Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-484/2023 31.08.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi”nə dair ilk iddiası, iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi”nə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 3400 manat borc məbləğinin və 54 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 20 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixədək geri qaytarmaq şərtilə 3400 manat borc vermişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən “Borc alan” krediti xx.xx.2023-cü il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 8-ci bəndinə görə “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Lakin, cavabdeh müqavilənin qeyd edilən şərtlərini pozaraq kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Sonradan iddiaçının nümayəndəsi iddianın həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdehdən 3400 manat pulun, dəyəri 789 manat olan Honor X8 markalı (6GB/128GB Midnight Black modeli) telefonun, hüquqi yardıma görə ödənilmiş 300 manat pulun və ödənilmiş 54 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə 3400 manat borcun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı heç vaxt tanımamış, ondan borc almaq niyyəti olmamışdır. Belə ki, 2023-cü ilin yanvar ayında İddiaçı yüklərin daşınmasını həyata keçirmək istəyən şəxs kimi tanımış və bu məqsədlə yüklərin daşınmasında sürücü kimi işləyib qazanc əldə etmək niyyəti olmuşdur. Həmin ilin yanvar ayında Cavabdeh İddiaçı ilə Abşeron rayonunun, Xırdalan şəhəri ərazisində görüşərək İddiaçı yük maşınını ona yüklü formada təqdim etdikdən sonra, müvafiq sənədlərə elə oradaca qol çəkib. İlk işi yükü Bakıdan - Belarus Respublikasının Minsk şəhərinə aparmaq olmuşdur. Bundan sonra onlar sənədləşmə işlərini rəsmiləşdirmək üçün notariat ofisinə gedərək, orada avtomobili idarə etmək üçün ona etibarnamə verilib və bundan sonra digər sənədlərə qol çəkib və İddiaçı bundan sonra ona 2000 ABŞ dolları məbləğində pul verərək bildirib ki, bunu sənə ilkin olaraq yol pulu kimi verir. Daha sonra həmin gün, yəni xx.xx.2023-cü il tarixdə notariat ofisindən çıxdıqdan sonra Vüqar ondan həmin 2000 ABŞ dollarını geri istəyib ki, sənə yol getmək üçün yanacaq alacaq və sair. Həmin gün Vüqar ona “Ata Banka” məxsus kart verib və bildirdi ki, həmin kartda 500 ABŞ dolları məbləğində pul var, bundan başqa avtomobilə 1 ton 800 litr yanacaq vurdurduqdan sonra, o yola çıxıb Belarusiya Respublikasının Minski şəhərinə gedərək yükü təhvil verib. Orada 5 gün qaldıqdan sonra, avtomobilə 21 ton kartof yükləyərək Azərbaycan Respublikasına gəlmək üçün yola düşüb, yolda yanacağı bitdiyi üçün avtomobili saxlayıb. Daha sonra Vüqarla telefonda danışdıqdan sonra, Vüqar tanımadığı sürücü olan şəxsin kart hesabına 700 ABŞ dolları göndərdikdən sonra o yoluna davam edib. Azərbaycan Respublikasına çatdıqdan sonra avtomobildə olan yükü müvafiq qeydiyyatdan keçirərək təhvil verib. Azərbaycan Respublikasından Belarsu Respublikasının Minsk şəhərinə gedibqayıtması 20 gün çəkmişdir. Bundan sonra o İddiaçı sifarişi ilə Azərbaycandan İran İslam Respublikasına, oradan Rusiya Federasiyasının Moskva şəhərinə, oradan da Azərbaycan Respublikasına keçərək Gürcüstan Respublikasına yük aparmışdır. Daha sonra Türkiyə Respublikasından yükü götürmək üçün Gürcüstan Respublikasından Türkiyə Respublikasına keçərək orada olan yükü Qazaxıstan Respublikasına aparmaq üçün lazım olan ünvana gedib. Orada yük avtomobilə yükləndikdən sonra bildiriblər ki, onun işlədiyi şirkət həmin şirkətdir və dərhal həmin yükü avtomobildən boşaldıblar. Beləliklə o 30 gün Mersin şəhərində qaldıqdan sonra, Vüqarın göstərişi ilə Mersin şəhərindən Maressa şəhərinə gedib, oradan Azərbaycana gələn yükü götürdükdən sonra Azərbaycan Respublikasına geri dönüb. Bundan sonra o İddiaçı zəhmət haqqı olaraq pulunu tələb edəndə, o ona müxtəlif bəhanələr gətirərək pulunu verməkdən boyun qaçırıb. Cavabdeh İddiaçı əvvəllər heç vaxt tanımamış, ondan heç vaxt borca pul almaq niyyəti olmamışdır. O, ona qarşı kredit borcunun geri qaytarılması barədə iddia tələbini irəli sürəndə bilmişdir ki, onunla onun arasında kredit müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X2 izahat verərək bildirdi ki, tərəflər arasında notarial qaydada təsdiqlənmiş kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 3400 manat pulu 20 gün ərzində qaytarmaq şərti ilə borc vermişdir. Lakin, cavabdeh borc kimi aldığı pul məbləğini 20 gün ərzində geri qaytarmamışdır. Bundan başqa, cavabdeh iddiaçıya məxsus yüklərin daşınması fəaliyyətə ilə məşğul olmuşdur. Həmin vaxt iddiaçı cavabdehə müvəqqəti istifadə etməsi üçün dəyəri 789 manat olan Honor X8 markalı telefon vermişdir. Lakin, cavabdeh həmin telefonu sonradan iddiaçıya qaytarmamışdır. Cavabdehin iddiaçıdan aldığı kredit məbləğinin onlar arasında olan yük daşıma fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Cavabdeh iddiaçıdan aralarında yaranmış şəxsi münasibətə görə özü üçün borc almışdır. Yük daşıma ilə bağlı yol pulu, yanacaq pulu və digər xərcləri iddiaçı cavabdehə özü vermişdir. Odur ki, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Vəkil1 izahat verərək bildirdi ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə notarial qaydada təsdiq edilmiş kredit müqaviləsi imzalansa da və qeyd edilən kredit məbləği notariusun depozit hesabına vasitəsi ilə Cavabdeh verilsə də, notariusdan çıxdıqdan sonra İddiaçı həmin pul vəsaitini Cavabdeh geri almış, ona yalnız yol pulu kimi 500 ABŞ dolları vermişdir. Həmin vaxt Cavabdeh İddiaçı borca pul almağa niyyəti olmamışdır. İddiaçı onun ehtiyacının olmasından sui-istifadə edərək bu addımı atmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi əslində uydurma əqd olmaqla etibarsızdır. Bu səbəbdən kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsassızdır. Bundan başqa, iddia tələbi mobil telefonun tələb edilməsi hissəsində də əsassızdır. Çünki, İddiaçı Cavabdeh müvəqqəti istifadə etməsi üçün mobil telefon verməmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, ilkin iddia qismən təmin təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən və həmin tarixli kassa mədaxil orderinin surətindən görünür ki, borcverən İddiaçı borcalan Cavabdeh xx.xx.2023-cü il tarixədək qaytarılması şərti ilə 3400 manat pulu borc kimi vermiş, borcalan isə müəyyən edilmiş müddət ərzində borcunu borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 11-ci bəndinə əsasən müqavilənin notarial qaydada təsdiqlənməsi xərclərini borcalan çəkir. Müqavilə predmeti olan notariusun depozit hesabı vasitəsi ilə borcalana verilmişdir. Kredit müqaviləsinin arxa üzündə borcalan Cavabdeh öz əlyazma xətti ilə borcverəndən 3400 manat pulu borc kimi aldığını yazaraq imzası ilə təsdiq etmişdir. İş materallarında olan "xxxx" ASC-də aid 28286 nömrəli, xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, kredit müqaviləsinin rəsmiləşdirilməsi ilə bağlı notariat xərclərinin (rüsumu) əvəzi kimi 115 manat pul Cavabdeh tərəfindən ödənilmişdir. İş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş bir ədəd CD diskdə olan audio fayllardan müəyyən olunur ki, Cavabdeh İddiaçı aid malları ölkə ərazisindən kənara başqa ölkələrə daşıma fəaliyyəti ilə məşğul olmuşdur. Audio fayllarda olan səs yazısının birində (watsapp audio 2023-05-03 at 11.00.46) Cavabdeh İddiaçı kredit müqaviləsi əsasında ona 3400 manat pulu hansı səbəbə verdiyini, məhkəməyə nəyə görə müraciət etdiyini soruşmuş, İddiaçı isə cavabında ona hüquqlarını məhkəmədə vəkilin müdafiə etdiyini bildirərək danışıq aparmaqdan imtina etmiş, kredit müqaviləsi əsasında verilmiş 3400 manat pulu Cavabdeh geri aldığını təsdiq etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. İddiaçı, 3400 manat pulun cavabdehə verilməsini təsdiq edən sübutu, yəni tərəflər arasında bağlanmış kredit müqaviləsini məhkəməyə təqdim etmişdir. Hətta iş materiallarına sonradan əlavə edilmiş notariat işinə əlavə edilmiş sənədlərdən görünür ki, müqavilə predmeti olan 3400 manat pul vəsaiti notariusun depozit hesabı vasitəsi ilə Cavabdeh verilmiş və müqavilənin arxa üzündə Cavabdeh 3400 manat pulu şəxsən qəbul etdiyini özü əlyazma yazı ilə yazmış və imzası ilə təsdiq etmişdir. Lakin, Cavabdeh borc kimi alınmış həmin pul məbləğini və ya onun bir hissəsini İddiaçı qaytarılmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi borc kimi alınmış pulun həmin gün dərhal iddiaçıya geri qaytarılmasını, daha doğrusu iddiaçının həmin pulu cavabdehdən geri aldığını bildirsə də, bunu təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində qeyd olunur ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında 3400 manat pulun 20 gün müddətində qaytarılması şərti ilə yazılı (notarial) kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 3400 manat pulu borc kimi vermişdir. Cavabdeh iddiaçıdan kredit müqaviləsi əsasında aldığı pulu ona qaytarmalı olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh pul vəsaitini iddiaçıya qaytarmalı olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə tərəfindən təklif edilməsinə baxmayaraq, cavabdeh tərəf borc kimi alınmış pul məbləğini və ya onun bir hissəsini iddiaçıya qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Odur ki, iddiaçı qeyd edilən kredit müqaviləsi əsasında cavabdehə verdiyi pul məbləğini ondan tələb etməkdə haqlıdır. Bundan başqa, ilk iddiaçı müvəqqəti istifadəyə görə cavabdehə verilmiş dəyəri 789 manat olan mobil telefonun cavabdehdən alınaraq ona verilməsini tələb etmişdir. Mülki Məcəllənin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Həmin Məcəllənin 736-cı maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanı müqavilədə müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra qaytarmağa borcludur (736.1). Əgər əvəzsiz istifadə müddəti müəyyənləşdirilməyibsə, kirayəçi əşyanı əvəzsiz istifadə məqsədlərinə uyğun istifadə etdikdən sonra qaytarmalıdır. Əgər kirayəçinin əşyadan istifadə edə bilməsi üçün yetərli olan müddət bitərsə, kirayəyə verən əşyanın daha əvvəl qaytarılmasını tələb edə bilər (736.2). Lakin, iddiaçı tərəf cavabdehə həqiqətən də müvəqqəti istifadə etməsi üçün mobil telefon verməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia tələbi mobil telefonun tələb edilməsi hissəsində rədd edilməlidir. Məhkəmə həmçinin, Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi" barədə qarşılıqlı iddia tələbini araşdıraraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 338 və 339-cu maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər. Mülki Məcəllənin əqdlərin etibarsızlığı ilə bağlı müvafiq normalarına əsasən əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən heç olmasa biri qüsurlu olmalıdır: subyekt tərkibi; əqdin məzmunu; əqdin forması; iradə və iradə ifadəsinin bir-birinə uyğunluğu. İş materiallarına əlavə edilmiş mübahisələndirilən kredit müqaviləsindən görünür ki, həmin müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı formada bağlanmışdır. (MM-nin 740.2-ci maddəsi) Bundan əlavə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, onların iradə və iradə ifadəsinin vahidliyi mövcud olmuş, əqdin məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlar, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə kredit müqaviləsinin etibarsız olmasını sübutetmə yükü də qarşılıqlı iddia üzrə iddiaçının üzərinə düşür. Məhz iddiaçı kredit müqaviləsinin etibarsızlığı üçün əsas olan halları təsdiq edən sübutlarını təqdim etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə qarşılıqlı iddiaçının öz tələblərini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə təqdim etməsini yoxlamışdır, lakin iddiaçı tələbini əsaslandıran sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu mənada, məhkəmə hesab edir ki, mübahisənin faktiki halları ilə bağlı yalnız qarşılıqlı iddiaçı tərəfin izahatlarına əsaslanmaqla qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, müqavilə rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqdin bağlanması, habelə əqdin aldatma, zorakılıq, hədə təsiri altında, və ya şəxsin ağır vəziyyətə düşməsindən istifadə edilməklə bağlanması halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradələrini ifadə etmişlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, mübahisələndirilən kredit müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və müqavilə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir. Odur ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, ilk iddia üzrə iddiaçı ilkin olaraq 54 manat dövlət rüsumu ödəmiş, eyni zamanda nümayəndəyə (vəkilə) 300 manat pul ödəmişdir (qəbz nömrəsi aa130723-120). Sonradan iddianın həcmini artırmış və ilk iddianın qiyməti 4189 manat olmuşdur (ödənilməli dövlət rüsumu isə 61,89 manat olmuşdur). Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, ilk iddia qismən təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, ilk iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 54 manat dövlət rüsumu və 243,50 manat vəkil xərci cavabdehdən alınaraq iddiaçıya ödənilməli, ilk iddianın rədd edilmiş hissəsinə mütənasib olaraq 7,89 manat pul dövlət rüsumunun qalıq hissəsi isə ilk iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməli, qarşılıqlı iddia rədd edildiyinə görə ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İlk iddia qismən təmin edilsin. Cavabdeh 3400 manat pul, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 54 manat pul və vəkil xərcinin əvəzi kimi 243,50 manat pul alınaraq İddiaçı verilsin. İlk iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. İddiaçı 7,89 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(071)-484/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-484/2023
31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver