Məhkəmə qərarları › İş №2(071)-373/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-373/2024

02.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-373/2024 02.05.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh hər ay bir uşağa görə 235 manat olmaqla cəmi 705 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə onun arasında olan nigah xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnamsəi ilə bir uşağın saxlanılması üçün cavabdehdən 70 manat olmaqla cəmi 210 manat aliment kəsilmişdir. İddiaçı heç yerdə işləmədiyindən yalnız valideyinlərinin köməyi ilə uşaqın ehtiyaclarını qarşılaya bilmişdir. Buna görə də, cavabdehdən yəni atadan uşaqların saxlanılmaları üçün alimentin artırılmasını tələb etmək zərurəti yaranmışdır. Belə ki, məhkəmə tərəfindən təyin olunmuş 210 manat pul üç uşaqın ehtiyaclarını ödəmir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, uşaqların maddi ehtiyaclarını qarşılaya bilmədiyini və alimentin artırılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirdi ki, əlildir, pensiya alır və həmin məbləğdən 210 manat aliment ödəyir. İddiaçı alimentin artırılmasını tələb etsədə o, artırılan məbləğin ödəyə bilməyəcəyini bildirdi. İş materiallarından müəyyən edilir ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 anadan olmuşdur. İş materiallarında olan Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması Cavabdeh hər ay hər uşağa görə 70 manat olmaqla, ümumilikdə 210 manat sabit pul məbləğində alimentin tutularaq X1 ödənilməsi qərara alınmışdır. Elektron məhkəmə informasiya sistemində olan məlumatlardan məlum olur ki, Cavabdeh aylıq 342 manat 61 qəpik pensiya alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasaən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göstərilən qanunvericilik normalasının məzmunundan görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu halda məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Hazır ki, mülki işdə mövcud olan materiallardan görünür ki, Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin qəbul edilməsindən son ötən müddət ərzində cavabdehin maddi vəziyyətində hər hansı dəyişiklik olmamış, aldığı 342 manat 61 qəpik məbləğində pensiyadan əlavə gəlir yeri yaranmamışdır. Bundan başqa, işdə olan sənədlərdən görünür ki, hazırda cavabdeh aldığı 342 manat 61 qəpik məbləğində pensiyadan 210 manat, yəni aldığı məbləğin yarıdan çox hissəsini aliment şəklində ödəyir. Beləliklə, məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin maddi vəziyyətində hər hansı dəyişiklik olmadığından iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi” barədə iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar