Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-451/2025 04.11.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılmasına, ipoteka predmetinin boşaldılması və digər” tələbinə dair mülki işə Hacıqabul Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılmasına, ipoteka predmetinin boşaldılması və digər” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, RBN-6152/BK saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 11618,77 manat, faiz borcuna görə 1687,07 manat, cərimə borcuna görə 5000 manat, borcun cəmi məbləği 18.305,84 manat pul və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 13 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 60 (altmış) manat pul tutulması; Tələbin mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Hacıqabul şəhəri, X5 küçəsi, 57 A ünvanında ümumi 322,4 kv.m, yaşayış sahəsi 167,30 kv.m ibarət olan 6 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, bu əmlak hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2014-cü il tarixli, RBN- 6152/BK saylı kredit müqaviləsi üzrə cəmi məbləği 18.305,84 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 60 (altmış) manat məbləğində pul İddiaçı ASC-yə ödənilməsi; İpoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Hacıqabul şəhəri, X5 küçəsi, 57 A ünvanında ümumi 332,4 kv.m, yaşayış sahəsi 167,30 kv.m ibarət olan 6 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 və Qədirov X4 şəhəri, X5 küçəsi, 57 A ünvanında ümumi 322,4 kv.m, yaşayış sahəsi 167,30 kv.m ibarət olan 6 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evindən çıxarılması və evin boşaldılması; İpoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Hacıqabul şəhəri, X5 küçəsi, 57 A ünvanında ümumi 322,4 kv.m, yaşayış sahəsi 167,30 kv.m ibarət olan 6 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi; İpoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx.xx.2014-cü il tarixli, RBN-6152/BK saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh1 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı əsasında mülki iş üzrə icraat Cavabdeh1 vəfat etdiyindən dayandırılmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(071)-451/2025 saylı qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və s” tələbinə dair 2(071)-28/2022 saylı mülki iş üzrə icraatın təzələnməsi və məhkəmə araşdırmasının davam etdirilməsi qərara alınmışdır. İddiaçı ASC-nin nümayəndəsi X1 xx.xx.2025-ci il tarixində elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək qeyd etmişdir ki, məhkəmənin icraatında olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması və s.” tələblərə dair 2(071)-451/2025 saylı müki iş üzrə iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə istinadən baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin məhkəməyə təqdim edilmiş ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə, eyni zamanda 2(071)-451/2025 saylı müki iş üzrə keçirilmiş məhkəmə ekspertizalarına dair xərclərin tərəflərə aid edilməsi məsələsini araşdıraraq qeyd edir ki, xx.xx.2025-ci il tarixli, 2(071)-451/2025 saylı qərardadlar əsasında məhkəməəmtəəşünaslıq (əmtəəşünaslıq üzrə mütəxəssis rəyinin alınmasına dair) ekspertizası və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir. Məhkəmə-əmtəəşünaslıq (əmtəəşünaslıq üzrə mütəxəssis rəyinin alınmasına dair) ekspertizası "xxxx" MMC-yə, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi isə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən keçirilmiş ekspertizanın dəyəri 600 (altı yüz) manat təşkil etmişdir ki, bu xərc əvvəlcədən İddiaçı ASC tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi İddiaçı ASC-nin müraciəti (ərizəsi) əsasında baxılmamış saxlanıldığından bu hissədə ekspertiza xərci məhz iddiaçının özünə aid edilməlidir. Digər tərəfdən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əlavə edilmiş ekspertiza xərcinə dair bildirişdən görünür ki, keçirilmiş tədqiqatın dəyəri 150 (yüz əlli) manat məbləğində olmuşdur. Məhkəmə hesab edir ki, bu hissədə eksperiza xərci Cavabdeh2 aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığından iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 114, 259.0.11-ci, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılmasına, ipoteka predmetinin boşaldılması və digər” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 150 (yüz əlli) manat Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. İddiaçı ASC tərəfindən müstəqil qiymətləndirici "xxxx" MMC-yə ödənilmiş 600 (altı yüz) manat pul vəsaiti iddiaçının özünə aid edilsin. xx.xx.2020-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-yə qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada təqdim edildiyi vaxtdan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-451/2025
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-451/2025
04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver