36 manat ödənilmiş dövlət rüsumunun, ümumillikdə 1636 manat pulun cavabdehlərdən alınaraq verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 2019-cu ildən etibarən Şirvan şəhərində kafedə işçi kimi tanımışdır. Müştərisi olduğu kafedə mütəmadi olaraq çay içmək üçün gedtmişdir. 2020-ci ilin oktyabr ayında Cavabdeh2 ona bildirmişdir ki, İlahə adlı qızı özünə məxsus qızılları girov qoymaqla götürdüyü pulu xərcləmiş, bu səbəbdən qızılları girovdan azad etmək məqsədi ilə ona 1200 manat pul lazım olduğunu bildirmişdir. O, pulunun olmamasını bildirmişdir. Lakin bir neçə gün sonra cavabdeh ona yenə müraciət edərək borca pul istəmişdir. O, Cavabdeh2 inadığından ilkin olaraq qızı Cavabdeh1 (Cavabdeh2 zəngi ilə) xx.xx.2020-ci il tarixdə 300 manat, xx.xx.2020-ci il tarixdə 600 manat və xx.xx.2020-ci il tarixdə 300 manat ümumilikdə 1200 manat məbləğində pulu vermişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə Cavabdeh2 ona bildirmişdir ki, istifadəsində olan pensiya kartı Cəmilə adlı bir şəxsdə girov qoyduğundan kartı götürməsi üçün əlavə 800 manat pul lazımdır. O əlavə olaraq 800 manat pulun verilməsi müqabilində iltizam verilməsini bildirmişdir. Cavabdeh2 xx.xx.2020-ci il tarixdə iltizam yazmaqla ümumilikdə 2000 manat borc götürmüşdür. Cavabdeh2 borclu olduğu 2000 manat puldan 400 manat pul qaytarmışdır. Hazırda cavabdehin ona 1600 manat borcu var və onlar 1600 manat pulun qaytarılmasından imtina edirlər. Bu səbəbdən cavabdehlərdə olan pulunun qaytarılması barədə dəfələrlə tələbi təmin edilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında İddiaçı iddianın həcmini dəqiqləşdirilməsi barədə ərizə verərək bildirmişdir ki, cavabdehlə aralarında olan 1600 manat puldan cavabdeh 400 manat pul qaytarmışdır. Odur ki, cavabdehdən 1200 manat pul alaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Bundan başqa, iddiaçı məhkəmə iclasında ərizə ilə müraciət edərək iş üzrə cavabdeh kimi qeyd etdiyi Cavabdeh1 qarşı heç bir tələbi yoxdur. Cavabdeh1 ondan borc kimi götürdüyü pulu anası Tutuxanıma vermişdir. Cavabdeh2 məhkəmə iclasında ərizə ilə müraciət edərək bildirdi ki, iddianı etiraf edir. Belə ki, onun hazırda iddiaçıya 1200 manat borcu var. Qızı Cavabdeh1 bu məsələyə heç bir aidiyyəti yoxdur. Nailə iddiaçıdan onun xahişi ilə borc almış və həmin pulu onun özünə vermişdir. O. İsə həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında olan 1600 manat puldan cavabdeh 400 manat pul qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, ümumilikdə 1200 manat məbləğində pulun borc kimi cavabdehə verilməsini təsdiq edən sübutlarını, yəni cavabdehin özü tərəfindən tərtib edilmiş və imzalanmış ərizəni məhkəməyə təqdim etmişdir. Cavabdeh isə iddiaçıdan 1200 manat borc pul aldığını etiraf edən ərizəni məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə iclasında araşdırılmış iddiaçının və cavabdehin izahatı, habelə işin digər materialları ilə müəyyən olundu ki, Cavabdeh2 İddiaçı borc almışdır və öhdəsini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddia təmin edilməli, 1200 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 36 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh2 1200 manat (min iki yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36 (otuz altı) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar