Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-464/2023 12.06.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 400 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhər məhkəməsinin 28 oktybar 2022-ci il tarixli 1(032)-255/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə 06 mart 2022-ci il tarixdə saat 15 radələrində ünvan 1 ünvanda yerləşən Şirvan şəhər Mərkəzi poçtunun yanında həmin poçtun inzibati binasının çöl tərəfində quraşdırılmış ‘’Beynəlxalqbank” ASC-nin bankomatının yanında olarkən, həmin bankomatdan özünə məxsus identifikasiya nömrəsi olan elektron məlumat daşıyıcısı hesab edilən 4127-2081-1650-3110 nömrəli bank karlından pul çıxarmaq istəyən zərər çəkmiş şəxs İddiaçı bank kartından pulunun çıxarılması ilə bağlı müraciətindən sonra sonuncuya yaxınlaşaraq. İddiaçı məxsus bank kartını götürüb bankomata daxil edib, təhlükəsizlik şifrəsini sonuncudan öyrənməklə daxil edərək bank kartında əməliyyat aparmaqla 400 manat pulu özünə məxsus başqa bank kartına köçürmə edib, bank kartını bankomatdan çıxararaq bankomatın işləmədiyini İddiaçı yalandan bildirib, hadisə yerindən uzaqlaşaraq, 400 manat pulunu gizli yolla talamış, İddiaçı həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, 06 mart 2022-ci il tarixdə o, bankomatdan pul çıxarmaq istəmiş, bu vaxt Cavabdeh ona köməklik edə biləcəyini demişdir. Bundan sonra o, bank kartını Cavabdeh vermiş və kartın şifrəsini ona demişdir. Həmin vaxt Cavabdeh onun kartından 400 manat pulu öz kartına göndərmiş və sonra kartı çıxaraq ona qaytarmış və bankomatın işləmədiyini bildirmişdir. Cavabdeh buna oxşar başqa oğurluq əməlləri də etdiyinə görə, məhkəmənin hökmü ilə oğurluq cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Odur ki, iddianın təmin edilməsi və 400 manat maddi zərərin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada Cavabdeh məlumat verilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(032)-255/2022 saylı hökmündən görünür ki, Cavabdeh özgənin əmlakını ələ keçirmək məqsədi ilə 06 mart 2022-ci il tarixə saat 15 radələrində ünvan 1 ünvanda yerləşən Şirvan şəhər Mərkəzi poçtunun yanında həmin poçtun inzibati binasının çöl tərəfində quraşdırılmış "xxxx" ASC-nin bankomatının yanında olarkən, həmin bankomatdan özünə məxsus bank kartından pul çıxarmaq istəyən zərər çəkmiş İddiaçı bank kartından pulun çıxarılması ilə bağlı müraciətindən sonra sonuncuya yaxınlaşaraq İddiaçı məxsus bank kartını götürüb bankomata daxil edib, təhlükəsizlik şifrəsini sonuncudan öyrənməklə daxil edərək bank kartında əməliyyat aparmaqla 400 manat pulu özünə məxsus bank kartına köçürmə edib, bank kartını bankomatdan çıxararaq bankomatın işləmədiyini İddiaçı yalandan bildirib, hadisə yerindən uzaqlaşaraq, 400 manat pulunu gizli yolla talayıb İddiaçı həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmənin qeyd edilən hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci madəlləri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı qarşı oğurluq cinayət əməlini törətməsi və bunun nəticəsində cavabdehin iddiaçıya 400 manat maddi ziyan vurması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq edilir. MPM-in 82.4-cü maddəsinin tələbi baxımından həmin hökmün hazırki mülki iş üzrə preyudisial əhəmiyyəti vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097 və 1115-ci maddələri təşkil edir. Bununla bağlı, cavabdehin təqsirli olaraq törətdiyi hüquqa zidd əməl, yəni mülki hüquq pozuntusu nəticəsində iddiaçıya 400 manat məbləğində zərər vurulması faktı mötəbər sübutla təsdiq olunduğundan, vurulmuş zərərin əvəzi kimi 400 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 400 (dörd yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(071)-464/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-464/2023
12.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver