Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-508/2022 16.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı X2 və Cavabdeh iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)-241/2021 nömrəli qətnaməsi ilə təyin edilmiş hər ay 120 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, xx.xx.2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə birgə nikahından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X1 üçün Hacıqabul Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən onun xeyrinə hər ay 120 manat aliment tutulur. Hazırda ödənilən aliment miqdarı uşağın saxlanılması üçün kifayyət etmir. Odur ki, tutulan 120 manat alimentin artırılaraq 193 manat müəyyən edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, hazırda Ucar 22 nömrəli Yol İstismar İdarəsində traktorçu-maşinist işləyir, 370 manat əmək haqqı alır. X5 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur, həmin nikahdan xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2014cü il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X11 adlı üç uşağı var. O, hər ay 120 manat alimenti güclə ödəyir, qalan 250 manat isə ailəsinin ehtiyaclarını ödəmir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan rəsmi sənədlərdən müəyyən edilir ki, Cavabdeh ilə X2 birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X12 adlı bir uşağı uşağı var. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)-241/2021 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməsi qət edilmişdir. AZEMİS-dən əldə edilmiş xx.xx.2022-ci il tarixli çıxarışlardan müəyyən edilir ki, Cavabdeh 22 nömrəli Yol İstismar İdarəsində geniş profilli traktorçu-maşinist işləyir, aylıq əmək haqqı 370 manat təşkil edir. Cavabdeh ikinci dəfə X9 ilə ailə xx.xx.2011-ci il tarixdə 451 saylı akt qeydi ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Cavabdeh X9 ilə olan nikahından - xx.xx.2012-ci il təvəllüdlü X10, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X11 adlı üç uşağı var. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilərək həy ay 150 manat müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Mediasiya Şurası tərəfindən verilmiş ilkin Mediasiya Sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli MŞİH 16881 nömrəli arayışdan müəyyən edilir ki, tərəflər ilkin mediasiya prossesini davam etdirmək barədə qərar qəbul etməmişlər. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını dəyişdirərkən, uşağın mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini, uşağın maddi ehtiyaclarını, həmçinin cavabdehin ikinci dəfə evlənməsini və həmin nikahdan üç azyaşlı uşağının olmasını da nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 120 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli, xx.xx.2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi qalan hissədə rədd edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)-241/2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş 120 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilsin, xx.xx.2005-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq X3 ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-508/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-508/2022
16.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver