Məhkəmə qərarları › İş №2(071)-504/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-504/2022

19.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-504/2022 19.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, "Oba Market” MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1.537 manat və Mediasiya xərci kimi ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı - kassir vəzifəsinə işə qəbul olunmuş və “X3” haqqında müqavilə imzalanmışdır, xx.xx.2020-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixli 289-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə Oba - mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 2.876 manat zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 1.339 manat güzəşt edilmişdir, qalıq borc 1.537 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı Mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin bildirişi cavabdehə təqdim etmək mümkün olmamışdır. İddiaçı MMC-nin nümayəndəsi X1 məhkəməyə teleqram vuraraq, iddia tələbini müdafiə etdiyini və işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi bağlanmaqla, Cavabdeh İddiaçı MMC-yə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və tərəflər arasında “X3” haqqında müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixli 289-K saylı əmrlə, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən işdən azad edilmişdir. İddiaçı iddia edir ki, Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə Oba - mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 2.876 manat məbləğində zərər vurması məlum olmuşdur. İddiaçı cavabdehin bilavasitə iş yerində intizam xətasına yol verdiyini qeyd etməklə, iddiaçıya xx.xx.2021-ci il tarixə 2.876 manat zərər vurduğunu, ümumi qalıq borcdan 1.339 manat güzəşt edildiyini və qalan 1.537 manat borun cavabdeh tərəfindən ödənilməsini tələb etsə də, Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş bir illik tələb etmə müddətini ötürdükdən sonra xx.xx.2022ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yəni, iddiaçı ona maddi ziyanın vurulmasını aşkar etdiyi xx.xx.2021-ci il tarixdən bir il müddətində xx.xx.2022-ci il tarixə kimi tələb edə bilərdi, iddiaçı bu müddət ərizində cavabdehə qarşı iddia qaldırmadığına görə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinin tələbinə uyğun olaraq iddia rədd edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin İddiaçı MMC-nə maddi ziyan vurmasını sübut edən cavabdeh iştirakı ilə tərtib edilmiş hər hansı yazılı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, cavabdeh isə iddianı etiraf etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Çünki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X2rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) dəymiş ziyana görə 1.537 manat pulun, ödənilmiş 50 manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Odənilmiş 50 manat rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar