Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-439/2024 16.05.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia qaldıraraq, cavabdehdən 5300 manat əsas borcun və dövlət rüsumunun əvəzi kimi 73 manat cəmi 5373 manat məbləğində pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Hacıqabul rayonu Qubalı kəndində yaşayır. O, öz həyətyanı sahəsində nar bağı salmış, həmin bağdan əldə etdiyi məhsulu sataraq öz dolanışığını təmin etmişdir. Cavabdeh kənd ərazisində müxtəlif şəxslərdən aldığı meyvələrin Rusiya Federasiyasına göndərilməsi və orada satışı ilə məşqul olur. Cavabdeh hər il ondan əldə etdiyi məhsulları topdan satış qiymətinə almışdır. Cavabdeh ilə 2022-ci il fevral ayının 4-də kiloqramı 1,10 manat olmaqla 8 ton nar məhsulunu 8800 manata ondan alacağı ilə razılaşmışdır. O, 8 ton nar məhsulunu 2022-ci ilin fevral ayının 4-də Cavabdeh vermişdir. Cavabdeh ona 3500 manat ödəmiş qalan 5300 manatı isə ayın axırınadək ödəyəcəyini bildirmiş, o, bununla bağlı onunla razılaşmışdır. Lakin qeyd edilən vaxtdan iki ildən artıq müddətin keçməsinə baxmayaraq Cavabdeh hələ də, ona borclu olduğu 5300 manat pulu ödəməmişdir. Dəfələrlə cavabdehlə görüşməyinə, ona olan borcunu qaytarmasını tələb etməyinə baxmayaraq, borclu onun borcunu qaytarmaqdan yayınmışdır. 2022-ci ildən bu vaxta qədər cavabdeh ona ödəyəcəyi pul vəsaitini qanunsuz olaraq özündə saxlamaqla ona maddi zərər vurmuşdur. Onun ailəsinin dolanmaq üçün başqa gəlir mənbəyi yoxdur, əsas gəlir mənbəyi il ərzində bir dəfə öz zəhməti ilə bağından əldə etdiyi məhsulu satmaqdan ibarətdir. O, Cavabdeh satdığı məhsulunun pulunu ala bilmədiyi üçün Hacıqabul rayon polis şöbəsinə müraciət etmişlər. Lakin Hacıqabul rayon polis şöbəsi tərəfindən Cavabdeh qarşı cinayət işi başlanılması rədd edilmişdir. Odur ki, son ümid yeri kimi məhkəməyə müraciət etmək qərarına gəllmişdir. İddiaçı məhkəmə zalında iddianı müdafiə edərək bildirdi ki, cavabdeh ona olan borcunu ödəmir. Şəxsin ona 5300 manat borcu var, lakin o, borcun az olduğunu bildirir. Mülki işə qiyabi şəkildə baxılmasını razı olduğunu bildirərək bu barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 izahatında bildirdi ki, İddiaçı onun həyat yoldaşıdır. Cavabdeh onlara 8800 manat borcu olmuş, 3500 manat borcunu vermişdir. Hazırda Cavabdeh 5300 manat borcu qalmışdır. Xeyli müddətdir ki borcunu ödəməkdən boyun qaçırır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materillarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı münasibətləri olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəlləsinin 600-cü maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə Hacıqabul rayonu 1-ci Udulu kəndində yaşayan X5, X6, X1, İddiaçı, X7 və X2 Hacıqabul rayon Prokurorluğundan daxil olmuş ərizələrində göstərilmişdir ki, Hacıqabul rayon 1-ci Udulu kənd sakini Cavabdeh onlardan nar məhsullarını alsa da, aldığı məhsulların pulunu ödəməmişdir. Həmin ərizə Hacıqabul RPŞ-də HK-1/222 nömrəsi ilə qeydiyyata alınaraq Təhqiqat bölməsində tərəfindən araşdırma aparılmışdır. Beləliklə iş materialları ilə müəyyən edilir ki, Cavabdeh tərəfindən İddiaçı ilə şifahi şəkildə nisyə alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh iddiaçıya məxsus 8800 manat dəyərində nar məhsulunu qəbul etmiş, 3500 manat ödəmiş lakin məhsulun qalan dəyərini yəni 5300 manatı ödəməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli 5300 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 241.1-ci maddəsinı görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 73 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222, 238-245, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5300 manat əsas borcun və dövlət rüsumunun əvəzi kimi 73 manat cəmi 5373 manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin rəsmi qaydada verildiyi vaxtdan sonra 10 (on) gün müddətində onun ləğvi barədə Hacıqabul Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra qiyabi qətnamənin rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay ərzində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-439/2024
Hacıqabul Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(071)-439/2024
16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver