Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-489/2024 23.05.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6000 manat məbləğində pulun, dövlət rüsumu kimi ödədiyi pulun və vəkil xidməti haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh əvvəllər də tanımış, qohumluq münasibətləri yaranmış, lakin sonradan cavabdehin qızı ilə olan nişanı pozulmuşdur. 2023-cü ildə cavabdeh bu qohumluq münasibətlərindən istifadə edərək ondan işə düzəltmək adı ilə 6000 manat pul almışdır. Cavabdeh tərəfindən vəd verilmiş işə düzəlmə məsələsi həll olunmadığı üçün pulunu tələb etmişdir. xx.xx.2024-cü ildə cavabdeh ondan pulu tələb etdiyinə görə DİN 102 xidmətinə müraciət edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu və onu guya ölümlə hədələdiyini bildirmişdir. Cavabdehin şikayəti əsasında Hacıqabul RPŞ araşdırma aparılmış və orda cavabdeh ondan və qardaşından pul aldığını etiraf etmiş, hazırda da 6000 manat borcu qaldığını bildirmişdir. xx.xx.2024-cü ildə Hacıqabul RPŞ təhqiqatçısı X3 tərəfindən "Cinayət işinin başlanıl masının rədd edilməsi haqqında" qərar qəbul edilmiş, cavabdehin əməllərində dələduzluq əməlləri olmadığı bildirilmiş və məsələnin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Odur ki, məhkəməyə müraciət elmək məcburiyyətindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək bildirdi ki, cavabdeh qardaşından 6000 manat pul almış, aldığı pulu geri qaytarmamışdır. Odur ki, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında iddiaçıya 5700 manat borcu olduğunu və onu ödəyəcəyini bildirdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Hacıqabul şəhəri, S.Vurğun küçəsi 3-də yaşayan X1 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə müraciət edərək Arif adlı şəxsin işə düzəltmək adı ilə oğlu Elnurdan 1100 manat, digər oğlu Elşaddan 6000 manat pul almasını, lakin sonuncunun vədinə əməl etməyib onları aldatdığını bildirmişdir. Mülki Prosesual Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İşin faktiki hallarından görünür ki, iddiaçı cavabdehə 6000 manat borc pul vermişdir. Lakin, iddiaçı borc məbləğinin verilməsini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə iddiaçıya 5700 manat borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.2. Əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibəti əmələ gəlmişdir. İddiaçı cavabdehə 6000 manat borca pul vermişdir. İddiaçı cavabdehə iddia ərizəsində göstərilən məbləğdə, yəni 6000 manat məbləğində pul verməsini təsdiq edən sübutlar təqdim edə bilməmişdir. Bununla belə xx.xx.2024-cü il tarixdə cavabdeh özü ərizə yazaraq iddiaçıya 5700 manat borclu olduğunu etiraf etmişdir. Odur ki, iddia qismən təmin edilməli, həmin pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 94 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 5700 (beş min yeddi yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 90 (doxsan) manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-489/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-489/2024
23.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver