Məhkəmə qərarları › İş №2(071)-317/2021

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-317/2021

25.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-317/2021 25.11.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tutulması və dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tutulması və dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 28.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 1.500 manat pul, vurulmuş maddi zərərin əvəzi kimi 250 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.780 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 31.08.2021-ci il tarixli 2(071)-317/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul tutulması və dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi, Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İddiaçı 15.10.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin 31.08.2021-ci il tarixli 2(071)-317/2021 nömrəli qərardadının ləğv edilməsini və mülki işin icraatının təzələnməsini xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 01.11.2021-ci il tarixli 2(071)-317/2021 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və məhkəmə baxışına təyin edilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) X3 məhkəmə iclasında ərizə təqdim edərək bildirdi ki, hazırda İddiaçı ilə Cavabdeh aralarında olan mübahisəni sülh yolu ilə həll etməyə razılaşmışlar. Razılaşmaya əsasən Cavabdeh İddiaçı borclu olduğu 1.500 manat pulun 1.000 manatını 25.11.2021-ci il tarixdə İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) X2 ödəmişdir. Cavabdeh qalan 500 manat borcu isə 01.08.2022-ci il tarixədək İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı vurulmuş maddi zərərin əvəzi kimi 250 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsini tələb etmir. Odur ki, tərəflər arasında 25.11.2021-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək bildirdi ki, hazırda İddiaçı ilə onun arasında olan mübahisəni sülh yolu ilə həll etməyə razılaşmışlar. Razılaşmaya əsasən o, İddiaçı borclu olduğu 1.500 manat pulun 1.000 manatını 25.11.2021-ci il tarixdə İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) X2 ödəmişdir. Qalan 500 manat borcu isə 01.08.2022-ci il tarixədək İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı isə vurulmuş maddi zərərin əvəzi kimi 250 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsini ondan tələb etmir. Odur ki, iddiaçı ilə onun arasında 25.11.2021-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, onların ərizələrini nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) X1 və Cavabdeh məhkəməyə təqdim etdikləri 25.11.2021-ci il tarixli ərizələrdən və onların məhkəməyə verdikləri izahatlarından müəyyən edildi ki, hazırda İddiaçı ilə Cavabdeh aralarında olan mübahisəni sülh yolu ilə həll etməyə razılaşmışlar. Razılaşmaya əsasən Cavabdeh İddiaçı borclu olduğu 1.500 manat pulun 1.000 manatını 25.11.2021-ci il tarixdə İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) X2 ödəmişdir. Cavabdeh qalan 500 manat borcu isə 01.08.2022-ci il tarixədək İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı vurulmuş maddi zərərin əvəzi kimi 250 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsini cavabdehdən tələb etmir. Odur ki, idiaçının nümayəndəsi və cavabdeh tərəflər arasında 25.11.2021-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə barışıq sazişini təsdiq edənədək Azərbaycan Respublikası MPM-in 261.0.5-ci və 262.4-cü maddələri ilə nəzərdə tutulmuş barışıq sazişinin bağlanması ilə mülki iş üzrə icraata xitam verilməsinin nəticələrini tərəflərə izah etmişdir. Azərbaycan Respublikası MPM-in 52.3-cü maddəsinə əsasən Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə Cavabdeh 1.000 manat pulu İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) X2 25.11.2021-ci il tarixdə ödədiyini, qalan 500 manatı isə 01.08.2022-ci il tarixədək iddiaçı ödəməyi öhdəsinə götürdüyünü, bu şərtlərlə tərəflər arasında barışıq sazişinin bağlanmasını nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli və Cavabdeh üzərinə 01.08.2022-ci ilədək İddiaçı 500 manat pul ödəmək öhdəliyi qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52.3, 191, 261, 261.0.5, 262-264, 267-268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh 1.500 manat pul, vurulmuş maddi zərərin əvəzi kimi 250 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.780 manat pulun alınaraq İddiaçı verilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) X3 və Cavabdeh arasında 25.11.2021-ci il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilsin və mülki iş üzrə icraata xitam verilsin. Barışıq sazişinə əsasən Cavabdeh 1.000 (bir min) manat pulu İddiaçı etibarnamə üzrə nümayəndəsi (atası) X2 25.11.2021-ci il tarixdə ödədiyi nəzərə alınsın. Cavabdeh üzərinə 01.08.2022-ci ilədək İddiaçı 500 (beş yüz) manat pul ödəmək öhdəliyi qoyulsun. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar