Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-321/2022 02.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 03.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 31.07.2019-cu il tarixli GTKR0890027A163 saylı kredit müqaviləsi üzrə yaranmış 8.523,12 manat əsas və 1.079,01 manat faiz borcu olmaqla, cəmi 9.602,13 manat borcun müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, Cavabdeh1 02.02.2018-ci il tarixli **********01944163 saylı kredit kart müqaviləsi üzrə yaranmış 274,63 manat əsas və 61,13 manat faiz borcu olmaqla, cəmi 335,76 manat borcun və ödənilmiş 119,37 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-yə və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə, rəsmi qaydada məlumat verilmişdir. Lakin İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı ASC-nin nümayəndəsi Elsevər Ələkbərov ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq digər Cavabdeh2 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etdi və izahatında bildirdi ki, borcu birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Banka olan borcunu hissə-hissə ödəməyə etiraz etmir. Məhkəmə Cavabdeh1 iddianı etiraf etməsinə dair izahatını dinləyib, iddiaçının nümayəndəsinin iddianı müdafiə etməsinə dair ərizəsini, iş materiallara əlavə edilmiş sənədləri nəzərdən keçirib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 31.07.2019-cu il tarixli GTKR0890027A163 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC ilə borcalan Cavabdeh1 48 ay müddətinə illik 27,34 faiz dərəcəsi ilə 12.700 manat kredit vermişdir. Cavabdeh1 kredit verilərkən İddiaçı ASC ilə borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında 31.07.2019-cu il tarixli Z-GTKR0890027A163 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin borcalanın kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. 02.02.2018-ci il tarixli **********01944163 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh1 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 300 manat kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcu vaxtında lazımi qaydada ödəməmiş və öhdəliyin icrasını gecikdirmişdir. İddiaçı ASC-nin 24.02.2022-ci il tarixli 135000/443 nömrəli maliyyə arayışından müəyən edilir ki, Cavabdeh1 04.02.2022-ci il tarixə 31.07.2019-cu il tarixli müqavilə üzrə 8.523,12 manat əsas və 1.079,01 manat faiz borcu olmaqla, cəmi 9.602,13 manat və 02.02.2018-ci il tarixli müqavilə üzrə 274,63 manat əsas və 61,13 manat faiz borcu olmaqla, cəmi 335,76 manat borcu var. Borclu öhdəliyini lazımi qaydada icra etmədiyi üçün zamin həmin borcun ödənilməsi üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 31.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 8.523,12 manat əsas və 1.079,01 manat faiz borcu olmaqla, cəmi 9.602,13 manat borc müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməli, Cavabdeh1 02.02.2018-ci il tarixli müqavilə üzrə yaranmış 274,63 manat əsas və 61,13 manat faiz borcu olmaqla, cəmi 335,76 manat borc və ödənilmiş 119,37 manat dövlət rüsumun tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər (borclu) Cavabdeh1 və (zamin) Cavabdeh2 31.07.2019-cu il tarixli GTKR0890027A163 saylı kredit müqaviləsi üzrə yaranmış 8.523,12 manat əsas və 1.079,01 manat faiz borcu olmaqla, cəmi 9.602,13 (doqquz min altı yüz iki manat on üç qəpik) manat borc müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh1 02.02.2018-ci il tarixli **********01944163 saylı kredit kart müqaviləsi üzrə yaranmış 274,63 manat əsas və 61,13 manat faiz borcu olmaqla, cəmi 335,76 manat borc və ödənilmiş 119,37 manat dövlət rüsumu olmaqla, cəmi 455,13 (dörd yüz əlli beş manat on üç qəpik) pul tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-321/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-321/2022
02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver