Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-402/2022 07.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə 26.08.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 6.200 manat borcun və hüquqi xidmət üçün ödədiyi 50 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli 2(071)-442/2020 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İddiaçı 18.03.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli 2(071)-442/2020 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 30.03.2022-ci il tarixli 2(071)-402/2022 nömrəli qərardadı ilə İddiaçı vəsatəti təmin edilmiş, Hacıqabull rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli 2(071)- 442/2020 nömrəli qərardadı ləğv edilmiş, işin məhkəmə baxışı iclası 05.05.2022-ci il tarixə saat 10:30-a təyin edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili X1 vəsatətinə əsasən işə baxılması 07.06.2022-ci il tarixə saat 12:00-a təxirə salınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır. O, N saylı hərbi hissənin 1-ci taborunun 3-cü bölüyünün 2-ci manqasında komandir vəzifəsində müddətdən artıq hərbi qulluqçusu kimi xidmətdə olarkən cavabdehlə tanış olmuşdur. Cavabdeh iki ay müddətinə, yəni 28.06.2013-ci ilədək qaytarmaq şərti ilə 28.04.2013-cü ildə ondan 7.000 manat borc pul almışdır. Göstərilən müddət tamam olduqda o, Cavabdeh pullarının qaytarmasını tələb etməyə başlasa da, cavabdeh 28.06.2013-cü ilədək ona cəmi 500 manat pul qaytarmışdır. Bundan sonra cavabdeh 2017-ci ilin sentyabr ayında ona 300 manat pul qaytararaq ona, 2017-ci ilin sonunadək pulunu tam qaytaracağını bildirmişir. Göstərilən müddət tamam olduqda o, Cavabdeh pulun qalan hissəsini qaytarmasını tələb etsə də, cavabdeh ona borcundan qalan hissəsini qaytarmaqdan imtina etmişdir. Buna görə də, o, pulun qalan hissəsini məcburi qaydada qaytarılmasına nail olmaq üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh nümayəndəsi və vəkili X4 04.05.2022-ci ildə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia müddəti ötürüldüyünə görə iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə, həmçinin “AZEMİS” vasitəsilə SMS bildirişi göndərilməklə məlumat verilmişdir. İddiaçı məhkəməyə gəlməmişdir. İddiaçı məhkəmənin elektron portalına 04.05.2022-ci ildə məktub ünvanlayaraq, onun iştirakı olmadan işə baxılmasını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Cavabdeh hərbi xidmətdə olduğu dövrdə komandiri Kənan Mustafayev maaş kartının başqa şəxsdə girovda olduğunu, bu səbəbdən borc pul götürə bilmədiyini bildirib, onun maaş kartının (AD 0010598) girov qoyularaq İddiaçı 1.000 manat borc pul götürərək ona verməsini xahiş etmişdir. Kənan Mustafayev aldığı borcu İddiaçı qaytardıqdan sonra maaş kartını alıb Cavabdeh qaytaracağını bildirmişdir. Cavabdehbu səbəbdən maaş kartının girov qoyularaq, Kənan Mustafayevin İddiaçı 1.000 manat borc pul götürülməsinə razılıq vermişdir. Daha sonra hərbi xidmət göstərdiyi dövr ərzində Kənan Mustafayev borcu İddiaçı qaytardığını Cavabdeh bildirmişdir. Həmin vaxtdan etibarən heç vaxt Cavabdeh borcun qaytarılması ilə bağlı İddiaçı tərəfindən hər hansı müraciət edilməmişdir. 28.04.2013-cü il tarixli sadə yazılı formada tərtib edilmiş qəbzdə qeyd edilən əlaqə nömrəsi də hazırkı vaxta qədər işləkdir, iddiaçı borcla bağlı cavabdehlə heç bir əlaqə saxlamamışdır. Bu bir daha Kənan Mustafayev aldığı borcu qaytarmasını təsdiq edir. 28.04.2013cü il tarixli qəbzə Cavabdeh borc məbləğini əldə edən şəxs kimi imza atmamış, iştirak edən yəni zamin kimi imza atmışdır. Bunu məhkəməyə təqdim olunmuş qəbzdən də açıq-aşkar görmək mümkündür. Göründüyü kimi, borc məbləğini əldə edən Kənan Mustafayev olmaqla, onun tərəfindən imza atılmış və onun ad, soyadı qeyd olunmuşdur. Yəni, cavabdeh iddiaçıdan 28.04.2013-cü il tarixli qəbzdə göstərilən pul məbləği əldə edilməmiş və götürülməmişdir. Ümumiyyətlə cavabdeh 7.000 borc pul məbləğinin götürülməsindən xəbərsiz olmuşdur. Cavabdeh qəbzin arxa hissəsinə imza atdığı üçün vərəqin digər üzündə yazılmış borc məbləğindən xəbəri olmamışdır. Hesab edir ki, iddia tələbi əsassız olmaqla yanaşı, iddia müddəti ötürülməklə verilmişdir. Belə ki, borc məbləğinin 28 aprel 2013-cü il tarixdə 2 ay müddətinə götürüldüyü qeyd edilmişdir. İddiaçı isə iddia ərizəsi ilə 26.08.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Hacıqabul rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Daha sonra 30.03.2022-ci il tarixdə iş üzrə icraat təzələnmiş və iş məhkəmə baxışına təyin edilmişdir. Göründüyü kimi, bütün hallarda hazırkı iddia müqavilə üzrə öhdəliyin icrasını tələb etmək üçün qanunla müəyyən olunmuş müddəti buraxılmaqla qaldırılmışdır. Beləliklə yuxarıda göstərilənlərə əsasən iddia tələbi əsassız olmaqla yanaşı, iddia müddəti ötürməklə verildiyinə görə rədd edilməlidir Odur ki, iddia tələbinin əsassız olduğuna və iddia müddəti ötürüldüyünə görə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə Cavabdeh nümayəndəsi və vəkili X1 izahatını dinləyib, İddiaçı məhkəmənin elektron portalına ünvanladığı iddia tələbini müdafiə etməsinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsinə əlavə etdiyi sadə yazılı formada tərtib edilmiş 28.04.2013-cü il tarixli qəbzdə göstərilir ki, “mən Səlimov X2 rayonu Qubalıbaloğlan kəndində yaşayıram. N saylı 1cı tabor, 3-cü bölük, 2-ci manqanın komandiri vəzifəsində işləyirəm. 28.04.2013-cü il tarixdə özümün pul ehtiyacım olduğu üçün Tərtər rayonu Qaynaq kənd sakini İddiaçı 7.000 manat pulu borc olaraq aldım. Pulu iki ay müddətinə, 28.06.2013-cü il tarixə kimi qaytarmaq şərti ilə AD0010598 nömrəli öz bankomat kartımı da bu pulun müqabilində girov qoyuram və onun istifadəsinə icazə verirəm.***-***-**-**. Öz komandirimin iştirakı ilə. Qəbzi ön tərəfinə Kənan Mustafeyev imza etmiş, kartın kodu 8363 yazılmışdır. Qəbzin arxa tərəfinində iştirakçılar kimi Qaraşov Mahir, Qarayev Şəmşir, Məmmədov Şakir və Cavabdeh adları yazılmışdır. Qəbzin arxa tərəfində yalnız Cavabdeh imzası var.” Göründüyü kimi, qəbzdə borcu alan şəxs kimi Cavabdeh göstərilsə də, pulu alan şəxs kimi Kənan Mustafeyev, iştirakçı kimi Cavabdeh imza etmişlər və borcun qaytarılmasının təminatı kimi Cavabdeh məxsus bank kartı İddiaçı girov kimi verilmiş və kartın kodu qəbzdə yazılmaqla, istifadəsinə İddiaçı icazə verilməklə, borcun əvəzini karta köçürülən puldan götürməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı sadə yazılı formada tərtib edilmiş 28.04.2013-cü il tarixli qəbzə əsasən verdiyi 7.000 manat borcun qaytarılma müddəti 28.06.2013-cü il tarixə olmuşdur. Həmin müddət bitdikdən sonra İddiaçı üç il müddətində, yəni 28.06.2016-cı il tarixə kimi Cavabdeh qarşı iddia qaldırmaq hüququ olmuşdur. Lakin İddiaçı bu hüququndan vaxtında istifadə etməmiş, üç illik iddia müddətini ötürdükdən dörd il keçəndən sonra 26.08.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı onun verdiyi borcdan Cavabdeh 28.06.2013-cü ilədək ona cəmi 500 manat pul qaytardığını, 2017-ci ilin sentyabr ayında ona 300 manat pul qaytararaq 2017-ci ilin sonunadək pulunu tam qaytaracağını bildirməsini qeyd etsə də, bu halı təsdiq edən yazılı sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdehin maaş kartı iddiaçıda girovda olduğuna və cavabdehin kartın kodunu yazmaqla, ondan istifadə etməyə iddiaçıya icazə verdiyinə görə, iddiaçının verdiyi borcu cavabdehin əmək haqqı hesabına qaytarmasına nail olmağa imkanı olmuş, ona hər hansı bir maneə olmamışdır. Bu isə borcun tam ödənildiyini deməyə əsas verir. O, cümlədən iddiaçı iddia müddətini ötürdüyünə görə iddia təmin edilə bilməz. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair 04.05.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim etmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03.06.2013-cü il tarixli qərarına əsasən-kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq Mülki Məcəllənin 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Məhkəmə sübutlara qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğuna və iddia müddəti keçdiyinə görə rədd edilməlidir. Yuxarıda şərh olunanlara əssən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “sadə yazılı formada tərtib edilmiş qəbz əsasında 28.04.2013-cü il tarixdə 2 ay müddətinə, yəni 28.06.2013-cü il tarixə kimi qaytarmaq şərti ilə verdiyi 7.000 manat borcdan qaytarılmamış qalan 6.200 manat borcun və hüquqi xidmət üçün ödədiyi 50 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-402/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-402/2022
07.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver