Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-259/2023 06.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1, İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən satılmış otun dəyəri kimi 4500 manat pulun və 8000 manat əldən çıxmış faydanın, eləcə də 126 manat ödənilmiş dövlər rüsumunun, cəmi 12626 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Hacıqabul rayon Məhkəməsinin dəftərxana müdiri tərəfindən tərtib edilmiş arayışdan da görünür ki, xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi daxil olmuşdur. İddiaçı iddia ərizəsində 126 manat dövlət rüsumunun əlavə edilməsini göstərsə də, həmin rüsumunun ödənilməsinə dair sənəd ərizəyə əlavə edilməmişdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində 126 manat dövlət rüsumunun ödənilməsini göstərsə də, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzi əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.5-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməlidir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə prosessual qənaət prinsipi baxımından İddiaçı izah edir ki, onun tərəfindən Cavabdeh qarşı irəli sürülmüş iddianın qiyməti 12500 manat (4500 manat borc və 8000 manat əldən çıxmış fayda) olduğuna görə, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinin tələbləri (iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi) baxımından o, həmin iddia ərizəsinin verilməsi üçün 126 manat deyil, 127,50 manat məbləğində dövlət rüsumu ödəməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(071)-259/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-259/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver