Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-337/2022 02.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə İntiqam oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 03.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, övladı X4 ölməsi nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 60.000 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, həkimlərin cavabdehlərin səhlənkarlıq nəticəsində ölmüş qızı X4 hüquqi varisidir. Onun qızı Fəxriyyə Bəşirova 04 mart 2020-ci il tarixdə saat 20:00 radələrində Hacıqabul rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə daxil olmuş, 05 mart 2020-ci ildə saat 00:10 radələrində doğuşdan azad olmuşdur. Lakin həkimlər Cavabdeh2 və Cavabdeh1 səhlənkarlığı, etinasızlığı və öz peşəsinə layiqincə yanaşmaması və baxımsızlıq səbəbindən kəskin qanaxma nəticəsində dünyasını dəyişmişdir. Bu işin əsas günahkarları doğuşu qəbul edən mama-genekoloq Cavabdeh2 və baş cərrah X10 olmuşdur. Mərhum qızı Bənövşənin əri X14 fəhlə işləyir və əmək haqqı çox azdır, üç övladının maddi təminatını ödəyə bilmir. Bu səbəbdən o, mərhum qızı Bənövşənin uşaqlarının saxlanmasına köməklik edir. Dövlət tərəfindən ailə başçsını itirməsinə görə uşaqların saxlanması üçün X8 hər ay 300 manat müavinət ödənilsə də, bu məbləğ uşaqların ehtiyaclarını ödəmir və onlara ev almaq üçün yetərli deyildir. Onun qızı evdar qadın olmuş, heç bir peşəsi və işi olmamış, qazanc əldə etməmişdir. Ailənin maddi təminatını X14 təmin etmişdir. Hesab edir ki, övladını itirməsinə görə cavabdehlər ona vurulmuş mənəvi zərərin əvəzi kimi ona 60.000 manat kompensasiya ödəməlidirlər. O, bu pula nəvələrinə Bakı şəhəri Ələt qəsəbəsində ev almaq istəyir ki, onlar oradan məktəbə getsinlər. Hesab edir ki, cavabdehlər öz evlərini satıb ona bu məbləği ödəməlidirlər. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, o, “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X18 Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində işləmişdir. “38-39 həftəlik hamiləlik, sayca 5-ci hamiləlik, 2 doğuş, 2 abort, dölyanı suların vaxtından qabaq axması, doğuşun 1-ci dövrü” diaqnozu ilə RMX-nin Doğum şöbəsinə daxil olmuş X4 doğuşu həkim mama-ginekoloq tərəfindən düzgün aparılmadığından 05 mart 2020-ci il tarixdə saat 00:10-da F.Bəşirova doğuşdan azad olduqdan sonra onda yaranmış ağır dərəcəli erkən zahılıq dövrünün uşaqlıq qanaxmasına qarşı mama-ginekoloq tərəfindən qeyri-adekvat konservativ müalicə aparılması və qanaxmanın qarşısının alınması üçün zəruri olan operativ müdaxilənin gecikdirilməsi hesabına baş vermiş kəskin qanitirmə səbəbindən DYL (damardaxili yayılmış laxtalanma) sindromu başladığından İİİ-İV dərəcəli hemorragik şok vəziyyətində olan F.Bəşirovaya doğuşdan sonra göstərilmiş tibbi yardımlar təsirli olmadığı üçün “Total abdominal histerektomiya” əməliyyatının aparılması məqsədi ilə saat 01:40 radələrində ona təhvil verilmiş xəstə F.Bəşirova üzərində həmin əməliyyatı icra edərkən kəskin qanaxmanın baş verdiyi uşaqlığı ekstripasiya etsə də, xəstənin vəziyyəti ağırlaşmış, X3 qan itirmə ilə əlaqədar 07 mart 2020-ci il tarixdə saat 10:30 radələrində müalicə aldığı “Hacıqabul RMX”-də ölmüşdür. O, xəstənin vəfat etməsindən çox təssüflənir. O, Hacıqabul rayon Məhkəməsinin 22.04.2021-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə tibbi fəaliyyət sahəsində həkim ümumi cərrah vəzifəsi üzrə rəhbər vəzifə tutmaq, məsul şəxs olmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı MTÇM-nin 22.12.2021-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 2.3-cü bəndinə əsasən Hacıqabul rayon Məhkəməsinin 22.04.2021-cı il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Lakin hazırda əlavə cəzasını çəkdiyinə görə iki ilə yaxındır ki, həkim kimi fəaliyyət göstərmir və əlavə cəzasının müddəti 22.12.2023-cü il tarixdə başa çatacaqdır. Onun heç bir yerdən maddi qazancı yoxdur. O, İddiaçı qəsdən heç bir mənəvi zərər vurmamışdır, onun hər hansı bir məbləğdə kompensasiya ödəməyə maddi imkanı yoxdur. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə İntiqam oğlu məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında göstərdi ki, Cavabdeh2 “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X18 Doğum şöbəsinin müdiri vəzifəsində işləyərkən “38-39 həftəlik hamiləlik, sayca 5-ci hamiləlik, 2 doğuş, 2 abort, dölyanı suların vaxtından qabaq axması, doğuşun 1-ci dövrü” diaqnozu ilə RMX-nin Doğum şöbəsinə daxil olmuş X4 doğuşunu apararkən 05 mart 2020-ci il tarixdə saat 00:10-da F.Bəşirova doğuşdan azad olduqdan sonra qanaxma baş vermişdir. Cavabdeh2 qanaxmanın qarşısını almağa çalışsa da, buna nail ola bilməş və cərrah müdaxiləsini tələb etmişdir. Lakin cərrah Cavabdeh1 X6 əməliyyat etsə də, qanaxmanın qarşısı alınmamış və ehtiyyatsızlıqdan X4 ölümünə səbəb olmuşlar. Cavabdeh2 ehtiyyatsızlıqdan törətdiyi cinayət əməlinə görə Hacıqabul rayon Məhkəməsi tərəfindən müvafiq cəzayə məhkum edilmişdir. O, hazırda həkimlik fəaliyyəti ilə məşğul ola bilmir və heç bir yerdən gəliri yoxdur. Bundan başqa Cavabdeh2 yas mərasimi zamanı X4 ərinə və qaynanasına 1.000 manat maddi yardım etmişdir. İddiaçı nənə kimi qızı Bənövşə Bəşirovanın uşaqlarına baxsa da, uşaqların rəsmi olaraq qəyyumu olması barədə heç bir rəsmi sənədi yoxdur. Uşaqlara analarını itirdiklərinə görə dövlət tərəfindən hər ay 300 manat müavinət verilir. Cavabdeh2 İddiaçı qəsdən mənəvi zərər vurmamışdır və ona ev alması üçün 60.000 manat kompensasiya ödəməyə maddi imkanı yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Hacıqabul rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli 1(071)-32/2021 nömrəli hökmündən müəyyən edilir ki, Cavabdeh2 “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X18 Doğum şöbəsinin müdiri vəzifəsində işləməklə vəzifəli şəxs olaraq, 04 mart 2020-ci il tarixdə saat 20:00 radələrində “38-39 həftəlik hamiləlik, sayca 5-ci hamiləlik, 2 doğuş, 2 abort, dölyanı suların vaxtından qabaq axması, doğuşun 1-ci dövrü” diaqnozu ilə “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X18 Doğum şöbəsinə daxil olmuş X2 23:50-də tam açılış və gücənmələr başladıqdan sonra doğuşu icra edərkən, öz işinə vicdansız və laqeyd münasibət göstərib xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək, “Həkim mama-ginekoloqun nümunəvi vəzifə Təlimati”nın 6, 7 və 11-ci bəndlərinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 10 may 2011-ci il tarixli 20 saylı qərarı ilə təsdiq edilmiş “X13 üzrə Klinik Protokol”un tələblərini kobud şəkildə pozub, tibbi profilaktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin stasionar şəraitində aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməli, ginekoloji xəstəliklərin, hamiləlik və doğuşların, doğuşdan sonrakı dövrün fəsadlarının qarşısının alınması və azaldılması üzrə profilaktik tədbirləri keçirməli, anemiya xəstəliyi ilə əlaqədar qan itkisinin şokun yaranmasına səbəb olması ehtimalını, doğuşdan əvvəl doğuşların sayını, doğuş zamanı və doğuşdan sonra isə cift qalıqlarının qalmasını risk faktoru kimi qiymətləndirməklə risk qrupuna daxil etməli, qanaxmaların diferensial diaqnostikasını aparılmalı, doğuşdan sonra erkən qanaxmalar, uşaqlığın yumşaq olması və yığılmaması kimi əlamətlər olduqda “şok” diaqnozu, təxmini diaqnoz kimi “uşaqlığın atoniyası” diaqnozu qoymalı, doğuşdan sonra qadınların rutin monitorinqini keçirməli olduğu halda bu tələblərə əməl etməyərək, 05 mart 2020-ci il tarixdə saat 00:10-da F.Bəşirovanın hamiləliyi təbii yolla yekunlaşdırıldıqdan sonra yaranmış patologiyanı, yəni uşaqlıq qanaxmasını adekvat qiymətləndirməmiş, habelə F.Bəşirovanın əvvəllər iki doğuş və iki abort keçirməsinə, anemiya xəstəliyinin olmasına, doğuş zamanı 150 ml miqdarda qan itirməsinə, doğuş zamanı olan qan itkisinin şok yaratması ehtimalı olmasına baxmayaraq, onun vəziyyətini risk qrupuna aid etməmiş, doğuş zamanı və doğuşdan bilavasitə sonra xəstənin vəziyyətini müşahidə etməmiş, yalnız F.Bəşirovanın kəskin qan itirməsi barədə tibb bacılarının məlumat verməsindən sonra tibbi yardım göstərərək saat 00:30-da F.Bəşirovanın uşaqlığını və ciftini yoxlamış, uşaqlığından xırda cift qırıntıları formasında laxtalar çıxardıqdan sonra xəstəyə səhvən “cift paycıqlarının həqiqi bitişməsi?” diaqnozunu qoyaraq infuzion terapiya aparmış, lakin qan itkisinin miqdarını, qadının kliniki vəziyyətini düzgün qiymətləndirməli, itirilmiş qanın lazımı həcmdə bərpa olunmasını və cərrahi yardımın gecikdirilməməsini təmin etməli, mərhələli müalicə prinsipinə müvafiq olaraq operativ texnika bacarığına malik təcrübəli anestezioloq-reanimatoloq, laborant və stasionarda qan köçürməyə cavabdeh olan mütəxəssis çağırmaqla müvafiq tədbirlər həyata keçirməli olduğu halda, xəstəyə qanın köçürülməsini yalnız “Total abdominal histerektomiya” əməliyyatı ərəfəsində təmin etmiş, lakin doğuşun icrasını düzgün aparmaması ilə əlaqədar baş vermiş ağır dərəcəli erkən zahılıq dövrünün uşaqlıq qanaxmasına qarşı qeyri-adekvat konservativ müalicə aparması və qanaxmanın qarşısının alınması üçün zəruri olan operativ müdaxiləni gecikdirərək davam edən uşaqlıq qanaxması ilə əlaqədar baş vermiş kəskin qanitirmə səbəbindən DYL (damardaxili yayılmış laxtalanma) sindromu başlamış F.Bəşirovanı yalnız saat 01:40 radələrində İİİ-İV dərəcəli hemorragik şok vəziyyətində cərraha təhvil verdiyindən, öz növbəsində sonuncu tərəfindən də “Total abdominal histerektomiya” əməliyyatı qüsurlu aparıldığından qarşısı alınması mümkün olmayan ağır patologiyanın, yəni DYL sindromunun inkişaf etməsinə və nəticədə ehtiyatsızlığından zərərçəkmiş şəxs X1 qanitirməsi ilə əlaqədar orqanizminin kompensator funksiyaları pozulduğundan sonuncunun 07 mart 2020-ci il tarixdə saat 10:30 radələrində müalicə aldığı “Hacıqabul RMX”-də ölməsinə səbəb olmuşdur. Cavabdeh1, “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X18 Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində işləməklə vəzifəli şəxs olaraq, öz işinə vicdansız və laqeyd münasibət göstərib xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək, “Həkim-ümumi cərrahın nümunəvi vəzifə Təlimatı”nın 6, 7, 8 və 22.5 bəndlərinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 10 may 2011-ci il tarixli 20 saylı qərarı ilə təsdiq edilmiş “X13 üzrə Klinik Protokol”un tələblərini kobud şəkildə pozub, tibbi profilaktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməli, mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicə təyin etməli və nəzarət etməli, zəruri diaqnostik, müalicə, realibitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli, zərurət olduqda xəstələrin məsləhəti, müayinəsi və müalicəsi üçün müəyyən edilmiş qaydada başqa ixtisaslı həkimləri cəlb etməli, əməliyyatın vaxtını qısaltmağa və qanaxmanı azaltmağa imkan verən daxili qalça arteriyalarının bilateral bağlanmasını həyata keçirməklə cərrahi hemostaz yaratmalı olduğu halda, bu tələblərə əməl etməyərək “38-39 həftəlik hamiləlik, sayca 5-ci hamiləlik, 2 doğuş, 2 abort, dölyanı suların vaxtından qabaq axması, doğuşun 1-ci dövrü” diaqnozu ilə RMX-nin Doğum şöbəsinə daxil olmuş X4 doğuşu həkim mamaginekoloq tərəfindən düzgün aparılmadığından 05 mart 2020-ci il tarixdə saat 00:10-da F.Bəşirova doğuşdan azad olduqdan sonra onda yaranmış ağır dərəcəli erkən zahılıq dövrünün uşaqlıq qanaxmasına qarşı mama-ginekoloq tərəfindən qeyri-adekvat konservativ müalicə aparılması və qanaxmanın qarşısının alınması üçün zəruri olan operativ müdaxilənin gecikdirilməsi hesabına baş vermiş kəskin qanitirmə səbəbindən DYL (damardaxili yayılmış laxtalanma) sindromu başladığından İİİ-İV dərəcəli hemorragik şok vəziyyətində olan F.Bəşirovaya doğuşdan sonra göstərilmiş tibbi yardımlar təsirli olmadığı üçün “Total abdominal histerektomiya” əməliyyatının aparılması məqsədi ilə saat 01:40 radələrində ona təhvil verilmiş xəstə F.Bəşirova üzərində həmin əməliyyatı icra edərkən kəskin qanaxmanın baş verdiyi uşaqlığı ekstripasiya etsə də, xəstənin vəziyyətini düzgün qiymətləndirmədiyindən, yaranmış DYL sindromu ilə əlaqədar xəstənin diaqnozunu müəyyən etməyərək hematoloq ixtisaslı həkimi cəlb etməklə hematoloqun xəstəyə konsultativ baxışını təmin etməyib profilaktik prosedur və tədbirləri təşkil etmədiyindən, F.Bəşirovada doğuşdan sonra kəskin xarici uşaqlıq qanaxması nəticəsində yaranmış DYL sindromunun qarşısını almaqdan ötrü daxili qalça arteriyasının bilateral bağlanmasını təmin etməyib, səhv seçdiyi “uşaqlıq arteriyalarının bilateral bağlanması” (damarların ardıcıl bağlanması – hər iki tərəfdən uşaqlıq arteriyasının qalxan şaxələrinin və yumurtalıq arteriyalarının) taktikası üzrə də cərrahi hemostazı düzgün icra etməməklə müalicə taktikasını düzgün təşkil etməyərək apardığı qüsurlu müalicə səbəbindən qanaxmanın davam etməsi fonunda DYL sindromunun inkişaf etməsinə, nəticədə qarşısı alınması mümkün olmayan ağır patologiyanın, yəni DYL sindromunun inkişaf etməsinə və ehtiyatsızlığından zərərçəkmiş şəxs X1 qanitirməsi ilə əlaqədar orqanizminin kompensator funksiyaları pozulduğundan sonuncunun 07 mart 2020-ci il tarixdə saat 10:30 radələrində müalicə aldığı “Hacıqabul RMX”-də ölməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Hacıqabul rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli 1(071)-32/2021 nömrəli hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətinə tibbi fəaliyyət sahəsində mamaginekoloq vəzifəsi üzrə rəhbər vəzifə turmaq, məsul şəxs olmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə, 03 (üç) il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətə tibbi fəaliyyət sahəsində həkim ümumi cərrah vəzifəsi üzrə rəhbər vəzifə tutmaq, məsul şəxs olmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı MTÇM-nin 22.12.2021-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 2.3-cü bəndinə əsasən məhkum Həmidov X9 rayon Məhkəməsinin 22.04.2021-cı il tarixli 1(071)-32/2021 nömrəli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Hacıqabul rayon Məhkəməsinin 24.02.2022-cı il tarixli 7(071)-40/2022 nömrəli qərarı ilə məhkum Cavabdeh1 Hacıqabul rayon Məhkəməsinin 22.04.2021-cı il tarixli 1(071)-32/2021 nömrəli hökmü ilə ona təyin edilmiş 2 (iki) il müddətə tibbi fəaliyyət sahəsində həkim ümumi cərrah vəzifəsi üzrə rəhbər vəzifə tutmaq, məsul şəxs olmaq və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsinə dair əlavə cəzanın çəkilməmiş hissəsindən onun şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi rədd edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlərin ehtiyatsızlıqdan iddiaçının qızının ölümünə səbəb olmaları məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirildiyindən, həmin hadisə nəticəsində qızının vəfat etməsinə görə iddiaçı mənəvi sarsıntı və iztirablar keçirməsi işin mübahisəsiz halıdır. İddiaçı qızının ölümü nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Çünki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.05.2020-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Göründüyü kimi, mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər Qeyd edilməlidir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Mülki Məcəllənin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Başqa şəxsə zərər vurulması həmin maddə ilə hüquq və vəzifə doğuran əsas kimi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 14.2.6-cı maddəsi). Bu hüquq normasındakı “qanunvericilikdə nəzərdə tutulmasa da” ifadəsi isə bilavasitə Məcəllə ilə nəzərdə tutulmayan hallarda belə mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin irəli sürülməsi üçün əsas yaradır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Avropa Məhkəməsinin yuxarıda qeyd olunan Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında, həmçinin göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Xüsusi risk qrupuna aid olan peşə sahibləri tərəfindən vurulmuş zərərə görə məsuliyyət məsələsi ilə bağlı vurğulanmalıdır ki, qeyd edilən şəxslər yalnız təqsirli şəkildə vurulan zərərə görə məsuliyyət daşıyırlar. Xüsusi risk qrupuna daxil olan peşə sahibi kimi həkimləri qeyd etmək olar. Həkim, tibb mərkəzi, xəstəxana və başqaları düzgün qoyulmayan diaqnoz, xətalı müalicə və müdaxilədən məsuliyyət daşıyırlar. Lakin edilən bütün prosedurlar tibb elminin ümumi qəbul olunan “tibbi standartlarına” uyğun xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində edildiyi halda vurulmuş zərərə görə məsuliyyət istisna edilir. Yəni tibbi müdaxilə zamanı əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün olmayan zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları xaricində olan bir səbəbdən qaynaqlanan nəticədir. Bu mənada həkimin tibbi baxımdan qəbul etdiyi normal risk çərçivəsində hərəkət edərək lazımi diqqət və qayğı göstərməsinə baxmayaraq ortaya çıxan arzu olunmayan nəticədən qanuni olaraq məsuliyyət daşımayacağı qəbul edilir. Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir.
2. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər.
3. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.
4. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, İddiaçı zərərçəkmiş kimi təzminat tələb etmək hüququ vardır. Belə ki, cavabdehlərin ehtiyyatsızlıqdan X4 ölümünə səbəb olduqları sübuta yetirilmiş və məhkəmənin hökmü ilə müvafiq cəzayə məhkum edilmişlər. Lakin hazırda cavabdehər öz peşələri üzrə işləyərək gəlir əldə edə bilmirlər və maddi gəlirləri yoxdur. Bundan başqa X11 evdar qadın olmuş, heç bir yerdə işləməmişdir. X4 vəfatından sonra uşaqları əri X7 və anası İddiaçı himayəsində yaşayırlar. İddiaçı uşaqlara bir nənə kimi baxsa da, uşaqların qəyyumu olması barədə hər hansı rəsmi sənədi yoxdur və X4 əri X14 uşaqlarına analarının ölümü ilə bağlı hər ay 300 manat müavinət alır. Məhkəmə vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı cavabdehlərin maddi durumunu nəzərə alır və qeyd edir ki, iddiaçının tələbində götərilən qaydada 60.000 manat təzminat ödəməyə cavabdehlərin maddi imkanı yoxdur. Məhkəmə cavabdehlərin maddi durumunu, hazırda cəza çəkmələrini və heç bir yerdə işləmədiklərini, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı övladı X4 ölməsi nəticəsində vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehlər Cavabdeh1 2.000 manat və Cavabdeh2 2.000 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə, yəni - vurulmuş mənəvi zərərin əvəzi olaraq 56.000 manat tutulması hissəsində rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı övladı X4 ölməsi nəticəsində vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehlər Cavabdeh1 2.000 (iki min) manat və Cavabdeh2 2.000 (iki min) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə, yəni - vurulmuş mənəvi zərərin əvəzi olaraq 56.000 manat tutulması hissəsində rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Vahid Hacıyev