Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-413/2024 16.05.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1379 manat məbləğində pulun və 33,79 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh öz şəxsi qızıl üzük və qızıl qolbağını nisyə verməklə 2179 manata satmışdır. Həmin qızılları ona satdığı zaman hər ay 200 manat ödəyəcəyi barədə şifahi olaraq aralarında razılığa gəlmişlər. Cavabdeh həmin pulun bir hissəsini ona qaytarasada 4 aydır ki hər ay verməli olduğu 200 manat məbləğində pulu ona qaytarmır və yerdə qalan borcunu ödəməkdən açıq aşkar boyun qaçırır. Cavabdeh onun pulunu hissə-hissə 800 manat qaytarmışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq, pulunun qalan hissəsini, yəni 1379 manatı hələ də, ala bilməmişdir. Cavabdeh müxtəlif bəhanələrlə bundan imtina edir. Buna görə də, o, məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə zalında izahatında bildirdi ki, öz qızılını 2179 manata nisyə satmışdır. O, puldan hissə-hissə verərək cəmi 800 manatını qaytarmışdır. Əvvəllər hissəhissə ödədiyini lakin sonradan son ayları ödəmədiyini və borcunun tam ödənilməsini xahiş etdi. Cavabdeh məhkəmə zalında izahatında bildirdi ki, İddiaçı nisyə qızıl məmulatları almışdır. Səhhəti ilə əlaqədar borcunu ödəyə bilməmişdir. Əvvəllər borcunu hissə-hissə 800 manat ödəmişdir. Hazırda iddiaçıya 1379 manat borcu qalmışdır. Cavabdeh məhkəmə iclasında ərizə ilə müraciət edərək iddianı tam etiraf etdiyini bildirdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Hacıqabul RPŞ-nin 3-13-28/2-11-38xx-xx/2024 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı tərəfindən Hacıqabul RPŞ-nə ünvanlanmış müraciət araşdırılmış, lakin Cavabdeh əməllərində cinayət və inzibati xəta tərkibinin əlamətləri olmadığına görə şöbədə qeydiyyata alınmışdır. Ərizəçinin məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cavabdeh iddianı etiraf edərək iddiaçıya 1379 manat borcu olduğunu bildirmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsində qeyd olunur ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə iclası zamanı işin digər materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı nisyə 2179 manat dəyərində qızıl məmulatları almış və öhdəliyini lazımınca yerinə yetirməyərək borc məbləğinin qalan 1379 manatını qaytarmamışdır. Odur ki, iddia təmin edilməli, 1379 manat pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 33,79 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1379 (min üç yüz yetmiş doqquz) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33,79 manat (otuz üç manat yetmiş doqquz qəpik) pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-413/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-413/2024
16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver