Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-346/2022 12.10.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “torpaq sahəsinin boşaldılması, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin qanunsuz hərəkətlərinə son qoyulması, cavabdehə məxsus avadanlıqlar və tikinti materiallarının cavabdehin hesabına onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətə gətirilərək, əkinə yararlı hala salınması və torpaq sahəsinin qanunsuz olaraq zəbt olunması nəticəsində 3 il ərzində torpaq sahəsindən istifadə edə bilmədiyinə görə əldən çıxmış fayda kimi 20.000 manat maddi ziyan və mənəvi zərərin əvəzi kimi 5.000 manat pulun, habelə 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh ASC-dən alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə vəsatət verərək, İddiaçı məxsus torpaq sahəsinin Cavabdeh ASC tərəfindən zəbt olunub orada tikinti aparmasının və ona məxsus torpaq sahəsinə vurulmuş maddi zərərin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə mühəndis-tikinti ekspertizası təyin edilməsini xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndistikinti ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 3194 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)-241/2020 nömrəli qərardadı ilə mülki iş təzələnərək xx.xx.2020-ci il tarixə saat 12:20-ə məhkəmə baxış iclası təyin edilmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)-241/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(071)-241/2020 nömrəli qərardadı ilə mülki iş təzələnərək xx.xx.2020-ci il tarixə saat 12:00-a məhkəmə baxış iclası təyin edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun mülkiyyətində olan Hacıqabul rayonu Nəvahi kəndində yerləşən 6,7351 hektar torpaq sahəsinin 0,8196 ha hissəsində Cavabdeh ASC tərəfindən tikilmiş 220 kv-luq elektrik hava xəttinin tikilməsinin əvəzində ona 1000 manat kompensasiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, torpaq sahəsinin qanunsuz zəbt olunması nəticəsində dörd il ərzində torpaq sahəsindən istifadə edə bilmədiyinə görə əldən çıxmış fayda kimi 10.000 manat maddi ziyan və mənəvi zərərin əvəzi kimi 5000 manat pulun cavabdehdən alınıb ona ödənilməsi, hüquqi yardım üçün vəkilə ödədiyi 150 manat pulun və məhkəməyə ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)-12/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “torpaq sahəsinin boşaldılması, maddi və mənəvi ziyan əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)-12/2021 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-346/2021 nömrəli qərardadı ilə mülki iş təzələnərək xx.xx.2022-ci il tarixə saat 12:00-a məhkəmə baxış iclası təyin edilmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “torpaq sahəsinin boşaldılması, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmışdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/3076 nömrəli ekspert rəyi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-346/2022 nömrəli qərardadı ilə mülki iş təzələnərək məhkəmə baxışına təyin edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə, rəsmi qaydada məlumat verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə verərək, iddia tələbini müdafiə etdiyini, səhhətinin pis olması ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Hacıqabul rayonu Nəvahi kəndində yerləşən 6.7351 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi DƏDRX-nin Şirvan ərazi idarəsi tərəfindən verilmiş 21 may 2016cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən onun, Ərzimanova Xurma Babaşan qızının və X2 ümumi birgə mülkiyətlərindədir. Onlar həmin torpaqlarda taxıl əkib becərərək məhsul götürürlər. 2016-cı ilin əvvəllərində Cavabdeh ASC qanunsuz olaraq onlara məxsus torpaq sahəsini zəbt edərək, torpaq sahəsinə ziyan vuraraq orada qazıntı işlərinə başlamış, 220 kv-luq “Şirvan-Böyükşor” elektrik hava xəttinin dayaqlarını tikmək üçün onun ərazisinə dörd yerdən dərin quyular qazaraq metal dirəklər basdıraraq kənarlarını betonla doldurmuşlar. Uzunluğu 20 metrdən çox olan elektrik hava xətti dayaqlarını torpaq sahəsinin içərisinə yerləşdirərək əkinçiliklə məşğul olmalarına imkan verməmişlər. Ona görə də, Cavabdeh ASC-nin qanunsuz hərəkətlərinə son qoyulmasını, cavabdehə məxsus avadanlıqlar və tikinti materiallarının cavabdehin hesabına onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin cavabdehin hesabına əvvəlki vəziyyətə gətirilərək əkinə yararlı hala salınması və torpaq sahəsinin qanunsuz olaraq zəbt olunması nəticəsində 3 il ərzində torpaq sahəsindən istifadə edə bilmədiyinə görə əldən çıxmış fayda kimi 20.000 manat maddi ziyan və mənəvi zərərin əvəzi kimi 5000 manat pulun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh ASC-dən alınaraq ona ödənilməsini xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etmədi və iddia ərizəsinə qarşı yazılı etirazını təqdim edərək izahatında bildirdi ki, Cavabdeh ASC “Şirvan-Böyükşor” elektrik xəttinin tikilməsində subpodratçı olmuşdur. Bu halda Cavabdeh ASC tərəfindən tikinti işlərinin aparılmasında iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüquqlarını pozan hərəkətlərin edilməsi absurddur. Belə ki, “Elektroenergetika” haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Həmin maddədə qeyd edilir ki, elektroenergetikanın inkişafı məqsədilə dövlət ehtiyacı və ya ictimai ehtiyaclar üçün əmlakın özgəninkiləşdirilməsi şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir. Elektroenergetikanın inkişafı ilə əlaqədar əmlakın özgəninkiləşdirilməsi, ondan istifadənin məhdudlaşdırılması, habelə dövlət və bələdiyyə mülkiyyətindən istifadəyə üstünlük verilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş qaydada həyata keçirilir. İddiaçının iddia ərizəsində göstərdiyi “mülkiyyət hüququnun pozulması” tamamilə əsassızdır və Cavabdeh ASC tərəfindən bu hüquqların məhdudlaşdırılması da mümkün deyildir. Torpaq sahəsinə olan çıxarışda hal-hazırda iddiaçının adı qeyd edilib və iddiaçı torpaq sahəsinə sərbəst qaydada girib-çıxa bilir, ona sahiblik, istifadə və sərəncam verir. Digər tərəfdən yuxarıda sadalanan maddi hüquq normaları onu göstərir ki, iddia tələbi ümumiyyətlə Cavabdeh ASC-yə yönələ bilməz. Bu mülki işdə cavabdeh ümumiyyətlə CavabdehSC olmamalıdır. Digər tərəfdən iddiaçı torpaq sahəsindən istifadə etmədiyinə görə əldən çıxmış fayda kimi 20.000 manat tələbi irəli sürmüşdür. Lakin əldən çıxmış faydanın kalkulyasiyası, yəni real zərər göstərilməmişdir. Bundan başqa iddiaçının öz ərizəsində qeyd etdiyi avadanlıqların Cavabdeh ASC-yə məxsus olmasını sübut edən heç bir dəlil gətirməmişdir. Cavabdeh ASC öz avadanlıqlarını sahibsiz şəkildə, istehsalat bazasından uzaqda, açıq hava altında atıb getməsi də məntiqə uyğun deyildir. Bundan başqa Cavabdeh ASC yalnız və yalnız tikinti işlərində subpodratçı olduğundan iddiaçının tələbləri Cavabdeh ASC-yə yönələ bilməz. Odur ki, iddiaçı tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini müdafiə etməsinə dair ərizəsini nəzərdən keçirib, cavabdehin nümayəndəsinin izahatını dinləyib, yazılı etirazını və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş 21 may 2016-cı il tarixli çıxarışa əsasən Hacıqabul rayonu Nəvahi kəndində yerləşən 6,7351 hektar torpaq sahəsi İddiaçı, Ərzimanova Xurma Babaşan qızının və X3 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Hacıqabul rayonu Nəvahi kəndində yerləşən 6,7351 hektar torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh ASC xx.xx.2016-cı il tarixli 01-VŞ/1598 nömrəli məktubla İddiaçı müraciətinə cavab verərək bildirmişdir ki, Cavabdeh ASC-nin, Hacıqabul rayonu Navahi bələdiyyəsinin və digər təşkilatların nümayəndələrinin iştirakı ilə Hacıqabul Navahi kəndində 220 kV-luq “Şirvan-Böyükşor” elektrik hava xəttinin dayaqlarının düşdüyü torpaq sahələrinə baxış keçirilmişdir. Hal-hazırda Cavabdeh ASC tərəfindən dayaqların yerləşdiyi torpaq sahələri ilə bağlı hüquq təsdiqedici sənədlərin toplanması və torpaqların qiymətləndirilməsi ilə bağlı məlumatların əldə edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Cavabdeh ASC tərəfindən aparılan araşdırma zamanı İddiaçı ərizəsində qeyd olunan faktlar öz təsdiqini taparsa, Cavabdeh ASC tərəfindən kompensasiyanın ödənilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi təmin olunacaqdır. Cavabdeh ASC xx.xx.2017-ci il tarixli 01-VŞ/745 nömrəli məktubla İddiaçı müraciətinə cavab verərək bildirmişdir ki, vətəndaşlar tərəfindən analoji müraciətlər daxil olduqdan sonra Cavabdeh ASCnin, Hacıqabul rayonu Navahi bələdiyyəsinin və digər təşkilatların nümayəndələrinin iştirakı ilə Hacıqabul rayonu Navahi kəndində 220 kV-luq “Şirvan-Böyükşor” elektrik hava xəttinin dayaqlarının düşdüyü torpaq sahələrinə baxış keçirilmiş, dayaqların yerləşdiyi torpaq sahələri ilə bağlı hüquq təsdiqedici sənədlər toplanmış və torpaqların qiymətləndirilməsi ilə bağlı məlumatlar əldə edilmişdir. Müvafiq məlumatlar əldə olunduqdan sonra hava elektrik xətti dayaqlarının düşdüyü torpaq sahələrinin sahiblərinə dayaqların əhatə etdiyi torpaq sahəsinin həcminə mütənasib olaraq kompensasiya məbləği hesablanmış və xx.xx.2016-cı il tarixdə vətəndaşlara ödənilməsi üçün Hacıqabul rayonu Navahi bələdiyyəsinin bank hesabına tam həcmdə ödənilmişdir. Əlavə olaraq bildirmişdir ki, Cəmiyyətin əməkdaşları tərəfindən araşdırma aparılan aman hava elektrik xətti dayaqlarının düşdüyü torpaq sahələrində təsərrüfat işlərinin görülməsi müəyyən olunmamışdır. Digər tərəfdən, dayaqlara hava elektrik xətti araşdırılmamış və vətəndaşların təsərrüfat işləri ilə məşğul olmasına hər hansı maneə yaradılmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 3194 nömrəli ekspert rəyində göstərilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şirvan LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, DƏDRX-nin Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş 21 may 2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa əsasən İddiaçı payçısı olduğu Hacıqabul rayonu Nəvahi kəndində yerləşən 6,7351 hektar torpaq sahəsinin ümumi ölçüsü müəyyən edildi. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şirvan LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı payçısı olduğu Hacıqabul rayonu Nəvahi kəndində yerləşən 6,7351 hektar torpaq sahəsinin sərhədləri daxilində elektrik dirəyi (Anker) quraşdırılmış və bir neçə ildir ki istifadədədir. İddiaçıya məxsus torpaq sahəsinin daxilində yerləşən elektrik dirəyinin alt hissəsi 0,0026 ha təşkil edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şirvan LTİ-nin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı payçısı olduğu Hacıqabul rayonu Nəvahi kəndində yerləşən 6,7351 hektar torpaq sahəsinin dirək altı torpaq sahəsi 0,0026 ha olmaqla Cavabdeh ASC-nin istifadəsindədir. Qərardadın 4-5-ci suallar tikinti-texniki ekspertizasının səlahiyyətlərinə aid olmadıığına görə cavablandırılmamışdır. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli ƏKM/O 76-498/20 nömrəli ekspert rəyində göstərilir ki, ekspert qarşısında qoyulmuş suallara uyğun olaraq İddiaçı mülkiyyətində olan Hacıqabul rayonu Nəvahi kəndində yerləşən 6,7351 hektar torpaq sahəsinə baxış keçirilmiş, tədqiqat işi aparılmışdır. Məlum olmuşdur ki, torpaq sahəsinin yerləşdiyi coğrafi mövqe əlverişlidir. Yaxınlıqda əkin torpaq sahələri mövcuddur. Gediş-gəliş yolları və ictimai-nəqliyyatla təmin olunması kafi səviyyədədir. Torpaq sahəsinin hasarla əhatəsi mövcud deyildir. Torpaq sahəsi kommunal təchizatı mövcud deyildir. Ekspozisiya müddəti aşağıdır və likviddir. Relyefi mailidir. Sahə xarici və torpaq sulan ilə basılmır və batmır. İqlim quru və isti mülayimdir. Torpaq erroziyaya məruz qalmayıb. Seysmikliyi, sürüşmə hadisələri nəzərə çarpmayıb. Sanitar-gigiyenik parametrləri qənaətləndiricidir. Sahənin keyfiyyət xarakteristikalarının və ekoloji vəziyyətinin pisləşməsinə gətirib çıxaran faktorlar aşkar olunmayıb. İddiaçı və digərlərinin ümumi birgə mülkiyyətində olan Hacıqabul rayonu Nəvahi kəndində yerləşən 6,7351 hektar torpaq sahəsinin "xxxx" ASC tərəfindən yararsız hala salınıb-salınmaması, yararsız olduğu halda bərpasına çəkiləcək xərcin miqdarını müəyyən etmək üçün əraziyə baxış keçirilmiş və araşdırmalar aparılmışdır. Məlum olmuşdur ki, İddiaçı və digərlərinin ümumi birgə mülkiyyətində olan Hacıqabul rayonu Nəvahi kəndində yerləşən 6,7351 hektar torpaq sahəsində 2016-cı ilin əvvəllərində "xxxx" ASC tərəfindən 20 kV-luq "Şirvan- Böyükşor" elektirik hava xəttinin çəkilməsi məqsədilə bir ədəd dayaq (Anker) quraşdırılmışdır. Dayağın bərkidilməsi zamanı dörd hissədən quyular qazılmış, metal dirəklər basdırılaraq kənarlan betonla doldurulmuşdur. Bu zaman ümumi torpaq sahəsinin 0,0026 ha torpaq sahəsi əkin-biçin üçün yararsız hala düşmüşdür. Ekspert qarşısında qoyulmuş birinci sualın ikinci hissəsi təhlil edilmişdir. Müəyyən olunmuşdur ki, layihənin konstruktiv-texniki eskiz layihələri təsdiq olunduğundan onun yerdəyişməsi və yaxud torpaq sahəsinin bərpası mümkün hesab edilmir. Bu məqsədlə Hacıqabul rayonu Nəvahi bələdiyyəsinin 07 dekabr 2016-cı il tarixli 34 nömrəli məktubuna istinadən həmin ərazidə 0,01 ha torpaq sahəsinin bazar dəyəri 25,0 manat müəyyən edilmişdir və "xxxx" ASC tərəfindən hava elektrik xətti dayaqlarının düşdüyü torpaq sahələrinin sahiblərinə dayaqların əhatə etdiyi torpaq sahəsinin həcminə mütənasib olaraq həmin məbləğdə kompensasiya məbləği hesablanmışdır. Həmin torpaq sahəsində hansı kənd təsərrüfatı bitkisi əkilməsinin və 3 il ərzində real əldən çıxmış faydanın dəyərini müəyyən edilməsi məqsədilə torpaq sahəsinə baxış keçirilmişdir. Araşdırmalar zamanı bu il ərzində arpa toxumunun əkilməsi müşahidə edilmişdir. Ötən illərdə hava elektrik xətti dayaqlarının düşdüyü torpaq sahələrində təsərrüfat işlərinin görülüb-görülməməsi müəyyən olunmamışdır. Nəticə olaraq hava elektrik xətti dayaqlarının düşdüyü torpaq sahəsində mülkiyyətçilərin təsərrüfat işləri ilə məşğul olmasına hər hansı maneənin mövcud olmadığı qeydə alınmışdır. Ekspert rəyi X1 (BQS) eləcə də, əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/3076 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Şirvan LTİ-nin xx.xx.2019-cu il tarixli **********34 nömrəli mütəxəssis rəyinə əlavə olunmuş sxemə əsasən, mübahisəli elektrik xətlərinin İddiaçı mülkiyyətində olan torpaq sahəsinin şimal qərb istiqamətindən keçdiyi müəyyən olunmuşdur. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin daxilindən mübahisəli elektrik xətlərinin altındakı sahənin eni 7 metr, uzunluğu 158 metr olmaqla 1106 m2 (elektrik dirəyinin alt hissəsinə düşən 26 m2 hissə də daxil olmaqla) olduğu müəyyən olunmuşdur. Bundan əlavə elektrik naqillərinin kənarından başlayaraq müəyyən olunan mühafizə zonasının 7900 m2 ((25+25)x158) olduğunu nəzərə alaraq ümumilikdə İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 9006 m2 hissəsinin 220 kV-luq “Şirvan-Böyükşor” elektrik hava xəttinin mühafizə zonasına düşdüyü müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci bəndinə əsasən, gərginliyi 220 kV olan hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən 25 metr məsafə mühafizə zonası olaraq müəyyən edilir və həmin Qaydaların 7-ci və 12-ci maddəsinə əsasən, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə və onlardan rəsmi razılıq almaqla hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında kənd təsərrüfatı, suvarma işlərinin aparılmasına icazə verilir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə 1 ədəd elektrik dirəyinin quraşdırılması nəticəsində 26 m2 torpaq sahəsinin əkinə yararsız hala düşdüyü müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 7-ci və 12-ci maddələrinin tələbləri gözlənilməklə hava xətlərinin mühafizə zonasına düşən hissəsində əkin sahələrində işlərinin aparılması mümkün olması müəyyən olunmuşdur. "xxxx" ASC (sifarişçi) ilə Cavabdeh ASC (podratçı) arasinda bağlanmış xx.xx.2010-cu il tarixli müqavilədən müəyyən edilir ki, Cavabdeh ASC X9 elektrik stansiyasından “Şirvan-Böyükşor” yarımstansiyasına 330 kv qabaritində ikidövrəli 220 kv elektrik verilişi xəttinin tikilməsi və yarımstansiyanın genişləndirilməsi üzrə işlərin subpodratçı olmuşdur. "xxxx" MMC (sifarişçi) ilə Cavabdeh ASC (podratçı) arasinda bağlanmış xx.xx.2012-ci il tarixli müqavilədən müəyyən edilir ki, Cavabdeh ASC X9 elektrik stansiyasından “Şirvan-Böyükşor” yarımstansiyasına 330 kv qabaritində ikidövrəli 220 kv elektrik verilişi xəttinin tikilməsi və yarımstansiyanın genişləndirilməsi üzrə işlərin subpodratçı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21.3-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarın birinci hissəsinə əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Həmin qərarda həmçinin göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarında gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları həssəsinin 12-ci bəndində isə elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan hansı işlərin yerinə yetirilməsi siyahısı göstərilmişdir. Həmin siyahıda - a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması;c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması;ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 indən artıq olan maşın və mexanizmlərin keçməsi;d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması qeyd edilmişdir. Əsaslı tikintidə podrat müqavilələri haqqında qaydaların təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 1994-cü il tarixli, 228 nömrəli qərarının 3.6.1-ci maddəsində Sifarişçinin öhdəlikləri qeyd olunmuşdur. Həmin maddəyə əsasən Sifarişçi - tikinti meydançasının hazırlanması; elektrik və rabitə xətlərinin çəkilməsinə, nəqliyyat yollarının salınmasına müvafiq təşkilatlardan icazə almaq; tikinti aparılacaq sahə üçün müvafiq təşkilatlardan icazə almaq; Müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş, müvafiq təşkilatlar tərəfindən işlərin yerinə yetirilməsi üçün verilən icazə sənədlərini vaxtında Podratçıya çatdırmaq; təhcizatçısı özü olan avadanlıqların, material və məmulatların, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi və obyektin təhvil verilməsi müddətləri ilə sıx bağlı olan qrafikə əsasən Podratçıya kompleks şəkildə təhvil vermək kimi hüquqları vardır. “Energetika haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin 1-ci bəndinə əsasən - bu Qanun Torpaq Məcəlləsinə və “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq energetika sahəsində fəaliyyət göstərmək üçün podratçıya torpaqdan və yerin təkindən istifadə etmək hüququ verir. “Energetika haqqında” qanunun 30-cu maddəsinin 2-ci bəndinə əsasən- baş enerji nəqletmə və ya ötürmə sistemlərinin, enerji paylayıcı şəbəkələrinin marşrutlarının və yaradılma planlarının müəyyən edilməsi üçün energetika müqaviləsinin təqdim edilməsinə qədər və onun icrası zamanı müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılır. “Energetika haqqında” qanunun 31-ci maddəsinin 1-ci bəndinə əsasən - Energetika sahəsində fəaliyyət nəticəsində mülkiyyət hüququnun və ya daşınmaz əmlakdan istifadənin dəyişməsi və onunla əlaqədar kompensasiyaların ödənilməsi bu qanunun müddəaları; ətraf mühitin qorunması, təhlükəsizlik və texniki tələblərin yerinə yetirilməsi; qurğuların və ya baş enerji nəqletmə və ya ötürmə sistemlərinin yuxarıda göstərilən daşınmaz əmlakda yerləşdirilməsində ayrı-seçkiliyə yol verilməməsi nəzərə alaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız ‘'Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Mülki Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Mülki Məcəllənin 246.7-ci maddəsinə əsasən torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 248.3-cü maddəsinə əsasən torpağının alınmasına, torpağının üzərində sahibliyin əldə olunmasına və ya təklif olunan kompensasiyaya etiraz edən alınmanın təsirinə məruz qalan şəxs hansı hallarda məhkəməyə ərizə verə biləcəyi qeyd edilmişdir. Bura- torpağın alınmasının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olması; torpağın alındığı layihənin həyata keçirilməsi üçün lazım olmaması; təklif olunan kompensasiyanın ədalətli olmaması; alan orqanın müvafiq səlahiyyətlərə malik olmaması; “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş prosedurlara riayət edilməməsi və ya düzgün və ədalətli riayət edilməməsi halları daxildir. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassızdır. Belə ki, Cavabdeh ASC podratçı şirkət olmaqla sifariş əsasında həmin torpaq sahəsində işlər görmüş və həmin işlərin görülməsi zamanı İddiaçı mülkiyyətində olan Hacıqabul rayonu Nəvahi kəndində yerləşən 6,7351 hektar torpaq sahəsinin 0,8196 ha hissəsində 220 kv-luq elektrik hava xəttinin tikilməsi zamanı İddiaçı mülkiyyətində olan torpaq sahəsinə hər hansı ziyan vurmamışdır. Həmin torpaq sahəsi çıxarışa əsasən İddiaçı mülkiyyətindədir, iddiaçı mülkiyyətində olan torpaq sahəsinə sərbəst qaydada girib-çıxa bilir, ona sahiblik, istifadə və sərəncam verir. Bundan başqa həmin torpaq sahəsi əkinə yararlıdır. Torpaq sahəsindən keçən elektrik xətləri iddiaçının mülkiyyətindəki torpaq sahəsində əkin-biçin işlərini aparmasına maneə yaratmır. Odur ki, İddiaçı Cavabdeh ASC-yə qarşı onun mülkiyyətində olan Hacıqabul rayonu Nəvahi kəndində yerləşən 6,7351 hektar torpaq sahəsinin 0,8196 ha hissəsində Cavabdeh ASC tərəfindən tikilmiş 220 kV-luq elektrik hava xəttinin tikilməsinin əvəzində ona 1000 manat kompensasiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, torpaq sahəsinin qanunsuz zəbt olunması nəticəsində dörd il ərzində torpaq sahəsindən istifadə edə bilmədiyinə görə əldən çıxmış fayda kimi 10.000 manat maddi ziyan və mənəvi zərərin əvəzi kimi 5000 manat pulun cavabdehdən alınıb ona ödənilməsi, hüquqi yardım üçün vəkilə ödədiyi 150 manat pulun və məhkəməyə ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb ona ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı İddiaçı öz iddia tələbinin əsasını sübuta yetirə bilmədiyinə görə iddia rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddiaçı 50 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “İddiaçı mülkiyyətində olan Hacıqabul rayonu Nəvahi kəndində yerləşən 6,7351 hektar torpaq sahəsinin 0,8196 ha hissəsində Cavabdeh ASC tərəfindən tikilmiş 220 kVluq elektrik hava xəttinin tikilməsinin əvəzində ona 1000 manat kompensasiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, torpaq sahəsinin qanunsuz zəbt olunması nəticəsində dörd il ərzində torpaq sahəsindən istifadə edə bilmədiyinə görə əldən çıxmış fayda kimi 10.000 manat maddi ziyan və mənəvi zərərin əvəzi kimi 5000 manat pulun cavabdehdən alınıb ona ödənilməsi, hüquqi yardım üçün vəkilə ödədiyi 150 manat pulun və məhkəməyə ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınıb ona ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı 50 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-346/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-346/2022
12.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver