Məhkəmə qərarları › İş №2(071)-363/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-363/2025

11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-363/2025 11.06.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Cavabdeh 2200 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 42 (qırx iki) manat olmaqla, cəmi 2242 (iki min iki yüz qırx iki) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü tarixdə “X1 LTD” MMCdən xx.xx.2024-cü il tarixli, 65/AV24 saylı alqı-satqı müqaviləsinə əsasən **-PR-*** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı minik avtomobilini almışdır. Həmin avtomobili təmir etdirmək üçün xx.xx.2024-cü il tarixdə atasının yaşadığı Hacıqabul rayonuna gətirmişdir. Rayonda avtomobilləri təmiri ilə məşğul olan Cavabdeh avtomobilini təmir etməsi və ehtiyyat hissələrinin alınması üçün 2200 manata razılaşmışdır. O, həmin məbləğin 600 manatını həmin gün, qalan 1600 manatı isə xx.xx.2025-ci il tarixdə “Milliön” ödəniş terminalı vasitəsilə Cavabdeh bank kartına göndərmişdir. Lakin, bundan sonra Cavabdeh avtomobilində heç bir iş görməmiş, avtomobili təmir etməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Hazırda Cavabdeh ona 2200 manat borcu vardır. O, dəfələrlə Cavabdeh evinə getmiş, ona olan borcunu qaytarmasını tələb etmişdir. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Ona görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, iş üzrə Cavabdeh **-PR-*** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı minik avtomobilini təmir etdirmək və avtomobil üçün lazımi materialları alması üçün ümumilikdə 2242 manat məbləğində pul vermiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, həmin nəqliyyat vasitəsinin təmiri üçün lazım olan materialları almamışdır. O, dəfələrlə Cavabdeh evinə getmiş, ona olan borcunu qaytarmasını tələb etmişdir. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş, həmin iclas zamanı iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. Bununla yanaşı o, məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, o, 2024-cü ilin dekabr ayında İddiaçı məxsus nəqliyyat vasitəsinin təmiri məqsədilə 2200 manat məbləğində pul almış, həmin pulun 500 manatını nəqliyyat vasitəsinin təmiri üçün xərcləmiş, 1700 manat məbləğində pul ona qalmışdır. Həmin 1700 manatın 500 manatının onun zəhmət haqqısı olduğunu və hazırda iddiaçıya 1200 manat məbləğində borcu vardır. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 65/AV24 saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı (alıcı) “X1 LTD” MMC-dən (satıcı) **-PR-*** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı minik avtomobilini almışdır. İş materiallarında olan elektron ödəmə sistemindən əldə edilmiş qəbzin surətindən müəyyən edilir ki, Ş**** Ə*** Q*** oğluna məxsus hesaba 1600 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Məhkəmə iclası zamanı, cavabdeh iddiaçıdan 2200 manat məbləğdə borc pulun aldığını etiraf etmiş, lakin həmin borc məbləğinin qaytarılmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə tərəfindən işin faktiki halları belə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 2024-cü ilin sonlarında sonuncuya mülkiyyətində olan nəqliyyat vasitəsinin təmir olunması və təmir üçün lazımi materialların alınması məqsədilə 600 manat və 1600 manat olmaqla, ümumilikdə 2200 manat məbləğində pul vermiş, lakin cavabdeh aldığı pulun qarşılığında üzərinə götürdüyü öhdəliyə əməl etməmişdir. İddiaçı tərəfindən borcun geri qaytarılması dəfələrlə tələb edilsə də, cavabdeh müxtəlif bəhanələrlə öhdəliyini yerinə yetirməkdən boyun qaçırmışdır. Bununla əlaqədar olaraq, iddiaçı mülki qaydada məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında tərəflərin izahatları və iş materialları araşdırılarkən, Cavabdeh iddia edilən borc məbləğini iddiaçıdan alması təsdiq olunmuş, lakin borcun qaytarılması ilə bağlı hər hansı hüquqi cəhətdən etibarlı sübut təqdim edilməmişdir. Cavabdeh xx.xx.2025ci il tarixli məhkəmə iclasında öz müdafiəsi zamanı 2200 manat puldan 500 manatını nəqliyyat vasitəsinin təmiri üçün lazım olan ehtiyat hissələrə xərclədiyini, 500 manat onun avtomobilin təmiri üçün zəhmət haqqı olduğunu bildirmiş, lakin bunu təsdiq edəcək heç bir sənəd, bank köçürməsi, qəbz və ya digər hüquqi əhəmiyyətli sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin müvafiq normalarına əsasən, iddianı və ya etirazı təsdiq etmək yükü həmin iddianı irəli sürən tərəfin üzərinə düşür. Cavabdeh tərəfindən borcun qaytarıldığına dair hər hansı yazılı və ya digər hüquqi qüvvəyə malik sübutların olmaması səbəbilə, onun bu barədə irəli sürdüyü arqumentlər əsaslı hesab edilmir və məhkəmə tərəfindən qəbul olunmur. Bu baxımdan, işin hallarına və mövcud hüquqi tənzimləmələrə əsasən, iddiaçının iddiasının təmin edilməsinin hüquqi əsası mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə iclasında araşdırılmış iddiaçının izahatı, habelə işin digər materialları ilə müəyyən olundu ki, Cavabdeh İddiaçı sonuncunun nəqliyyat vasitəsini təmir etmək məqsədilə 2200 manat məbləğində pul almış, lakin üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, həmçinin iddiaçıdan aldığı pul məbləğini ona qaytarmaqdan qəsdən yayınmışdır. Odur ki, iddia təmin edilməli, Cavabdeh 2200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 42 (qırx iki) manat olmaqla, cəmi 2242 (iki min iki yüz qırx iki) manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 42 (qırx iki) manat olmaqla, cəmi 2242 (iki min iki yüz qırx iki) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar