Məhkəmə qərarları › İş №2(071)-401/2022

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-401/2022

31.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-401/2022 31.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Mən, Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X5, İddiaçı cavabdeh Hacıqabul rayon Prokurorluğuna qarşı “Hacıqabul rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə 05.02.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçının şikayət etdiyi hallar üzrə məhkəmə tərəfindən cinayət işinin başlanması barədə xüsusi qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Hacıqabul rayon Prokurorluğuna qarşı “Hacıqabul rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə 05.02.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçının şikayət etdiyi hallar üzrə məhkəmə tərəfindən cinayət işinin başlanması barədə xüsusi qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə 30.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Hacıqabul rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə 05.02.2022-ci il tarixli qərarının ləğv edilməsi və onun şikayət etdiyi hallar üzrə məhkəmə tərəfindən cinayət işinin başlanması barədə xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsində göstərmişdir ki, oğlu X6 04 yanvar 2022-ci ildə səhər saat 11 radələrində evdə yatarkən qəfildən mülki geyimdə olan bir neçə nəfər mülki qeyimli şəxs heç bir icazə almadan yaşadıqları evə soxularaq oğlunun yatdığı otağa keçmişlər. Oğlu yuxuda olarkən yataqdan qaldırıb onun ciblərini, şkafda asılmış paltarlarını və yatağını axtarmağa başlamışlar. O, onların kim olduğunu və nə üçün belə etdiklərini başa qışqıraraq onlardan bunun səbəbini soruşmuş, bu zaman Fərid adlı şəxs onun yaxasından tutaraq sərt şəkildə kənara itələmişdir. Həmin dəqiqələrdə onun kiçik oğlu mobil telefonla 102 xidmətini yığaraq baş verən hadisə barədə məlumat vermişdir. Həmin şəxslər oğlunu gödəkçəsiz və ayaqqıbısız götürüb aparmışlar. Aparıldıqdan sonra o, da 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə şikayət etmişdir. O, oğlunun polis şöbəsinə aparıldığını, orada törətmədiyi cinayəti (narkotik maddələrin satışı) boynuna almasına məcbur edilməsini, bu məqsədlə oğluna fiziki işgəncə verilməsini, yalançı şahidlər vasitəsilə ona bu cinayəti boynuna almasını tələb etmələrini və həmçinin ona qarşı zorakılıq hərəkətləri etmələri ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət etmişdir. Həmin şikayət baxılması üçün cavabdeh Hacıqabul Rayon Prokurorluğuna göndərilmişdir. Hacıqabul Rayon Prokurorluğu guya araşdırma apararaq, cinayət işinin başlanılmaması barədə qərar qəbul etmişdir. O, həmin qərarda ortada olan faktların saxtalaşdırılması hallarının olduğunu və bu səbəblə də ləğv edilərək məhkəmənin isə öz səlahiyyətləri əsasında onun şikayəti üzrə cinayət işinin başlanılması barədə xüsusi qərar çıxarmasını xahiş etmişdir. Hacıqabul rayon prokurorluğunun müstəntiqi Sevinc Şıxəliyeva tərəfindən İddiaçı ünvanlanmış 05.02.2022-ci il tarixli 05 C-22 nömrəli məktubdan müəyyən edilir ki, İddiaçı oğlu X3 Tibb-sanitar hissədə müayinə olunan zaman sol saidin arxa səthində iki ədəd qərtməkli yara, sol sarğı nahiyədə bənövşəyi rəngli qançırın aşkar olunması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasından daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılmış və toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, 05.02.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, hazırkı mübahisə üzrə İddiaçı oğlu X1 rayon prokurorluğunun müstəntiqi X2 icraatında olan 05C22 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05.02.2022-ci il tarixli qərarından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Hacıqabul rayon prokuroruna, yuxarı prokurora, yaxud məhkəməyə şikayət vermək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.2.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından -məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 212.3-cü maddəsinə əsasən təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.1.4-cü maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın -müstəntiqinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.3.5-ci maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Odur ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 153, 153.2.1, 263- 264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Hacıqabul rayon Prokurorluğuna qarşı “Hacıqabul rayon prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə 05.02.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddiaçının şikayət etdiyi hallar üzrə məhkəmə tərəfindən cinayət işinin başlanması barədə xüsusi qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilsin. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar