Məhkəmə qərarları › İş №2(071)-32/2022

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-32/2022

11.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-32/2022 11.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçının Cavabdeh qarşı “15.000 manat pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “15.000 manat pul” tələbinə dair iddia ərizəsi ilə 17.02.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 15.000 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli 2(071)-161/2021 nömrəli qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır İddiaçı 02.11.2021-ci il tarixdə ərizə (vəsatət) ilə məhkəməyə müraciət edərək, iş üzrə Hacıqabul rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 10.11.2021-ci il tarixli 2(071)-161/2021 nömrəli qərardadı ilə İddiaçı vəsatəti təmin edilmiş, Hacıqabul rayon Məhkəməsinin 13.04.2021-ci il tarixli qərardadının ləğv edilmiş, iş məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada tərəflərə məlumat verilmişdir. Lakin tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4, 259.0.6-cı maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 185.4, 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “15.000 manat pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar