Məhkəmə qərarları › İş №2(071)-320/2022

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-320/2022

24.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-320/2022 24.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi X7, Ərizəçilər İddiaçı və X3 “ölüm haqqında şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması” barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçilər İddiaçı və X5 “ölüm haqqında şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması” barədə ərizə ilə 23.02.2022-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək, Hacıqabul rayon İcra Hakimiyyətinin Qubalıbalaoğlan kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 08.05.2021-ci il tarixli 09 nömrəli ölüm haqqında şəhadətnamədə mərhum X4 adının X1 yazılması və şəhadətnamədə bununla bağlı düzəlişin aparılmasının Hacıqabul rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Həmçinin ərizə ərizəçilər tərəfindən imzalanmamış və ərizəçilər ərizəni Hacıqabul rayon Məhkəməsinə göndərsə də, ərizə Şirvan İnzibati Məhkəməsinə ünvanlanmışdır. Ərizəsi səhvən Hacıqabul rayon Məhkəməsinə göndərilmişdir. Ərizəçi İddiaçı ərizə verərək, ərizənin verilməsi ödədiyi dövlət rüsumunun ona qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən Məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli 3 nömrəli qərarının 6-cı bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Göründüyü kimi, prosessual qanunvericilik müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılan ölüm akt qeydi əsasında verilmiş şəhadətnamədəki yalnışlığın düzəldilməsi üçün ərizəçilər həmin akt qeydini aparan orqana müraciət etməli, düzəliş aparılmasından imtina edildiyi təqdirdə, inzibati orqanın hərəkətindən şikayətlə inzibati məhkəməyə müraciət etməlidirlər. Bu səbəbdən ərizə məhkəmənin icraatına qəbul edilə və baxıla bilməz. Hacıqabul rayon Qeydiyyat Şöbəsi tərəfindən mövcud olan yalnışlığın və ya səhvin düzəldilməsindən imtina edildiyi təqdirdə, ərizəçilər Hacıqabul rayon Qeydiyyat Şöbəsinə qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmalı və bu məsələyə həmin icraatda qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-in 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.2, 153, 153.2.1, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçilər İddiaçı və X3 “ölüm haqqında şəhadətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması” barədə ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilsin. 08.02.2022-ci il tarixli 26894 nömrəli ödəniş qəbzinə əsasən K0163011 nömrəli terminal vasitəsilə "xxxx" ASC-nin Hacıqabul filialında Hacıqabul rayon Məhkəməsinə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu X2 tərəfindən ərizəçi İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar