Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-438/2024 02.05.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5000 manat pulun və dövlət rüsumu kimi ödədiyi 70 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Hacıqabul rayonu 1-ci Udulu kəndində yaşayır. Özünə məxsus həyətyanı sahəsində nar bağı salmışdır, həmin bağdan əldə etdiyi məhsulu sataraq öz dolanışığını təmin edir. Cavabdeh onunla eyni kənddə yaşayır. O, meyvələrin Rusiya Federasiyasına satışı ilə məşğuldur. Cavabdeh hər il ondan əldə etdiyi məhsulları topdan satış qiymətinə alır. Cavabdeh ilə 2022-ci il oktyabr ayında kiloqramı 1 manat olmaqla 5 ton narı 5000 manata ondan alacağı ilə razılaşmışdır. O, 5 ton narı 2022-ci ilin oktyabr ayında Cavabdeh vermişdir. Mətləb ona məhsulun dəyərini (5000 manat) ayın axırınadək ödəyəcəyini bildirmiş, o, bununla razılaşmışdır. Lakin, qeyd edilən vaxtdan iki ildən artıq müddətin keçməsinə baxmayaraq Cavabdeh ona borclu olduğu 5000 manat pulu ödəməmişdir. Dəfələrlə cavabdehlə görüşməyinə, ona olan borcunu qaytarmasını tələb etməsinə baxmayaraq razılaşmaya cavabdeh borcunu qaytarmamışdır. 2022-ci ildən bu vaxta qədər cavabdeh ona ödəyəcəyi pul vəsaitini qanunsuz olaraq özündə saxlamaqla ona maddi zərər vurmuşdur. Çünki onun ailəsini dolandırmağa başqa gəlir mənbəyi yoxdur, əsas gəlir mənbəyi il ərzində bir dəfə öz zəhməti ilə bağından əldə etdiyi məhsulu satmaqdan ibarətdir. O, Cavabdeh qanunsuz əməllərindən Hacıqabul rayon polis şöbəsinə müraciət etmişdir. Lakin, Hacıqabul rayon polis şöbəsi tərəfindən Cavabdeh qarşı cinayət işi başlanılması rədd edilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehin ona 5000 borcu vardır. Lakin, cavabdeh borcun 4500 manat olduğunu bildirir. Cavabdehin borcunu ödəməkdən yayındığını və pulu qaytarmadığını bildirdi. Odur ki, həmin pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh ona qarşı qaldırılmış iddianı qismən etiraf edərək yazılı şəkildə iddiaçıya 4500 manat borcunun olduğunu etiraf etmişdir. Mülki Prosesual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdehə 5000 manat dəyərində nar satmasını iddia etsə də, cavabdehə həqiqətən həmin məbləğdə məhsul satmasını təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə iddiaçıya 4500 manat borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında nar məhsullarının nisyə alqısatqısı müqaviləsindən irəli gələn öhdəlik münasibəti əmələ gəlmişdir. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə nar məhsullarını nisyə satmışdır. İddiaçı cavabdehə iddia ərizəsində göstərilən məbləğdə, yəni 5000 manat məbləğində məhsulu nisyə satmasını təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Bununla belə xx.xx.2024-cü il tarixdə cavabdeh özü ərizə yazaraq iddiaçıya 4500 manat borclu olduğunu etiraf etmişdir. Odur ki, iddia qismən təmin edilməli, həmin pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 63 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 63 (altmış üç) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-438/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-438/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver