Məhkəmə qərarları › İş №2(071)-403/2022

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-403/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-403/2022 24.05.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı Unibank KB ASC-nin cavabeh Cavabdeh Nuhalı oğluna qarşı “borcun tutulması, tutmanın mənzil sertifikatına yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh Nuhalı oğluna qarşı “borcun tutulması, tutmanın mənzin sertifikatına yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 31.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Nuhalı oğlundan 25.09.2007-ci il tarixli 943AKN/07 kredit müqaviləsi üzrə 1.624,06 manat əsas borc, 22,20 manat faiz borcu olmaqla, cəmi 1.646,26 manat pulun və ödənilmiş 36,87 manat dövlət rüsumunun tutularaq "xxxx" KB ASC-yə ödənilməsi, tələbin Cavabdeh Nuhalı oğluna məxsus “X1” MMC tərəfindən emissiya olunaraq 03.08.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış AMS seriyalı № 002355 saylı mənzil sertifikatına yönəldilməsi, mənzil sertifikatının hərracda satılması, satışdan əldə olunacaq vəsait hesabına "xxxx" KB ASC-yə olan borcunun ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 06.05.2022-ci il tarixli 2(071)-403/2022 nömrəli qərardadı ilə iddiaçı Unibank KB ASC-nin Cavabdeh Nuhalı oğluna qarşı “borcun tutulması, tutmanın mənzin sertifikatına yönəldilməsi” tələbinə dair 2(071)-403/2022 nömrəli mülki iş üzrə iddia icraatına keçilmişdir. Məhkəmə hazırlıq iclası 24.05.2022-ci il tarixə saat 15:00-a təyin edilmişdir. Tərəflərə məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, iddiaçının nümayəndəsi və cavabdeh məhkəməyə gəlməmişlər. İddiaçı Unibank KB ASC-nin səlahiyyətli nümayəndəsi Elxan Cilovxanov 20.05.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin əslinin iddiaçıya geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının səlahiyyətli nümayəndəsinin iddia ərizəsinin geri qaytarılmasına dair 20.05.2022-ci il tarixli ərizəsini nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Unibank KB ASC-nin cavabeh Cavabdeh Nuhalı oğluna qarşı “borcun tutulması, tutmanın mənzil sertifikatına yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar