Məhkəmə qərarları › İş №2(071)-496/2024

Hacıqabul Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(071)-496/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-496/2024 10.06.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh 9.253 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 112,53 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-496/2024 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, o, fiziki şəxs kimi mebel satışı ilə məşğul olur. Cavabdeh xx.xx.2023-cü il tarixdə ondan 1450 manat dəyərində 1 ədəd Samsung markalı televizor, xx.xx.2023-cü tarixdə 3400 manat dəyərində 1 ədəd Hitaçi markalı soyuducu, xx.xx.2023-cü il tarixdə 5900 manat dəyərində 6 ədəd X1, 1 ədəd 8 nəfərlik masa, 1ədəd Jurnalnı smart ağıllı, 1 ədəd Divan künc Alyans krem, 1 ədəd LG markalı televizor istəmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə 1450 manat dəyərində 1 ədəd “Samsung” markalı televizor 150 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 108.33 manat ödəmək şərti ilə, xx.xx.2023-cü tarixdə 3400 manat dəyərində 1 ədəd “Hitaçi” markalı soyuducu 300 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 258.33 manat ödəmək şərti ilə, xx.xx.2023-cü il tarixdə 5900 manat dəyərində 6 ədəd X1, 1 ədəd 8 nəfərlik masa, 1ədəd Jurnalnı smart ağıllı, 1 ədəd Divan künc Alyans krem, 1ədəd “LG” markalı televizor məhsullarını 500 manat ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 450 manat ödəmək şərti ilə kredit müqaviləsi bağlayaraq satıb, lakin Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi yerinə yetiməyərək aldığı malların pulundan cəmi 1.497 manat ödəniş etmiş və hazırda 9253 manat borcu qalmışdır. Həmin müdddətdən bəri cavabdeh heç bir ödəniş etməyib. O, dəfələrlə cavabdehdən ona borclu olduğu pulu tələb etsədə o, borcunu ödəməkdən imtina etmişdir. Cavabdeh ona borclu olduğu pulu vaxtında qaytarsaydı o həmin pulla mebel alıb-satmaqla müəyyən gəlir əldə edə bilərdi. Lakin cavabdeh borcunu vaxtında qaytarmadığı üçün ona zərər vurmuşdur. Məhkəmə, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli, YEV0000199.330 saylı alqı-satqı müqaviləsinə əsasən, satıcı – İddiaçı tərəfindən alıcıya – Cavabdeh ümumi dəyəri 4850 manat olan: 1450 manat dəyərində 1 ədəd “Samsung” markalı televizor, 3400 manat dəyərində 1 ədəd “Hitaçi” markalı soyuducu satılmış, alıcı isə 500 manat ilkin ödəniş edilməklə əşyanın ümumi dəyərini 12 ay müddətinə hər ay 450 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, YEV0000809 saylı alqı-satqı müqaviləsinə əsasən, satıcı – İddiaçı tərəfindən alıcıya – Cavabdeh ümumi dəyəri 5900 manat olan 5900 manat dəyərində 6 ədəd stul “Uğur nehirkum”, 1 ədəd 8 nəfərlik masa, 1 ədəd jurnalnı smart ağıllı, 1 ədəd divan künc alyans krem, 1 ədəd “LG” markalı televizor satılmış, alıcı isə 500 manat ilkin ödəniş edilməklə əşyanın ümumi dəyərini 12 ay müddətinə hər ay 450 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 3400 manat əsas borcundan 547 manat ödəniş etmiş, hazırda 2853 manat borcu var; xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1450 manat əsas borcundan 150 manat bir 300 manat isə bir ödəniş etmiş, hazırda 1300 manat borcu və xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 5900 manat əsas borcundan 500 manat ödəniş etmiş, hazırda 5400 manat borcu olmaqla, ümumilikdə 9253 manat məbləğində borcu vardır. Məhkəmə qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İddiaçı öz öhdəliyini icra edərək əmlakı alıcıya – cavabdehə vermiş, lakin cavabdeh müqavilə üzrə müəyyən edilmiş qaydada əmlakın dəyirinin ödənilməsini təmin etməmişdir. Borclu Cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən və iddia tələbi əsas əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə həmçinin qeyd edir ki, iddia təmin edildiyindən, ödənilmiş dövlət rüsmunun əvəzi olan 112,53 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 9.253 (doqquz min iki yüz əlli üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 112,53 (yüz on iki manat əlli üç) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9.253 (doqquz min iki yüz əlli üç) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 112.53 (yüz on iki manat əlli üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra on gün müddətində cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həmin qətnamənin ləğvi üçün Hacıqabul Rayon Məhkəməsinə ərizə verə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar