Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-412/2022 23.05.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 31.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 01.05.2021-ci il tarixli TBN000130 saylı nisyə alqı - satqı müqaviləsi üzrə yaranmış 73 manat əsas borc, 10,95 manat cərimə olmaqla, cəmi 455,4 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı QSC-nin nümayəndəsi X1 13.05.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin iddianı müdafiə etməsinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edilir ki, 01.05.2021-ci il tarixli TBN000130 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən "xxxx" MMC 148 manat dəyərində malı (1 ədəd Unitazı) ilkin ödəniş olmadan, ayda 25 manat, axırıncı ay 23 manat ödəmək şərti ilə 6 ay müddətinə Cavabdeh nisyə satmışdır. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 23.06.2020-ci il tarixli faktorinq müqaviləsinə və faktorinq müqaviləsinə əlavə olunan 06.05.2021-ci il tarixli sazişə əsasən "xxxx" MMC Cavabdeh qarşı olan 148 manat tələb hüququnu "xxxx" MMCyə vermişdir. "xxxx" MMC 18.11.2020-ci ildə təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. "xxxx" QSC "xxxx" MMC-nin hüquqi varisidir (VÖEN **********) Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında nisyə alqı-satqı və faktorinq müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilələr üzrə öhdəliyini yerinə yetirməmiş, borclu aldığı əşyanın dəyərini müəyyən edilmiş müddət ərzində iddiaçıya tam ödəməmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 25.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01.05.2021-ci il tarixli alqı satqı müqaviləsi üzrə İddiaçı QSC-yə 73 manat əsas borc, 10,95 manat cərimə olmaqla, cəmi 83,95 manat borcu var. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 01.05.2021-ci il tarixli alqı - satqı müqaviləsi üzrə "xxxx" MMC-dən aldığı malın dəyərindən ödənilməmiş qalan 73 manat əsas borc, hesablanmış 10,95 manat cərimə və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 114,35 manat pul tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 01.05.2021-ci il tarixli alqı - satqı müqaviləsi üzrə "xxxx" MMC-dən aldığı malın dəyərindən ödənilməmiş qalan 73 manat əsas borc, hesablanmış 10,95 manat cərimə və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 114,35 (yüz on dörd manat otuz beş qəpik) manat pul tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-412/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-412/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver