Məhkəmə qərarları › İş №2(071)-37/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-37/2022

16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-37/2022 16.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 10.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Həmzali oğlundan və Cavabdeh2 02.07.2015-ci il tarixli kredit sazişi müqaviləsi üzrə yaranmış 1.405,73 ABŞ dolları əsas borc, 1.982,10 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 3.387,83 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli 2(071)-209/2021 nömrəli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. İş üzrə icraat ekspertizanın rəyi məhkəməyə təqdim edilənədək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.12.2021-ci il tarixli 9/8412 nömrəli eksspert rəyi 30.12.2021-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə daxil olmuşdur. Hacıqabul rayon Məhkəməsinin 17.01.2022-ci il tarixli 2(071)-37/2022 nömrəli qərardadı ilə mülki iş təzələnərək 16.02.2022-ci il tarixə saat 12:00-a məhkəmə baxışına təyin edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, tərəflər arasında bağlanmış 02.07.2015-ci il tarixli RF/18298/52/26 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh1 50 ay müddətinə illik 28,5 faiz dərəcəsi ilə 3.010 ABŞ dolları kredit vermişdir. Kredit müqaviləsinin təminatı qismində İddiaçı ASC ilə Cavabdeh2 arasında 02.07.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən zamin borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını borclu ilə birlikdə öz üzərinə götürmüşdür. Borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini lazımi qaydada icra etməmiş, şifahi və yazılı xəbərarlıq edilməsinə baxmayaraq, banka olan borcunu ödəməmişdir. Borclu Cavabdeh1 02.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 1.405,73 ABŞ dolları əsas borc, kreditdən istifadəyə görə 1.982,10 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 3.387,83 ABŞ dolları borcu yaranmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 02.07.2015-ci il tarixli RF/18298/52/26 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh1 50 ay müddətinə illik 28,5 faiz dərəcəsi ödəmək şərti ilə 3.010 ABŞ dolları kredit vermişdir. Borcalan Cavabdeh1 02.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı məqsədilə İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında 02.07.2015-ci il tarixdə zaminlik müqavilələri bağlanmış və zamin borcalanın öhdəliklərinin icrası üçün kreditorun qarşısında borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımi qaydada ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. 17.12.2020-ci il tarixli arayışdan müəyyən edilir ki, borcalan Cavabdeh1 02.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1.405,73 ABŞ dolları əsas kredit borcu, 1.982,10 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu olmaqla, ümumilikdə 3.387,83 ABŞ dolları borcu var. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 21.12.2021-ci il tarixli 9/8412 nömrəli ekspert rəyindən müəyyən edilir ki, borcalan Cavabdeh1 02.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə 17.12.2020-ci il tarixə 1.447,12 ABŞ dolları əsas borcu, 3.182,85 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu olmaqla, ümumilikdə 4.629,97 ABŞ dolları borcu var. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, 02.07.2015-ci il tarixli RF/18298/52/26 nömrəli kredit müqaviləsi üzrə yaranmış borc yalnız borclu Cavabdeh1 tutulmalıdır. Zamin Cavabdeh2 ilə kreditor «Bank of Baku” ASC arasında bağlanmış 02.07.2015ci il tarixli zaminlik müqaviləsinin müddəti 02.07.2015-ci il tarixli kredit müqaviləsinin müddətinin bitdiyi gün, yəni 02.09.2019-cu il tarixdə başa çatdığına və kreditor 10.03.2021-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyinə görə, 02.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə verilmiş borc zamindən tələb edilə bilməz. Odur ki, Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Hazırda zamin borcun ödənilməsi üçün məsuliyyət daşımır. Çünki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 02.07.2015-ci il tarixli kredit razılaşması üzrə yaranmış 1.405,73 ABŞ dolları əsas kredit borcu və 1.982,10 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 3.387,83 ABŞ dolları (ödəmə gününə manatın dollara olan məzənnəsi ilə) və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci 100 manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İddia tələbi - cavabdeh (zamin) Cavabdeh2 qarşı hissəsində rədd edilməli, 02.07.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə zamin Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (borclu) Cavabdeh1 02.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 1.405,73 ABŞ dolları əsas borc və kreditdən istifadəyə görə hesablanmış 1.982,10 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3.387,83 (üç min üç yüz səksən yeddi ABŞ dolları səksən üç sent) ABŞ dolları borc (ödəniş günü manatın ABŞ dollarına olan məzənnəsi ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci 100 manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK:CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE **********00********) ödənilsin. İddia tələbi - cavabdeh (zamin) Cavabdeh2 qarşı hissəsində iddia rədd edilsin. 02.07.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə zamin Cavabdeh2 zaminliyinə xitam verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar