Məhkəmə qərarları › İş №2(071)-476/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-476/2022

28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-476/2022 28.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi (atası) İsmayılov Əliseyran Əli oğlunun iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: ddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 222,69 ABŞ dolları əsas borc, 290,81 ABŞ dolları faiz borc, 739,63 ABŞ dolları cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,53 ABŞ dolları faiz borcu və 41,84 manat dövlət rüsumu olmaqla, cəmi 1.326,50 ABŞ dollar borcun müştərək qaydada tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh1 24 ay müddətinə illik 32 % ödəmək şərti ilə 5.100 ABŞ dolları kredit vermişdir. xx.xx.2017-ci il tarixli əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilərək 2.635,69 ABŞ dolları təşkil etmiş və xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Digər Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli zəminlik müqaviləsi bağlanmışdır. Zəminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən zamin Cavabdeh2 bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 1.284.66 ABŞ dolları təşkil edir. Bundan 222,69 ABŞ dolları əsas, 290,81 ABŞ dolları faiz, 739,63 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,53 ABŞ dollar faiz borcu təşkil edir. İddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borcun ödənilməmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə xx.xx.2022-*ci il tarixli ərizə ilə məhkəmənin elektron poçtu vasitəsilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinin tələbinə uyğun olaraq iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh1 nümayəndəsi (atası) İsmayılov Əliseyran Əli oğlu məhkəmə iclasında iddia tələbini qəbul etmədi və iddia müdətinin tətbiqinə dair xx.xx.2022-ci il tarixli ərizə təqdim edərək izahatında bildirdi ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə üç illik iddia müddəti keçmişdir. Bu səbəbdən iddia müddətini tətbiq edərək iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin iddianı müdafiə etməsinə dair ərizəsini, Cavabdeh1 nümayəndəsinin iddia müddətinin tətbiqinə dair ərizəsini nəzərdən keçirib vaə izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia müddəti ötürüldüyünə görə iddia rədd edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh1 illik 24 ay müddətinə illik 32 % ödəmək şərti ilə 5.100 ABŞ dolları kredit vermişdir. xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixdə 1 saylı əlavə sazişlə xx.xx.2017-ci il tarixədək uzadılmışdır. xx.xx.2017-ci il tarixdə kredit müqaviləinin müddəti 2 saylı əlavə sazişlə xx.xx.2019-cu il tarixədək uzadılmışdır. xx.xx.2017-ci il tarixdə Cavabdeh2 ilə İddiaçı ASC arasında 2 saylı zaminlik müqaviləsi üzrə əlavə saziş bağlanmışdır. 2 saylı zaminlik müqaviləsi üzrə əlavə sazişin müddəti xx.xx.2019-cu ildə bitmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən borclu Cavabdeh1 banka xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 222,69 ABŞ dolları əsas borc, 290,81 ABŞ dolları faiz borcu, 739,63 ABŞ dolları cərimə borcu və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,53 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1.284,66 ABŞ dolları borcu yarandığı göstərilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış 2 saylı zaminlik müqaviləsi üzrə əlavə sazişin müddəti xx.xx.2019-cu il tarixdə başa çatdığına görə, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi və xx.xx.2017-ci il tarixli 2 saylı zaminlik müqaviləsi üzrə əlavə saziş üzrə Cavabdeh2 zaminliyinə xitam verilməlidir. Hazırda zamin borcun ödənilməsi üçün məsuliyyət daşımır. Çünki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bundan başqa məhkəmə qeyd edir ki, İddiaçı ASC iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin və xx.xx.2017-ci il tarixli 2 saylı əlavə sazişin, Cavabdeh2 ilə bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin və xx.xx.2017-ci il tarixli 2 saylı zaminlik müqaviləsi üzrə əlavə sazişin müddəti xx.xx.2019-cu ildə bitmişdir, İddiaçı ASC üç illik iddia müddətini ötürməklə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarına əsasən-kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara Mülki Məcəllənin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq Mülki Məcəllənin 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər (iddiaçı) Cavabdeh1 və (zamin) Cavabdeh2 qarşı “xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən 222,69 ABŞ dolları əsas borc, 290,81 ABŞ dolları faiz borc, 739,63 ABŞ dolları cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,53 ABŞ dolları faiz borcu və 41,84 manat dövlət rüsumu olmaqla, cəmi 1.326,50 ABŞ dolları pulun tutulması” tələbinə dair iddiası, üç illik iddia müddəti ötürüldüyünə görə rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər (iddiaçı) Cavabdeh1 və (zamin) Cavabdeh2 qarşı “xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən 222,69 ABŞ dolları əsas borc, 290,81 ABŞ dolları faiz borc, 739,63 ABŞ dolları cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 31,53 ABŞ dolları faiz borcu və 41,84 manat dövlət rüsumu olmaqla, cəmi 1.326,50 ABŞ dolları pulun tutulması” tələbinə dair iddiası, üç illik iddia müddəti ötürüldüyünə görə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar