Məhkəmə qərarları › İş №2(071)-333/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-333/2022

01.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-333/2022 01.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 03.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 2.500 manat pul, 340 manat dəyərində qızıl üzük və ya onun pul ilə dəyəri və iddia qaldırarkən ödənilmiş 48,40 manat dövlət rüsumunun alınaraq İddiaçı1 verilməsi və 2.000 manat pul və 510 manat dəyərində qızıl üzük, 510 manat dəyərində 1 cüt qızıl sırğa, 425 manat dəyərində qızıl qolbağı, 1.700 manat dəyərində qızıl boyunbağı və ya onların pul ilə dəyərləri və iddia qaldırarkən ödənilmiş 71.45 manat dövlət rüsumunun alınaraq İddiaçı2 verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Cavabdeh 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkidiyini nəzərə alaraq, iddia ərizəsinə dair etiraz və mülahizələrini məhkəməyə göndərməsi üçün məhkəmə iddia ərizəsinin surətini və məhkəmə bildirişini Cavabdeh göndərmişdir. Lakin Cavabdeh iddia ərizəsinə dair özünün etiraz və mülahizələrini məhkəməyə göndərməmişdir. Məhkəmə Cavabdeh 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Hacıqabul rayonu Muğan qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşayır. Cavabdeh qonşu kimi tanıyır. Onunla aralarında ədavət və düşmənçilik yoxdur. O, bacısı İddiaçı2 ilə birlikdə ata evində yaşayırlar. O, evin ikinci mərtəbəsində, bacısı Zeyvə isə ikinci mərtəbəsində yaşayır. Onlar evlərini 6.000 manata sataraq üzərinə pul qoyaraq digər bacılarının yaşadığı Hacıqabul rayonu Qarasu kəndində özlərinə torpaq sahəsi alaraq ev tikdirmək istəmişlər. Bu məqsədlə o, 2.500 manat, bacısı Zeyvə isə 2.000 manat pul yığmışdır. Onlar pullarını evdə saxlamışlar. O, və bacısı Zeyvə ağır xəstələndiklərinə görə bacısı oğlu Elnur Məlikov 20.09.2021-ci il tarixdə gəlib onları Hacıqabul rayonu Qarasu kəndinə öz evinə aparmışdır. Onlar bacısının evində müalicə olunaraq sağalmışlar. 02.10.2021-ci il tarixdə yaşadıqları evə qayıtmışdır. Zeyvə isə Elnurla gəlməli idi. O, evə çatanda evdən oğurluq olduğunu, ev əşyaların dağıdıldığını, fotoşəkillərin cırıldığını görmüşdür. Telefonunda konturu olmadığı üçün zəng etmək üçün qonşusu Elməddinin qardaşının yanına getmiş və onun telefonu ilə bacısı Zeyvəyə və bacısı oğlu Elnura zəng edib, evə oğru girdiyini xəbər vermişdir. Bacısı Zeyvə və bacısı oğlu Elnur gəldikdən sonra polislərlə birlikdə evə baxış keçirmişlər. Müəyyən etmişlər ki, onun pul kisəsində saxladığı 2.500 manat pulu və 340 manat dəyərində qızıl üzüyü oğurlanmışdır. Ona ümumilikdə 2840 manat maddi ziyan dəymişdir. Ona məxsus olan digər qızıl əşyaları bir boyunbağı, 2 üzük, sırğa, bir ədəd üzük evdən tapıldı. Oğurluq zamanı bu qızıllar yerə düşmüş və televizor üstünə aşmışdı. Bu səbəbdən həmin qızılları oğurlanmamışdır. Bacısı Zeyvənin otağından isə sandıqda saxladığı 2.000 manat pul və 510 manat dəyərində qızıl üzük, 510 manat dəyərində 1 cüt qızıl sırğa, 425 manat dəyərində qızıl qolbağı, 1700 manat dəyərində qızıl boyunbağı oğurlanmışdır. Onlar 02.10.2021-ci il tarixdə polisə yazılı şikayət vermişlər və araşdırma zamanı onların evindən oğurluğu Cavabdeh etdiyi müəyyən edilmişdir. Onlara məxsus pul və əşyalar qaytarılmamışdır. Göstərilən hadisə ilə əlaqədar Cavabdeh Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində cinayət işi açılmışdır. Hacıqabul rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli 1(071)-14/2022 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onlara vurulmuş ziyan cinayət işi materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Hacıqabul rayonu Muğan qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşayır. Cavabdeh qonşu kimi tanıyır. Onunla aralarında ədavət və düşmənçilik olmayıb. O, bacısı birlikdə ata evində yaşayırlar. Onlar evi 6.000 manata sataraq üzərinə pul qoyaraq digər bacılarının yaşadığı Hacıqabul rayonu Qarasu kəndində özlərinə torpaq sahəsi alaraq ev tikdirmək istəmişlər. Bu məqsədlə o, 2.000 manat, bacısı Vətanət isə 2.500 manat pul yığmışlar. Daha sonra onlar ağır xəstələndiklərinə görə Qarasu kəndində yaşayan bacılarının oğlu Elnur Məiikov 20.09.2021-ci il tarixdə onları öz evlərinə aparmışdır. Onlar bacılarının evində müalicə olunaraq sağalmış və bacısı Vətanət 02.10.2021-ci il tarixdə yaşadıqları evə qayıtmışdır. Vətanət evə qayıtdıqdan sonra onlara zəng edərək evlərindən oğurluq olunduğunu və ev əşyalarının ağıldığını demişdir. Onlar polislərlə birlikdə evə baxış keçirmişlər. Müəyyən edilmişdir ki, onun pul kisəsində saxladığı 2.000 manat pul və 510 manat dəyərində qızıl üzük, 510 manat dəyərində 1 cüt qızıl sırğa, 425 manat dəyərində qızıl qolbağı, 1700 manat dəyərində qızıl boyunbağı oğurlanmışdır. Onlar 02.10.2021-ci il tarixdə polisə yazılı şikayət vermişilər və araşdırma zamanı oğurluğu Cavabdeh etdiyi müəyyən edilmişdir. Onlara məxsus pul və əşyalar qaytarılmamışdır. Göstərilən hadisə ilə əlaqədar Cavabdeh Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində cinayət işi açılmışdır. Hacıqabul rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli 1(071)-14/2022 saylı hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onlara vurulmuş ziyan cinayət işi materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, təqdim edilmiş və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Hacıqabul rayon Məhkəməsinin 08.02.2022-ci il tarixli 1(071)-14/2022 nömrəli hökmündən müəyyən edilir ki, Cavabdeh tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 27.09.2021-ci il tarixdə saat 23 radələrində Hacıqabul rayonu, Muğan qəsəbəsində yaşayan Zeyvə və İddiaçı1ların yaşadıqları yaşayış sahəsi hesab olunan fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən evin pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olaraq oradan İddiaçı1 məxsus 2500 manat pul və 340 manat dəyərində qızıl üzüyü gizli olaraq talayıb, zərərçəkmiş İddiaçı1 2840 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 27.09.2021-ci il tarixdə saat 23 radələrində Hacıqabul rayonu, Muğan qəsəbəsində yaşayan Zeyvə və İddiaçı1ların yaşadıqları yaşayış sahəsi hesab olunan fərdi yaşayış evinin ikici mərətəbəsində yerləşən evin pəncərəsini açmaq yolu ilə qanunsuz daxil olaraq oradan İddiaçı2 Təvəkkül qızına məxsus 2000 manat pul və 510 manat dəyərində qızıl üzük, 510 manat dəyərində 1 cüt qızıl sırğa, 425 manat dəyərində qızıl qolbağı, 1700 manat dəyərində qızıl boyunbağını gizli olaraq talayıb zərərçəkmiş İddiaçı2 xeyli miqdar təşkil edən 5145 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Zərərçəkmiş şəxslər İddiaçı1 dəymiş ziyan 2840 manat və İddiaçı2 Təvəkkül qızına dəymiş 5145 manat maddi ziyan ödənilməmişdir. Hacıqabul rayon Məhkəməsinin 08.02.2022-ci il tarixli 1(071)-14/2022 nömrəli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxslər İddiaçı1 və İddiaçı2 dəymiş ziyanın ödənilməsi ilə bağlı Cavabdeh qarşı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, Hacıqabul rayon Məhkəməsinin 08.02.2022-ci il tarixli hökmü ilə X1 iddiaçılar İddiaçı1 2.840 manat, İddiaçı2 5.145 manat maddi ziyan vurması tamamilə sübuta yetirilmişdir. MPM-in 184.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur. Məhkəmə sübutlara məcmu halda qiymət verərək, qızıl-zinət əşyaları hazırda mövcud olmadığını, onların dəyərinin ödənilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş ziyanın əvəzi kimi 2840 manat və ödənilmiş 48,40 manat dövlət rüsumu olmaqla, cəmi 2.888,40 manat pul tutularaq İddiaçı1, dəymiş ziyanın əvəzi kimi 5.145 manat və ödənilmiş 71,45 manat dövlət rüsumu olmaqla, cəmi 5.216,45 manat pul tutularaq İddiaçı2 Təvəkkül qızına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362, 443.0.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş ziyanın əvəzi kimi 2840 manat və ödənilmiş 48,40 manat dövlət rüsumu olmaqla, cəmi 2.888,40 (iki min səkkiz yüz səksən səkkiz manat qırx qəpik) manat pul tutularaq İddiaçı1 ödənilsin. Cavabdeh dəymiş ziyanın əvəzi kimi 5.145 manat və ödənilmiş 71,45 manat dövlət rüsumu olmaqla, cəmi 5.216,45 (beş min iki yüz on altı manat qırx beş qəpik) manat pul tutularaq İddiaçı2 Təvəkkül qızına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar