Məhkəmə qərarları › İş №2(071)-244/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-244/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-244/2022 12.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı “Finca Azerbaijan” MM QBKT-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “Finca Azerbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Finca Azerbaijan” MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 02.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 09.12.2019-cu il tarixli **********0457 saylı güzəştli kredit müqaviləsi üzrə yaranmış 3.791,19 manat əsas borc, 117,51 manat faiz borcu olmaqla, cəmi 3.908,70 manat; 09.12.2019-cu il tarixli **********0460 saylı güzətli kredit müqaviləsi üzrə yaranmış 2.188,06 manat əsas borc, 67,86 manat faiz borcu olmaqla, cəmi 2.255,86 manat olmaqla, ümumilikdə iki kredit müqaviləsi üzrə 6.164,56 manat pulun və 82 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “Finca Azerbaijan” MM QBKT-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı “Finca Azerbaijan” MM QBKT-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, iddiaçı "FİNCA Azerbaijan" ММ QBKT ilə Cavabdeh1 arasında "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın 6-cı maddəsinə uyğun olaraq bağlanmış 09.12.2019-cu il tarixli **********0457 saylı güzəştli kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 3.791,19 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmçinin 09.12.2019-cu il tarixli **********0460 saylı güzəştli kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 2.188,06 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. 09.12.2019-cu il tarixli **********0457 saylı kredit (Restrukturizasiya) müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 3,26 manat, dörd il müddətində isə hər ay 80,63 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. 09.12.2019-cu il tarixli **********0460 saylı kredit (Restrukturizasiya) müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən isə borclunun bir il güzəşt müddətində hər ay 1,88 manat, dörd il müddətində isə hər ay 46,53 manat olmaqla, bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı və **********0***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində həmin kredit müqavilələrinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında ərizə təqdim edərək, iddia tələbini qəbul etdi və izahtında göstərdi ki, “Finca Azerbaijan” MM QBKT-nin ona qarşı pul tələbinə dair iddiasını qəbul edir və banka olan borcunu hissə-hisə ödəməyə heç bir etirazı yoxdur. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallara əlavə edilmiş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 09.12.2019-cu il tarixli **********0457 saylı kredit müqaviləsinə əsasən kredit verən kredit alana sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 3.791,19 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 3.791,19 manat güzəştli kredit verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. 09.12.2019-cu il tarixli **********0460 saylı kredit müqaviləsinə əsasən kredit verən kredit alana sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 2.188,06 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 2.188,06 manat güzəştli kredit verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu Müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Kredit müqavilələri üzrə borcalan Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə “Finca Azerbaijan” MM QBKT arasında 09.12.2019-cu il tarixli **********0***-******* saylı və **********0***-******* saylı zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh2 borcalan Cavabdeh1 öhdəliklərinin icrası üçün bank qarşısında borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcu vaxtında lazımi qaydada ödəməmiş və öhdəliyin icrasını gecikdirmişdir. 17.01.2022-ci il tarixinə olan maliyyə arayışına əsasən 09.12.2019-cu il tarixli, **********0457 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 “Finca Azerbaijan” MM QBKT-na borcu 3.791,19 manat əsas, 117,51 manat faiz olmaqla, cəmi 3.908,70 manat təşkil edir. 17.01.2022-ci il tarixinə olan maliyyə arayışına əsasən 09.12.2019-cu il tarixli **********0460 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 “Finca Azerbaijan” MM QBKT-ya borcu 2.188,06 manat əsas, 67,86 manat faiz olmaqla, cəmi 2.255,86 manat təşkil edir. Borclu öhdəliyini lazımi qaydada icra etmədiyi üçün zamin həmin borcun ödənilməsi üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 09.12.2019-cu il tarixli **********0457 saylı güzəştli kredit müqaviləsi üzrə yaranmış 3.791,19 manat əsas borc, 117,51 manat faiz borcu olmaqla, cəmi 3.908,70 manat; 09.12.2019-cu il tarixli **********0460 saylı güzətli kredit müqaviləsi üzrə yaranmış 2.188,06 manat əsas borc, 67,86 manat faiz borcu olmaqla, cəmi 2.255,86 manat olmaqla, ümumilikdə iki kredit müqaviləsi üzrə 6.164,56 manat borc və ödənilmiş 82 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “Finca Azerbaijan” MM QBKT-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 09.12.2019-cu il tarixli **********0457 saylı güzəştli kredit müqaviləsi üzrə yaranmış 3.791,19 manat əsas borc, 117,51 manat faiz borcu olmaqla, cəmi 3.908,70 manat; 09.12.2019-cu il tarixli **********0460 saylı güzətli kredit müqaviləsi üzrə yaranmış 2.188,06 manat əsas borc, 67,86 manat faiz borcu olmaqla, cəmi 2.255,86 manat olmaqla, ümumilikdə iki kredit müqaviləsi üzrə 6.164,56 manat borc və ödənilmiş 82 manat dövlət rüsumu olmaqla, cəmi 6.246,56 (altı min iki yüz qırx altı manat əlli altı qəpik) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “Finca Azerbaijan” MM QBKT-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar