Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-421/2023 04.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X13 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi zərərə görə 3990 manat və istifadə edə bilməməsi nəticəsində vurulmuş maddi zərərə görə 2700 manat, mənəvi ziyanla bağlı 200 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 89 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 15:30 radələrində Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu 49.8-ci kilometrində Cavabdeh idarə etdiyi “Kamaz 6520” yük markalı , ** LV *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ ehtiyat hissəsində dayandığı yerdən hərəkətə başlamaqla “Yol hərəkəti haqqında” AR Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələbini pozmaqla baş yola daxil olmuş və nəticədə ona məxsus “X15” markalı , ** GG *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuşdur. Nəticədə avtomobil əzilmiş və xeyli maddi ziyana məruz qalmışdır. Baş vermiş nəqliyyat hadisəsi faktı əsasında X5 X18 İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılmışdır və xx.xx.2022-ci il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar çıxarılmışdır və Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin görülməsi qərara alınmışdır. Cavabdeh tərəfin təqsiri üzündən baş vermiş avto qəza zamanı “X15” markalı, ** GG *** dövlət qeydiyyat nişanlı avtomobilə "xxxx" MMC-nin 505 servis mərkəzində dəymiş zərər 3990 manat müəyyən edilmişdir. Həmçinin “X15” markalı , ** GG *** dövlət qeydiyyat nişanlı avtomobili xalası oğlundan borc alaraq əldə etmiş və hər ay ona 700 manat pul ödəyir, həmçinin istifadə edərək hər ay 900 manat qazanc əldə etmişdir. Avtomobil istifadəyə yararsız olduğu üçün xx.xx.2022-ci il tarixdən avtomobildən istifadə edə bilməmişdir. Nəticədə ona xeyli maddi ziyan dəymişdir, işləyə bilmədiyi səbəbindən o 2700 manat ziyana məruz qalmışdır. Bundan başqa, cavabdehin təqsiri üzündən o çox ciddi stress keçirmiş, əsəb gərginliyinə məruz qalmağı səbəbindən o mənəvi zərərə məruz qalmışdır. Avtomobilin bir müddət yararsız olması, istifadə edə bilməməsi və maddi zərərə məruz qalması şüuruna mənfi psixoloji təsir etmişdir, sağlamlığı pozulmuşdur. Cavabdeh tərəfindən vurulmuş mənəvi zərəri 200 manat məbləğində dəyərləndirir. Cavabdehdən dəfələrlə vurulmuş maddi ziyam ödəməsini tələb etsə də əhəmiyyət verməmiş və ona dəymiş zərəri ödəməkdən yayınmışdır. Məhkəmə iclasında İddiaçı iddianın həcminin azadılması barədə məhkəməyə ərizə verərək izahatında bildirdi ki, X16 111 markalı, ** GG *** dövlət qeydiyyat nişanlı avtomobil xalası oğlu X2 mülkiyyətində olsa da, Eltun Qurbanov həmin avtomobili ona satmışdır və bu barədə etibarnamə vermişdir. O isə həmin avtomobili idarə etmək üçün X4 etibarnamə vermiş və Tofiq Məmmədov həmin avtomobil ilə sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 15:30 radələrində Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu 49.8-ci kilometrində Cavabdeh idarə etdiyi “Kamaz 6520” yük markalı , ** LV *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ ehtiyat hissəsində dayandığı yerdən hərəkətə başlamaqla “Yol hərəkəti haqqında” AR Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələbini pozmaqla baş yola daxil olmuş və nəticədə ona məxsus “X15” markalı , ** GG *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuşdur. Nəticədə avtomobil əzilmiş və xeyli maddi ziyana məruz qalmışdır. Əldə edilmiş mütəxəssis rəyinə əsasən avtomobilə dəymiş maddi zərərin məbləği 3990 manat təşkil edir. Cavabdeh hadisə baş verən gün həmin zərərin 1500 manat hissəsini sürücü Tofiq Məmmədova vermiş, zərərin qalan hissəsi olan 2490 manat pulu isə bugünədək ödəməmişdir. O, hazırda tələbinin əldən çıxmış faydanın və mənəvi zərərin ödənilməsi hissələrini istəmir və cavabdehdən yalnız avtomobilə dəymiş zərərin ödənilməyən hissəsini tələb edir. Odur ki, iddianın təmin edilərək cavabdehdən 2490 manat pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2023-ci il tarixdə keçirilən hazırlıq iclasında Cavabdeh bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 15:30 radələrində Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu 49.8-ci kilometrliyində yol-nəqliyyat hadisəsi verdikdən sonra o, “X16” markalı , ** GG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü Tofiq Məmmədova 1500 manat pul vermiş, bundan əlavə həmin avtomobildə xəsarət almış şəxslərin müalicəsi ilə əlaqədar isə xəstəxanada 300 manat xərc çəkmişdir. Hesab edir ki, o, “X16” markalı avtomobilə dəymiş zərəri ödəmişdir. Onun iddiaçıya heç bir borcu yoxdur. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh və üçüncü şəxs X6 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin və üçüncü şəxsin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan YNHDİ üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru X7 icraatında olan HK-1/1425 nömrəli material üzrə qəbul edilmiş cinayət işinin başlanmanın rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 15:30 radələrində Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu 49.8-ci kilometrində Cavabdeh idarə etdiyi “Kamaz 6520” yük markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ ehtiyat hissəsində dayandığı yerdən hərəkətə başlamaqla “Yol hərəkəti haqqında” AR Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni sürücü hərəkətə başlamazdan, dönməzdən qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə siqnal verməli, bu zaman təhlükəsiz manevr aparmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda bunu etməmiş və Ələt istiqamətində hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkətini gözləmədən idarə etdiyi “Kamaz 6520” yük avtomobili ilə baş yola daxil olduqda idarə etdiyi avtomobilin sol yan hissəsi X1 60-70 km/saat sürətlə idarə etdiyi “X16” minik markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuş, nəticədə “X16” markalı avtomobilin sürücüsü T.Məmmədov dərəcəsi təyin edilməyən xəsarət almış, avtomobillər əzilərək sahiblərinə maddi ziyan dəymişdir. Hadisənin yuxarıda göstərilən şəraitdə baş verməsi hadisə yerinə baxış protokolu, sxemi, fotoşəkillər, sürücülərin izahatları, ekspertizanın rəyi ilə təsdiqini tapmışdır. X8 baş yola daxil olmaqla manevr qaydasını pozub avtomobillərin toqquşmasına səbəb olduğundan barəsində İXM-in 327.1-ci maddəsi ilə tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X16” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. İş materiallarında olan ƏN-Vİ ******* nömrəli, xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı X2 mülkiyyətində olan “X16” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibaretmişi etibaretmə qaydasında X4 etibarnamə vermişdir. İş materiallarında olan “Servis 505” Məhdud Məsulliyyətli Cəmiyyətinin verdiyi aktdan müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “X16” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 3990 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, “X16” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobil mülki iş üzrə üçüncü şəxs X2 mülkiyyətindədir. Eltun Qurbanov həmin avtomobil ilə bağlı müvafiq səlahiyyətləri İddiaçı vermiş və avtomobili onun sahibliyinə vermişdir. İddiaçı isə öz növbəsində həmin avtomobili idarə etmək üçün Tofiq Məmmədova vermişdir. xx.xx.2022-ci il tarixdə, saat 15:30 radələrində Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu 49.8-ci kilometrində Cavabdeh idarə etdiyi “Kamaz 6520” yük markalı, ** LV *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ ehtiyat hissəsində dayandığı yerdən hərəkətə başlamaqla “Yol hərəkəti haqqında” AR Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq Ələt istiqamətində hərəkətdə olan nəqliyyat vasitəsinin hərəkətini gözləmədən idarə etdiyi “Kamaz 6520” yük avtomobili ilə baş yola daxil olduqda idarə etdiyi avtomobilin sol yan hissəsi X3 idarə etdiyi “X16” minik markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə toqquşmuş, nəticədə “X16” minik markalı avtomobilə 3990 manat maddi zərər dəymişdir. Həmin zərərin 1500 manat hissəsi hadisə baş verən gün cavabdeh tərəfindən avtomobilin sürücüsü Tofiq Məmmədova verilmiş və iddiaçı həmin halı məhkəmə iclasında mübahisələndirmir. Hazırda iddiaçı avtomobilə dəymiş zərərin qalan hissəsini, yəni 2490 manat pul vəsaitini cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı etibarnamə əsasında onun sahibliyinə verilmiş əmlakın salamatlığının təmin edilməsi üçün mülkiyyətçi qarşısında məsuliyyət daşıyır. Bu baxımdan o, əmlaka kənar şəxslər tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Digər tərəfdən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097 və 1108.1-ci maddələri təşkil edir. Bununla bağlı, cavabdehin təqsirli olaraq törətdiyi hüquqa zidd əməl, yəni mülki hüquq pozuntusu nəticəsində iddiaçıya 3990 manat ziyan vurulması və həmin ziyanın 1500 manat hissəsinin cavabdeh tərəfindən ödənilməsi faktı mötəbər sübutlarla təsdiq olunur və işin mübahisəsiz halıdır. Odur ki, vurulmuş ziyanın ödənilməyən 2490 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin qismən olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddianın təmin edildiyindən, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 89 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 2490 (iki min dörd yüz doxsan) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 89 (səksən doqquz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X14
Məhkəmə qərarları › İş №2(071)-421/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-421/2023
04.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver