Məhkəmə qərarları › İş №2(071)-375/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-375/2023

17.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-375/2023 17.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borclu olduğu 5000 manat pulu və dövlət rüsumu kimi ödədiyi 70 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh yaxından tanıyır. Şəbnəmin bibisi onun qonşusudur. Cavabdeh 10 may 2022-ci il tarixdə atası ilə bir yerdə onun evinə gələrək uşağının xəstə olduğunu və müalicəyə aparacağını, 5000 manat pul lazim olduğunu bildirdi. Pulu altı ay müddətinə qaytaracağını bildirdi. O həmin vaxt Şəbnəmi və atası Vaqifi yaxından tanıığına görə Şəbnəmə atasının iştirakı ilə 5000 manat pul vermiş və həmin vaxt Şəbnəmə 5000 manat verməsi barədə müqavilə imzalamışlar. Aradan 6 ay keçəndən sonra o cavabdehdən pulunu istəsə də, cavabdeh hər dəfə pulu düzəldib qaytaracağını demişdir. Artıq o hiss etmişdir ki, Şəbnəm onu aldadır, pulunu vermək istəmir. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirdi ki, Cavabdeh iddia ərizəsi məhkəməyə verildikdən sonra borcundan 200 manatını ona qaytarmışdır. Hal-hazırda cavabdehin ona 4800 manat borcu vardır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh ilə onun arasında bağlanmış müqaviləyə əsasən cavabdehə 5000 manat borc vermişdir. Razılaşmaya əsasən cavabdeh borcu 6 ay ərzində qaytarmalı idi. Lakin, müəyyənləşdirilmiş altı aylıq müddət keçsə də, cavabdeh borcunu qaytarmamış, hər dəfə müxtəlif bəhanələr gətirərən borcunu ödəməkdən yayınmışdır. Buna görə o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etdikdən sonra cavabdeh borcundan 200 manatını ona qaytarmışdır. Cavabdehin ona olan borcu 4800 manat təşkil edir. Odur ki, iddianın təmin edilməsi, 4800 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sadə yazılı şəkildə bağlanmış 10 may 2022-ci il tarixli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 5000 manat borc pul almışdır. Cavabdeh borc kimi aldığı pulu 6 ay ərzində qaytaracağını öhdəsinə götürmüşdür. Məhkəmə, iddiaçının izahatını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, tərəflər arasında yazılı qaydada bağlanmış borc müqaviləsinə əsasən cavabdeh iddiaçıya 5000 manat borc pul vermişdir. Lakin, cavabdeh borc kimi aldığı pulun 200 manatını iddiaçıya ödəmiş və onun 4800 manat borcu qalmışdır. Cavabdeh isə borc kimi aldığı pulu iddiaçıya tam ödəməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında yazılı qaydada bağlanmış borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Həmin müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, müqavilə predmeti olan pulu cavabdehə vermiş, lakin cavabdeh öz üzərinə düşən öhdəliyi, yəni aldığı pulu tam şəkildə iddiaçıya vaxtında ödəməmişdir. Onun iddiaçı qarşısında icra edilməmiş 4800 manat pul öhdəliyi vardır. Odur ki, iddiaçı cavabdehdən həmin borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 (yetmiş) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar